Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

87 
 
vəsiqədən  görüldüyü  kimi,  məmləkətimizdə  ayrıca  «rus  müstəmləkələri»  vücuda 
gətirmək niyyətində dəxi olmuĢdur. 
Məzkur  (sözü  gedən)  vəsiqənin  40-cı  maddəsində  əsrlər  və  millətlərin 
tarixində  müstəmləkəçiliyin  çox  mühüm  siyasi  və  mədəni  bir  rol  oynadığını  və 
«Attika  və  Beotiyanın  misirli  müstəmləkəçilər  tərəfindən  vücuda  gətirildiyini, 
Ġoniyanın  da  yunan  müstəmləkəçilərdən  təĢəkkül  etdiyini»  nəzəri  olaraq  qeyd 
etdikdən  sonra,  Cənubi  Qafqaza  keçərək,  vəsiqə  buranın  «əski  Amerikaya 
bənzədiyini»  və  hər  türlü  sənaye  və  hətta  əkinçilikdən  belə  məhrum  [?!...] 
olduğunu bəyanla (§ 42) Rusiyadan buralara mühacirlər köçürərək, onlara ən yaxĢı 
məntəqələrdə  əlveriĢli  torpaqlar  ayrılması  lüzumunu  ortaya  qoyur  (§  49).  Eyni 
zamanda  Cənubi  Qafqazda  olan  əskərlərdən  ibarət  əskəri  qəsəbələr  vücuda 
gətirilərək, bunlara kafi dərəcədə ərazi və əkin - Ģeyləri verilməsi və eyni zamanda 
mümkün  olduğu  qədər  Ģəhər  və  qəsəbələrin  ətrafında  rus  köyləri  salmağı  dəxi 
tövsiyyə edir (§ 58-62). 
Məmləkəti ruslaĢdırmaq və rus hakimiyyətilə qarıĢdırmaq niyyətilə qələmə 
alınan bu rəsmi vəsiqə «müsəlman dia üləmasını» [maqomedanskoye duxovenstvo] 
dəxi  gözdən  iraq  buraxmamıĢdır.  O  zamankı  Azərbaycanda  məmləkətin  axund, 
molla, seyid, üləma və sairə növündən müxtəlif ünvanlar daĢıyaraq «xalqa mənən 
və maddi təsirli olduqlarını və onları vəz və təlqinləri altında tutaraq, qazanclarının 
10  %-nə  [zəkat  demək  istəyir]  sahib  olduqlarını  qeyd  etdikdən  sonra  «vəsiqə»  bu 
zümrənin eyni zamanda «qərəzkarlıq və ədalətsizliyilə məĢhur Ģəriət məhkəməsini 
də əlində bulundurmaq surətilə» rus hakimiyyəti üçün olduqca müzürr (zərərli) bir 
nüfuza malik olduğunu ciddi bir ifadə ilə qabardır. «Öz faydalarını din adı altında 
təmin  edən  bu  zümrə  müsəlmanların  ruhani  amirləridir  (baĢçılarıdır). 
Məhəmmədilik  onları  Rusiyanın  mükəmməl  bir  düĢməni  edir.  Bütün  qaleyanlar 
(çaxnaĢmalar),  narazılıqlar  və  rus  hakimiyyəti  əleyhindəki  üsyanların  gizli 
mühərrikləri daim bu  müsəlman üləmasının təsir və  nüfuzu ilə  vücud bulmuĢdur. 
Çox kərə bunlar Ģəxsən üsyançı dəstələrinə baĢçılıq etmiĢlər» (§ 81). 
Bu  düĢmənlərdən  xilas  olmaq  üçün  vəsiqənin  mühərriri  üləma  kiĢvəsi 
(paltarı)  və  ünvanı  altında  yaĢayan  adamların  bəy,  xan,  ağa,  sultan  ünvanlarının 
ayırd  seçilməsinə  aid  tədbirlərə  bənzər  bir  takım  sudan  (önəmsiz)  təkliflərlə 
hökumətə  sadiq  mollaların  təsbitini  və  xalqın  öz  zəkatlarını  ancaq  hökumətcə 
təsdiq  olunmuĢ  mollalara  vermələri  üçün  əl  altından  təĢviq  edilmələrini  və  eyni 
zamanda  Ģəriət  məhkəmələri  yerinə,  hər  türlü  təhrirata  (yazıĢmalara)  lüzum 
göstərmədən,  sırf  ağızdan  müzakirə  üzərinə  qurulu  mühakimə  edən  və  qərarlar 
verən  köy  məhkəmələrinin  təsirini  bir  tədbir  olaraq  göstərir;  fəqət,  yarımtədbir 
olaraq  görünən  bu  tövsiyələrlə  bərabər  o,  əsil  tədbir  olaraq  yerli  əhalinin 
xristianlığa  çevrilməsi  üçün  ediləcək  ciddi  təĢəbbüslərin  daha  səmərəli  olacağını 
irəli sürür və düĢündüklərindən daha çevik bir zamanda selbin (xaçın) yaradıcı bir 
iĢıqla islamiyyət xarabası üzərində parlayacağına qaneəm» - deyir (§85). 


88 
 
Məmələkəti  daha  dərindən  öyrənmiĢ  olduğu  görünən  layihənin  bəzi 
maddələrinə  əlavə  etdiyi  qeydlərilə  anlaĢılan  knayz  VarĢavskinin  bu  fəslə  əlavə 
etdiyi  qeyd  də  diqqətəĢayandır.  VarĢavski  [yəni  Paskeviç]  mollaların  rus 
hakimiyyəti  üçün  zərərli  bir  ünsür  olduqların  qəbul  etməklə  bərabər,  Ģəriət 
məhkəməsinin söyləndiyi kimi «fasid (ədalətsiz) bir müəssisə» olmadığını da qeyd 
edir; çünki bir administrator təcrübəsilə o, Qafqazdakı «adil» rus məhkəmələrinin 
bu  «fasid»  müəssisələrlə  rəqabətdən  aciz  olduğunu  öz  müĢahidə  və  təcrübəsilə 
bilir.  Fəqət,  belə  olmaqla  bərabər  rus  qanunları  ilə  rəqabət  edən  bu  «Məhəmməd 
Ģəriətinin»  müəssisələrini  rus  nüfuz  və  hakimiyyəti  üçün  o  daha  zərərli  görür. 
Üləmanın  təscili  (rəsmiləĢdirilməsi)  məsələsinə  gəlincə,  bu  iĢi  qeyri-mümkün 
görən Paskeviç, bütün ümidini vaxtilə, Tiflisdə ikən, bu məsələni tədqiq üçün təsis 
etdiyi  komissiyanın  iĢlərini  bir  nəticəyə  erdirməsinə  bağlayır.  Buradakı 
təsəvvürlərə görə, müsəlmanlara aid dini iĢlərin icrasını xristian konsistoryanlarına 
(inzibati  və  məhkəmə  hüquqlu  din  idarəsi)  bənzər  müəyyən  müəssisələrdə   
mərkəzləĢdirmək  lazımdır  və  bu  müəssisələr  dəxi  «baĢ  pokuror»  rütbə  və 
səlahiyyətlərində bir rus məmurunun nəzarət və kontrolu altında olmalı imiĢ. 
Yuxarıda qeyd etdiyimiz kimi, Paskeviçin təĢəbbüsü ilə baĢlayıb, yenə onun 
mülahizə  və  haĢiyələrilə  təkmil  olunan  bu  layihənin  tətbiqi  «Dövlət  ġurası»nın 
təsdiqindən  keçərək,  imperator  I  Nikolayın  iradəsinə  ərz  edilmiĢ  ikən  təxir 
edilmiĢdir.  Bu  təxir  o  zamankı  Qafqazın  ümumi  valisi  baron  Rozenin  Ģiddətli 
müxalifəti üzərinə vaqe olmuĢdur ki, bu da ayrıca bir fəsildir. 
 
 
 


89 
 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ 
 
III 
 
Paskeviç  -  Kutaysov  -  Meçnikov  layihəsinin  o  zamankı  Cənubi  Qafqaz 
müdiri  ümumisi  [qlavnoupravlyayuĢiy]  (baĢ  vali)
*
  baron  Rozenin  Ģiddətli  etirazı 
üzərinə təxirə uğradığını II məqaləmizin sonunda qeyd etdik. 
Əslən  Baltik  sahili  almanlarından  olan  baron  «yerli  adət  və  Ģəraiti  nəzərə 
almadan», «Cənubi Qafqazı» bir həmlədə içəri Rusiyadakı Ģəkildə idarədən ibarət 
olan  bu  təsəvvürü  protest  etmiĢdir.  Əsasda  «islahata»  zidd  olmayan  Rozen,  buna 
birdən  deyil,  tədriclə  getməyi  tövsiyə  edir  və  «hələlik»  idarənin  «əskəri 
komendantlar»dan  alınaraq,  mülki  bürokratlara  keçməsində  bir  fayda  görmürdü. 
Ona görə sürətlə hökm verən bəsit bir idarəyə alıĢqan olan yerlilərin «bürokratiya 
uzatmalarından məmnun qalmayacaqları Ģübhəsizdi». 
Baron  Rozen,  Baltik  sahillərində  olduğu  kimi,  burada  da  yerli  əsilzadələrə 
istinad  edən  bir  idarə  sistemini  məmləkətin  təskini  və  Rusiyaya  mərutluğu 
(bağlılığı)  baxımından  daha  faydalı  bulurdu.  Layihənin  finans  və  maliyyə 
xüsusundakı  birləĢdirilmə  təsəvvürü  də  baronun  tənqidini  mücib  (tuĢ)  olurdu. 
Çünki  eyni  Ģərait  taxtında  Cənubi  Qafqazda  vergiləri  tək  bir  sistemə  bağlamaq 
imkansız idi. Baron təsəvvüründə musırr (dönməz), tənqidlərində qəti idi. 
Tətbiqinin təxirə uğraması ilə bərabər, Cənubi Qafqaz idarəsini islah etmək 
fikri  «Dövlət  ġurası»  tərəfindən  ihmal  edilməmiĢdir  (unudulmamıĢdır).  1837-ci 
ildə bu məqsədlə eyni «ġura»   tərəfindən   senator  Qanın   rəyasətində  xüsusi   bir 
komissiya  təĢkil  olunaraq,  «Cənubi  Qafqaz  idarəsinin  islahı  iĢi»  bu  komissiyaya 
həvalə edilmiĢdir. 
O  sıralarda  imperator  I  Nikolay  Qafqazı  səyahət  etmiĢ,  bu  səyahət 
nəticəsində  baron  Rozen  mövqeyindən  düĢmüĢdü.  Digər  tərəfdən  senator  Qan, 
imperator  etimadını  qazanmıĢ,  nüfuz  sahibi  bir  adam  idi.  Bu  iki  amilin  təsirilə 
senator Qan, az bir zamanda məmləkəti belə bir quĢ baxıĢı ilə seyr etdikdən sonra, 
əsasda,  1833-1836  illər  layihəsinə  dayanaraq,  yeni  islahat  layihəsi  hazırlamıĢ  və 
1839-cu ilin fevralında bu layihəni qəbul etdirmiĢdir. 
Qanın  Paskeviç-Meçnikov  layihəsindən  çox  da  fərqli  olmayan  «Cənubi 
Qafqaz  idarəsinin  yeni  müəssisələri»  adını  daĢıyan  bu  əsərinin  təfərrüatına 
keçmədən,  onun  məmləkətimiz  haqqındakı  düĢüncələrilə,  «islahatdan»  güddüyü 
qayələri üzərində durmaq istəyirik. Bu, çar müstəmləkəçiliyinin ideoloji əsaslarını 
bizə bir az da anlatmıĢ olur. 
                                                           
*
 “Valiyi-ümumi” və ya “namestnik” (visruva) ünvanını daĢıyan Qafqaz valiyi-ümumilərinə əvvəllərdə 
“müdiri-ümumi” ünvanı verilmiĢdir.  


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə