MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə30/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   26   27   28   29   30   31   32   33   ...   106

_____________Milli Kitabxana______________

Şirindisə, zay demişəm.

Hər gözəldən bir gül alıb,

Sən gözələ pay demişəm.

Sənin gün tək batmağıvı

Ay balana tay demişəm.

İndi yaya qış deyirəm,

Sabiq qışa yay demişəm.

Gah toyuvu yada salıb,

Mən dəli nay-nay demişəm.

Sonra yenə yasa,batıb

Ağları hay-hay demişəm!

Ətək dolu dərya kimi,

Göz yaşıma çay demişəm.

Ömrə, sürən mən qaragün

Ax demişəm, vay demişəm!



GÖZÜM AYDIN

Gözüm aydın, görürəm sevgili qardaşlarımı,

Basmışam bağrıma öz doğma qarındaşlarımı.

Açmışam qolları xəlqimlə üzük həlqəsi tək,

Salmışam həlqəyə qiymətli üzük qaşlarımı.

Fələkin çərxini sındırmışam əvvəl daşda,

Ətəyimdə hələ də saxlamışam daşlarımı.

Açmışam qəmimizin bağlı qalan yollarını,

Tapmışam yüz sənə qürbətdəki yoldaşlarımı.

Bu Süleymandı yanımda, görəsən, mən inanım?

Gah açıb, gah qıyıram gözlərimi, qaşlarımı.

Yığışın, şənlik edək, qəmimizin bayramıdır,

Sil gözümdən bu yüz ildən bəri göz yaşlarımı.

Yüz yaşım olsa da, olsun, yox üzümdə qırışım,

Cavanam, kim nə bilir, gizlədirəm yaşlarımı.

Qoçu qurbanlarımı kəsdi Vətən oynaşımız,

Qanımı xeyrat edərkən yedi bozbaşlarımı.

Ana oynaşım qeyrət gözü görsə, kor olur,

Mən nə gözlə görə billəm vətən oynaşlarımı.

Gedəlim Qafqaz uşaqlarını təclil edəlim,

Şəhriyarım, dara saqqallarımı, saşlarımı.



_____________Milli Kitabxana______________

CAN RUSTƏM

Bir xəbər çatdı mənə Nuhi-nəbi qarğışıtək,

İçərimdə biləsən qopdu nə tufan, Rüstəm.

Yandı bir ləhzədə, xərmən kimi arzum, ümidim.

Canım ol yanğıda yandıqca dedim: "Can Rüstəm".

Bəllidir - Rüstəm olan ağlamaz, amma oxlar

Sənə dəydikcə ürəklərdən axar qan, Rüstəm.

Həftxanlardan aşırsan, alısan div yarasın,

Qəmimiz qəhrəmanı, Rüstəmi-Dəstan, Rüstəm.

Nə qədər varsa bu dünyada Azərbaycan eli,

Şanlı Rüstəmlər üçündür şərəfii şan, Rüstəm.

Tilisim çay dərələrdə nə qoçaq salmışidin

Bir ümid körpüsü ki, yol sala karvan, Rüstəm.

Div yatarkən iki qardaş qonuşurduq gecələr,

O qonuş el qəminn dərdinə dərman, Rüstəm.

Divlər amma ayılıb duydular əhvalımızı,

Hələlik qaldı ümid körpüsü viran, Rüstəm.

Hizbi-şeytandan olan qoy səni ixrac eləsin,

Başda yazmış səni öz hizbinə rəhman, Rüstəm.

Qalmışam mən də bu tayda qolubağlı, asılı,

Səf çəkib qarşıda qəm, sanki verir san, Rüstəm.

Qardaşın qardaşilə bir görüşü, bir qonuşu

Qadağan olmada, bax zülmə nə tüğyan, Rüstəm.

Yetişib vədəsi həqqin, əmin ol, dəm dəmidir,

Açıla həqq qapısı, mat qala şeytan, Rüstəm.

Nəbi tək bizdə qılıc Rüstəmi çoxlar var imiş,

Sən qələm Rüstəmisən, can sənə qurban, Rüstəm.

Şəhriyar arzugöz oldu ki, Səhəndilə gələ

Bəxtiyar məclisinə, başda Süleyman Rüstəm.

İNSANSAZ İNQİLABIMIZ

Burulur seltək inqilabımız,

Durulmaqdadır məncəlabımız.

Arıdır bizi, övsəyir bizi

Qərbilləyərək inqilabımız.



_____________Milli Kitabxana______________

Bir ümmet olaq, boyaqlar getsin,

Nə qırmızımız, nə də abımız.

Mübarək olsun imam xəttimiz,

Sazişkarlardan ictinabımız.

Cıracaq hər cür nisbət naməni

İmam xəttinə intisabımız.

Mübarək olsun imam xəttində

Hər əyabımız, hər zəhabımız.

Casus yuvasın cavanlar aldı,

Mübarək olsun fəthi-babamız.

Qar-yağışsa da, Qüdsə çatarıq,

Fəthülfütuhdur qar-doşabımız.

Cəbhə - Kərbəla, Fəllahilərtək

Hüseynilərdir həmrikabımız.

Hizbi-cümhuri inficarında

Behiştilərtək Bu Türabrmız.

Məhərrəm gəlir, aşura gəlir,

Şölə çəkəcək iltihabımız.

Şəhid məhrabdır Əsədullahə,

Bizim saqimiz, qan - şərabımız.

Aşura bizim məktəbimizdir,

Qanla yazılmış bu kitabımız.

Ya Hüseyn, biz də Kərbəlamızda

Çox Əsğərimiz, çox Rübabımız.

O qatılı gözlə bir baxış, bəlkə

Azala bizim də əzabımız.

Vabəstəlikdən bəlkə qurtulaq,

Açıla qoldan bu tənabımız.

Xudkəfa olaq, öz ocağımız,

Öz ciyərimiz, öz kababımız.

Burda tikilə, burda toxuna

Öz başmagımız, öz corabımız.

Möhtəkir bilsin: baha satandan

Yağ-bal atmağa yoxdur qabımız.

Özümüz yenə sabun bişirrik,

Qoy heç olmasın fərzan-fabımız.

Hizbullah yolu dünbələndüzdür,




_____________Milli Kitabxana______________

Müzməhil olsun kəc əhzabımız.

Bizim babımız müstəzəfindir,

Müstəkbər deyil bizim babımız.

Fərşin xabı tək sağ-sola yatmaz

Düzünə yatar bizim xabımız.

Bu yoxsullardan soruşanlara

Məhşərdə varmı bir cavabımız?

Bu gün Səddamın odundan qaçaq,

Allah oduna varmı tabımız?

İranın ərzi xaricə getməz,

İslamdır bizim ərziyabımız.

Mühasireyi-iqtisadini

Sındırar bizim etisabımız.

İmperializmə bac verənmərik,

Bağlanıb daha bu hesabımız.

Da bizdən ona rəiyyət çıxmaz,

Mötəmən olsun xan-ərbabımz.

Cavanlar! Cahad qolun çıtmayın,

Abad olacaq hər xarabımız.

Kampyüter də düzəldənməsək,

Kamil olacaq üstürlabımız.

Avarələri bağrıza basın,

Mühacir - ənsardır savabımız.

Döyünmə də var, söyünmə də var

Olacaq labüd iztirabımız.

Ayətüllahi-Mədəni kimi,

Gün batarsa da, var məhtabımız.

Ayətüllahi-Meşkini tək nur

Nuralar duayi-müstəcabmız.

İnsansaz məktəb hələ də durur,

"Gülüstan" kimi var "nəsab"ımız.

Molla Möhsüni Kaşi əsəri

Cənnət bağıtək var "Əbvab"ımız.

Münzəvi olmuş şairlərimiz,

Zəhirəddini-Fariyabımız.

Şəhriyar, qovza Heydərbabanı,

Qoy abad olsun Xoşginabımız.



DƏRYA ELƏDİM

Türki bir çeşmə isə, mən onu dərya elədim,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə