MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə2/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   2   3   4   5   6   7   8   9   ...   106

_____________Milli Kitabxana______________

təzələməmişəm...  Pul  mənim  üçün  bəlkə də əl  çirkidir.  Lakin  başqaları

üçün  ki,  belə deyil!  Bu  məsələlər  mənim  daxili  rahatlığımı  pozur.

Kimsədən gileyim yoxdur, ancaq dərvişliyi uşaqlarıma aşılaya bilmirəm..."

İranda  şahlıq  rejimi  devrildikdən  sonra  hökumət  orqanları Şəhriyarın

güzəranını yaxşılaşdırmaq  üçün  tədbirlər  görmüş,  ona  abad  mənzil  vermiş

və müvafiq  təqaüd  təyin  etmişdir.  Çox  təəssüf  ki,  artıq  gec  idi.  Gənclik

çağlarından  başlayaraq  həyatı  maddi  məhrumiyyətlər  içərisində keçən  şair

xüsusən, sürgün illərində çəkdiyi ağır fiziki və mənəvi əzablar nəticəsində

dəfələrlə bərk  xəstələnmiş,  inqilabdan  sonra  da  xeyli vaxt  öz  evində və

xəstəxanalarda  müalicə olunmuşdur.  Şəhriyar  1988-ci  ildə sentyabr  ayının

18-də Tehranın  "Mehr"  xəstəxanasında  ağ  ciyər  iltihabından  və ürək

çatışmamazlığından vəfat etmişdir.

Öz  vəsiyyətinə əsasən şairin  cənazəsi Təbrizə gətirilmiş  və Surxabdakı

məşhur "Şairlər qəbristanı"nda dəfn edilmişdir. Həmin gün bütün Təbrizdə

dükan-bazar  bağlanmış,  şairin  dəfn mərasimi  ümumxalq  matəminə

çevrilmişdir. Şəhriyarın qəbri böyük məhəbbətlə abad edilmişdir. Qəbrinin

üstündə tikilən  məqbərənin  mərkəzində qızılı şirmayini xatırladan  zərif

mərmər  sənduqədə şair əbədi  yuxuya  dalmışdır.  Burada  İran  xalqlarının

mədəniyyət  tarixini  nümayiş  etdirən  gözəl  bir  muzey  də yaradılmışdır.

Məqbərənin  önündə qonaqlar  Şəhriyarın  öz  abidəsi  ilə yanaşı  Azərbycan

Respublikası hökumətinin Bakıdan hədiyyə göndərdiyi Nizami Gəncəvinin

heykəlini də ehtiramla seyr edirdilər.

2

Şəhriyar  doğulub  boya-başa  çatdığı  ölkədə mövcud  olan  poetik

ənənələrə və aldığı  təhsilə uyğun  olaraq əsərlərinin  çoxunu  fars  dilində

yazmışdır. Böyük alim və şairlərin, Şəhriyar irsi araşdırıcılarının dönə-dönə

etiraf  etdikləri  kimi  bu əsərlərində o,  elə yüksək  sənətkarlıq  nümayiş

etdirmiş və şeirləri elə geniş yayılmışdır ki, əsrimizin İran ədəbiyyatı tarixi

onun  yaradıcılığı  olmadan  natamam  görünərdi.  Şairin  90-cı  illərdə

Tehranda  buraxılmış  dördcildlik əsərləri  külliyyatının  hərəsi  təqribən  750

səhifədən ibarət olan üç cildi məhz bu əsərlərindən tərtib edilmişdir.



_____________Milli Kitabxana______________

Hansı  dildə yazmasından  asılı olmayaraq,  Şəhriyar  həmişə vicdanının

səsinə qulaq asan, qəlbində tüğyan edən duyğuları, başından keçən fikirləri

səmimiyyətlə əks  etdirən  bir  sənətkar  idi.  Özü  bu  barədə çox  gözəl

demişdir:

Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən;

Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən.

El məni atsa da öz gülşənimin bülbülüyəm mən.

Elimin farsca da dərdini söylər diliyəm mən.

Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.

Əbədiyyət gülüyəm mən!

O,  klassik  şerin  demək  olar  ki,  bütün şəkillərində yazmış, ədəbiyyatı

yüksək  məzmunlu  mükəmməl  qəzəl,  qəsidə,  məsnəvi,  qitə və rübailərlə

zənginləşdirmişdir. Şairin lirikası qəzəl dahisi hesab olunan Hafiz Şirazidən

sonra  keçən  600  il ərzində İranda  lirikanın ən  yüksək  pilləsi  hesab  edilir.

Şəhriyarın dərin fikirlə zəngin olub incə duyğular tərənnüm edilən qəzəlləri

İranda  xalq  arasında  geniş  yayılmışdır. Mən  ölkənin  Tehran,  Təbriz,

Ərdəbil,  Marağa,  Məşhəd,  Astara  və digər  şəhərlərində keçirilən ədəbi,

elmi məclislərdə Şəhriyarın ana dilli əsərləri ilə yanaşı, farsca qəzəllərinin

də uşaqdan-böyüyə çoxlarının dilində əzbər olduğunun, həm də incə zövqlə

ifadə edildiyinin  dəfələrlə şahidi  olmuşam.  Məlum  olduğu  kimi,  ilk

məhəbbət oxunun daşa dəyməsi şairi uzun müddət sızlatmış, onun bir sıra

qəzəllərinə dərin kədər aşılamışdır:

Sızlayır əhvalıma sübhə qədər tarım mənim,

Təkcə tarımdır qara günlərdə dildarım mənim.

... Ey, bu qəmli könlümün tabi-qərarı, söylə bir,

Əhdi-peymanın nə oldu, noldu ilqarım mənim?

... Şəhriyaram, gərçi mən öz mülkümün sultanıyam,

Göz yaşımdan qeyri yoxdur dürri-şəhvarım mənim.

(Tərcümə Mübariz Əlizadənindir)

Şəhriyarın əsərlərində ictimai  motivlər  geniş  yer  tutur.  Şairin  od-alov

saçan  beytlərində İranda  şahlıq  rejiminin  rəzalətləri  göstərilir,  ölkənin

taleyinin o zaman əslində yad əllərdə qaldığı ifşa olunurdu.




_____________Milli Kitabxana______________

O  zamankı  İranda  zülm  və ədalətsizliyin  baş  alıb  getməsi,  bir  çox

məmurların  oğrularla əlbir  olub  xalqı  talaması,  cəmiyyətin  həyatındakı

ətalət  və fanatizm,  məktəblərin  düşdüyü  dözülməz  dərəcədə ağır  vəziyyət

onun  yana-yana  bəhs  etdiyi  ictimai  bəlalardır.  Bir  qəzəlində şair  özgələr

əlində oyuncaq  olmuş  şahın  yaman  günlərə qoyduğu  İranın həyatından

ürəklərə yol salan canlı bir lövhə çəkmişdir:

Gedər bədbəxtliyin ardınca hər iranlı sərgərdan,

Bu bədbəxt millət istiqbal edər bədbəxtliyi hər an.

Baxın, fəqir bir rəmmal bir bədbəxtə açmış fal,

Dolub bədbəxt ilə bu ölkədə həm küçə, həm meydan.

Dilənçi söykənib divara, sanki bir nəfər rəssam

Çəkib bədbəxtliyin timsalını, divara vermiş can.

Satar İranı xainlər, xiridar əcnəbilərdir,

Neçin əqli-vətən tutmaz vətən dəllalına divan?!

Şəhriyarın  yaradıcılığında  məsnəvi  geniş  yer  tutur.  "Elm  və Hikmət",

"Kəmalülmülkün  ziyarəti"  məsnəvilərində o,  yaradıcı  ziyalıların,  istedadlı

rəssam, şair və alimlərin acınacaqlı taleyindən bəhs etmiş, xalqa baş ucalığı

gətirə bilən özü kimi böyük zəka sahiblərinin yaddaqalan canlı obrazlarını

yaratmışdır.  "Gecənin əfsanəsi",  "Qardaşım  oğlu  Hüşəngə",  "Eynşteynə

müraciət" əsərləri fəlsəfi səciyyə daşıyır. Miniatür poema təsiri bağışlayan

sonuncu əsərlərində şair təkcə öz elinin-obasının, vətəninin və xalqının yox,

bütün dünyanın taleyi üçün mənəvi məsuliyyət daşıyan qüdrətli bir sənətkar

kimi  çıxış  edir.  O,  20-ci əsrin ən  böyük  elmi  kəşflərindən  biri  olan  atom

enerjisindən  insanların  rifahı  üçün  deyil,  iradəsini  başqalarına  qəbul

etdirmək vasitəsi kimi istifadə edən təcavüzkar imperialist dairələrini tutarlı

vasitələrlə ifşa  edir,  xalqları ayıq-sayıq  olmağa,  öz  taleyini  odla

oynayanlara tapşırmamağa çağırır".

* * *

Şəhriyarın doğma ana dilində yazdığı əsərlər onun yaradıcılığının bizim



üçün  xüsusilə qiymətli  olan  tərkib  hissələrindən  biridir.  Hələ müəllifin

sağlığında klassik bir əsər kimi etiraf edilib şərəfləndirilən




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə