MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə7/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   2   3   4   5   6   7   8   9   10   ...   106

_____________Milli Kitabxana______________

günlərində qiyabi də olsa iştirak edir. Xalq həyatının təsviri o qədər təbii və

səciyyəvi təfərrüatları ilə verilir ki, oxucu əsərin personajları ilə birlikdə az

qala həmin həyatı yaşayan adamlardan birinə çevrilir.

Səhər tezdən naxırçılar gələrdi,

Qoyun-quzu dam-bacada mələrdi,

Əmməcanım körpələrin bələrdi,

Təndirlərin qavzanardı tüstüsü,

Çörəklərin gözəl iyi, istisi.

Bununla belə "Heydərbabaya salam"ın əhəmiyyəti təkcə adət-ənənələri,

mərasimləri,  təbiət  hadisələrini  zəngin  boyalarla  canlandırmasından  ibarət

deyil. Xalqın  tarixi  taleyi,  Azərbaycanın  başına  gələn  böyük  faciələr,

sarsıdıcı ictimai hadisələr də şairin diqqətindən yayınmamışdır.

Heydərbaba, göylər bütün dumandı,

Günlərimiz bir-birindən yamandı.

Bir-birizdən ayrılmayın, amandı!

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar.

Bu misralar artıq bir kəndin, bir obanın dərdləri çərçivəsini aşır və ikiyə

parçalarımış  Azərbaycanın böyük  faciəsi  haqqında  şair  naləsi  təsiri

bağışlayır. Şəhriyar  bilirdi  ki,  onun  şimaldakı  qardaşları,  məktəb,

mədəniyyət,  elm  sahəsində müəyyən  nailiyyətlər əldə ediblərsə də,  sovet

imperiyasının təqiblər, həbslər, sürgünlər, edamlar məngənəsində sıxılırlar.

Şair  Arazın üstündən  bu  taydakı  qardaşlarına əl  uzadıb  onlarla  ağlaşmaq,

bu yolla da dərdlərinə şərik olmaq istəyir:

Bir uçeydim bu çırpınan yelinən,

Bağlaşeydim dağdan aşan selinən,

Ağlaşeydim uzaq düşən elinən,

Bir göreydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı.




_____________Milli Kitabxana______________

Poemada şairin bir sıra əziz adamları xatırladılsa da, əsərin mərkəzində

Şəhriyarın özünün  bədii  obrazı  canlanır.  Ümumiyyətlə,  poemalarda  lirik

qəhrəman  və müəllif  arasında  tam  eyniyyət  olmasa  da  yaxınlıqlar,

səsləşmələr,  uyarlıqlar  geniş  müşahidə edilir. "Heydərbabaya  salam"da  bu

cəhət  daha  qabarıq  şəkildə nəzərə çarpır.  Çünki  şair  uzun  illərin

hicranından sonra səyahət məqsədilə hər hansı bir əsrarəngiz ölkəyə, yaxud

istirahət üçün yaylağa yox, əzizləri ilə görüşmək, onların ruhundan mənəvi

halallıq  almaq  üçün  elinə-obasına  gəlmişdir.  Kövrəkliyi  doğuran  digər

başlıca  səbəb  isə budur  ki,  bu  qəhrəmanın ən əziz  və ən  doğma  adamları

olan atası, anası, nənəsi, ömür-gün yoldaşı, bir çox qohumları və qonşuları,

uşaqlıq və gənclik illərinin yaxın dostları artıq həyatda yoxdur. Onların hər

biri  ilə əlaqədar  şairin  qəlbində zaman-zaman  şirinli-acılı  xatirələr  oyanır.

Bu xatirələr həyati və əziz olduğu qədər də həzin və kədərlidir. Şəhriyarın

insanpərvərliyi  və vətənpərvərliyi  də ilk  növbədə bu  yaxm  adamlarına,

əzizlərinə bu  dünyanı  tərk  etmiş  bütöv  bir  nəslin  taleyinə münasibətində

canlanır.

Poemada  Xoşginabın  dağətəyi  kəndlərinin  təbiəti  çox əlvan  və zəngin

boyalarla  təqdim  edilmişdir.  Onun  ayrı-ayrı bəndlərində təbiət  rəngdən-

rəngə düşüb cilvələnir. Burada təsvirlər o qədər təbii və oynaqdır ki, oxucu

özünü  ildırımların gurultusunu,  sel-suların şaqqıltısını eşidər  kimi,  bundan

sonra  yeni bir  nizamla  boy  göstərən  təzə-tər  çiçəklərin,  otların ətrini

qoxulamış  kimi  təsəvvür  edir.  Azərbaycanın təsərrüfat  həyatı,  xalqın  adət

və ənənələri,  toyu-yası,  məişətinin  növ-növ  lövhələri,  ayin  və mərasimlər

elə incəliklə təqdim  olunur  ki,  onların əsasında  cənub  ellərində yasayan

soydaşlarımızın  gün-güzəranı,  etnoqrafik  xüsusiyyətləri  haqqında  çox

zəngin bədii məlumat əldə etmək mümkündür.

Əsərdə yalnız  təbiət  lövhələrinin  və etnoqrafik  məqamların  yox,

psixoloji anların da təsvirində şair böyük ustalıq nümayiş etdirmişdir.

Qarı nənə gecə nağıl deyəndə,

Külək qalxıb qap-bacanı döyəndə,

Qurd keçinin şəngülüsün yeyəndə

Mən qayıdıb bir də uşaq olaydım,

Bir gül açıb ondan sonra solaydım.




_____________Milli Kitabxana______________

Bu  misraların  ayrılıqda  hər  birində və bütünlükdə onların əmələ

gətirdiyi bənddə insan əhval-ruhiyyəsinin elə anları verilmişdir ki, yaşından

asılı olmayaraq onu oxuyanların hər birində həyatın həmin anlarını yenidən

yaşamaq  arzusu  baş  qaldırır. Poemanın mühüm  məziyyətlərindən  biri

xalqın  gələcəyinə inam  duyğusunun  yüksək  poetik  ifadəsilə bağlıdır.

Heydərbaba  dağının  timsalında  bütün  Azərbaycanı  ümumiləşdirən  şair

xalqın öz səadətini sədəqə şəkilndə yox, mürtəce qüvvələrə (qurdlara) qarşı

igid oğullarının mübarizəsi sayəsində əldə edəcəyinə inanır, o gözəl əyyamı

qəlbinin ən  dərin  guşəsindən  gələn  böyük  səmimiyyət  duyğusu  ilə

tərənnüm edir:

Heydərbaba, mərd oğullar doğginən,

Namərdlərin burunların ovginən,

Gədiklərdə qurdları tut, boğginən,

Qoy quzular ayın-şayın otlasın...

6

Əsil söz  sənətkarının böyuklüyü  həm  də bununla  ölçülür  ki,  onun  istər

sağlığında, istərsə də dünyasını dəyişməsindən on illər, qərinələr keçəndən

sonra əsərlərini  oxuyan  hər  kəs,  ilk  növbədə isə sözə qarşı  həssas  olan

yüksək  səviyyəli  bədii  zövq  sahibləri,  şeirsevənlər  dərindən  təsirlənir,

həmin  sənətkarla,  onun  kəlamı  ilə özü  və öz  zəmanəsi  arasında,  mənsub

olduğu  ölkə,  qövm  və cəmiyyətin  taleyi  arasında,  fikir  və duyğuları

arasında nə isə bir uyarlıq, yaxınlıq, doğmalıq, səsləşmə, tipologiya görür.

Önündə kəlmə-kəlmə,  beyt-beyt,  vərəq-vərəq  açılan  şair  kəlamı  işığında

oxucu tam səmimiyyətlə öz daxili aləmini, qəlbini, şüurunu ona etibar edir;

özünü  həyəcanlandıran,  narahat  edən  çox  vacib,  taleyüklü  mətləblər

barəsində ondan  məsləhət  alır,  öz  fikir  və duyğular  axarını  şair  kəlamının

yüksək mona pərdəsinə kökləyir.

Belə mötəbər şairin misraları hər oxunuşda diqqətli oxucunun şüurunda,

qəlbində əks-səda  verir. Onu  hala-həyəcana  gətirir,  həyatın neçə-neçə

müşküllərini həll etmək işində nəsillərin əlindən tutur. Dahi sənətkarlardan

Firdovsi Tusinin "Şahnamə"si, Nizami Gəncəvinin



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə