MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə10/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   6   7   8   9   10   11   12   13   ...   106

_____________Milli Kitabxana______________

Azərbaycan öz müstəqilliyini bundan sonra heç vaxt əldən verməyəcək

və öz  dinindən  də ayırılmayacaqdır"  ("Azərbaycan"  qəzeti,  16  dekabr

1997).


Biz  müəyyən  edə bilmədik  ki, ustad  Şəhriyar  muğamat  dəstgahlarının

əla şairanə təsnifatını verən "Sazlı şairimiz Xazinin ruhuna təqdim" əsərini

nə vaxt  yazıb...  Lakin onun  həmin  şeirlə Azərbaycan  xalqının  Qarabağ

yarasına mənəvi bir məlhəm qoyduğu göz qabağındadır.

Sızıldar sinəmin sazı, "Dəraməd" eylərəm "Şuri",

"Çobanım" sən də "Səlmək"lə sızıldat taru-tənburi.

"Qarabağım" çıxıb əldən, “Segahm” qoy yetim olsun;

İgidlər yurdusa bir gün ucalsın təblü-şeypuri!

Ustadın  bu  fikirlərini  davam  etdirmək  caiz  olsaydı,  deyərdim  ki, əgər

Qarabağ  soydaşlarımız,  bütün  xalqımız  öz  qəhrəmanlıq

ənənəsinə

sadiqdirlərsə,  onlar  artıq  "Yetim  segah"  oxumaqla  dərdə dərman  edə

bilməzlər; indi  təblü-şeypur  "Cəngi"  üstündə vurulmalı,  Qarabağda

"Qarabağ şikəstəsi" də öz əsil sahiblərinə qaytarılmalıdır!

Ümumiyyətlə,  Şəhriyarın  yaradıcılığında əsər  tapmaq  çətindir  ki,  onda

ümumbəşəri  qayələr, insanlığa  xas  olan  uca  keyfiyyətlər, bütün  ölkələr və

bütün zamanlar üçün müqəddəs olan mənəvi mətləblər yüksək sənətkarlıqla

ifadə edilməsin.  16  bənddən  ibarət  "Eyvay  madərim!"  şerində Şəhriyarla

Kövkəb  xanım  arasındakı  zərif  və kövrək  ana-övlad  münasibətləri  yadda

qalan  çox  incə təfərrüatları ilə öz  bədii  inkişafını  tapmışdrr.  Lakin  eyni

zamanda  ustad  dünya ədəbiyyatının  bədii  qaynaqlarından  biri  olan  ana

mövzusuna elə bir fikri-bədii vüsət vermiş, bu münasibətləri elə səciyyəvi

məqamları ilə və elə məntiqi bir ardıcıllıqla nəzmə çəkmişdir ki, onun əsəri,

dünyanın hansı  qitəsində yaşamasından  asılı  olmayaraq,  hər  bir  ləyaqətli

insan üçün ardınca qoşulmalı örnək səviyyəsinə qalxmışdır:

Bilirsən mənə bir vaxt nələr, nələr demiş o?

Həqiqətlər söyləmiş, əfsanələr demiş o.

Onun nağıllanyla qanadlanmış xəyalım,

Bayatılar, laylalar, təranələr demiş o.



_____________Milli Kitabxana______________

Beşiyimin başında gah gülmüş, gah ağlamış,

Qundağımın bağını nəğmələrlə bağlamış.

Mənim eşqim, ilhamım, hər nəyim var, onundur,

Bu qəmlər, bu ələmlər, bu misralar onundur.

Mən yazmıram, bəlkə də yazır indi bu şeri,

Onun qızıl şüa tək könül titrəyişləri.

Mən onun sayəsində boya-başa çatmışam,

Anam məni doğubdıır, mən aləm yaratmışam.

Bu  fikir  aliliyi,  bu  şairanəlik  və bədii  vüsət  Şəhriyarın  "Heydərbabaya

salam" və başqa poemalarına, bir sıra qəsidə və qitələrinə, "Aşiqin gileyi",

"Həzin  nalələr",  "Yanıqlı  saz", "İnsan  ol!", "Tarım  mənim"  kimi  yüzlərcə

qəzəlinə də yaşarılıq bəxş edən ən səciyyəvi əlamət və keyfiyyətlərdir.

Beləcə


mühüm  bəşəri  problemləri  diqqət  mərkəzinə

çəkib  öz

qənaətlərini  ifadə edən Şəhriyar  bəzən  klassik  irsdən,  bir  şairin  bir

misrasından,  hətta  müəyyən  təbii  təbəddülata  uğratmış  olsa  da,  tək  bircə

qafiyəsindən  belə öz  İlhamına  qanad  taxır,  təbini  cuşa  gətirir. Məsələn,

"İman  müştərisi"  şerini  alaq.  Bu əsərdə təkanverici  poetik  məqam Hacı

Seyid Əzimin "Aparır" rədifli qəzəlinin bu beytidir:

Ey kaman qaşlı, məni yarələdi qəmzən oxu,

Zülfünü bas yarama, qoyma məni qan aparır.

İncə ruhlu qəzəlxan Seyid Əzim məhəbbətin tərənnümünə həsr olunmuş

bu qəzəlinin Şəhriyarı xüsusilə mütəəssir etmiş beytində bir-birindən doğan

hadisələrin  təbii  ardıcıllığı  yolu  ilə qəribə bir  psixoloji  vəziyyət,  poetik

məqam  yaratmış,  bununla  da əsərinə məntiqi  və estetik  bütövlük

aşılamışdır. Hələ sağlığında,  yəni  keçən əsrin  ortalarında  Qafqazda  və

Yaxın  Şərqdə tanınmış  bu  görkəmli  şairin ənənəvi  məhəbbət  mövzusuna

həsr  edilən  qəzəlindəki  bircə ünsürdən  faydalanan  Şəhriyar  isə doğma

vətəninin ictimai bəlalarını



_____________Milli Kitabxana______________

göstərməyə,  ürəyində qövr  eləyən  böyük  dərdləri  dilinə gətirməyə imkan  verən

tamamilə yeni, yüksək mənalı bir qəzəl yazmışdır:

Aman Allah, yenə şeytan gəlib iman apara,

Qoruyun, qoymayın imanızı şeytan apara!

Qanlı dırnaqlarılan ingilis əl qatdı bizə,

Baxısan, rus da Arazdan keçir, İran apara.

Anama söyləyin: oğlun yıxılıb səngərdə,

Tellərin bas yarama, qoyma, məni qan apara.

Şəhriyar şerinin təsir qüvvəsi ilk növbədə izlədiyi qayənin böyüklüyündə, fikir

və duyğuların  yaşarılığındadır.  Onun əsərlərini  dönə-dönə oxuduqca,  biz ən

müxtəlif,  aşkar  və gizli  yollarla  İrana  rəxnə salmaq  istəyən  şər  kabusunu,  iman

aparmağa gələn şeytanları, "Parçala, hökm sür'" deyib öz qanlı pəncələri ilə ölkəni

təhdid  edən  imperializmin  mənfi obrazını  görmüş  kimi  oluruq.  Ölkəsinin ərazi

bütövlüyü  uğrunda,  mənəviyyatının,  dininin,  dilinin,  imanının  təhlükəsizliyi

uğrunda can

nisar  edən  məğrur  oğullarla,  belə oğulları yetişdirən  ağ  saçlı

qəhrəman  analarla  görüşmüş,  onların  mübarək əllərindən  öpmüş  kimi

oluruq.  Xəyallarmzda  bu  mərd  İran  anaları ilə Qarabağ  davasında  qoşa-

qoşa  şəhid  vermiş  vətənpərvər  analar  arasında  uzanıb gedən  ilahi  bir  nur

zolağı  görür  və bu  nur  zolağını bundan  sonra  daha  böyük  qüvvətlə bərq

vuracağına iman gətiririk.

Beləliklə də,  qətiyyətlə təsbit  etmək  üçün əlimizdə kifayət  qədər  fakt,

elmi bədii sənəd və əsaslar mövcuddur ki, rişələri, hüceyrələri ilə əsil xalq

şairi olan Şəhriyarın irsi İranzəmin hüdudlarından kənarda da hüsn-rəğbətlə

qarşılanan,  başa  düşülən,  təkcə ustadın  vətəni,  xalqı  üçün  deyil,  bir  çox

digər  ölkələrin  xalqları üçün  də həm  dünən,  həm  də bu  gün  vacib

əhəmiyyətini  qoruyub  saxlayan  regional  və qlobal  bəşəri  problem  və

motivlərlə çox  zəngindir.  Bu  problem  və motivlərin  yalnız  bir  qismindən,

bu  yazının verdiyi  imkanlar  çərçivəsində bəhs  edə bildim.  Lakin  bu

fikirdəyəm  ki,  onun  adını  çəkmədiyimiz  bir  sıra  digər əsərləri  də bu

baxımdan  araşdırılıb  tədqiq  edilməyə,  haqqında  xüsusi  kitab  və məqalələr

yazılmağa  möhtacdır.  Qənaətimiz  bundan  ibarətdir  ki,  ustad  Seyid

Məhəmmədhüseyn  Şəhriyar  irsinin  bu  cəhətlərini  işıqlandıran  sanballı

kitabı onun istedadlı pərəstişkarları, inşallah, çox gözləməli olamayacaqlar.

* * *



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə