MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

 
 
104
Vasitəçilik
  —  alıcı  və  satıcıların  bazar  iqtisadiyyatında 
bir  yerdə  görüşdürülməsinin  əsas  vasitələrindən  biridir.  Vasi-
təçilər  tədqiqatlara,  keyfiyyətin  sertifikasiyasına,  alıcı  və  sa-
tıcılara  zəmanətin  verilməsinə  çəkilən  xərclərin  azaldılması 
hesabına tranzaksiya məsrəflərini aşağı sala bilirlər.   
Elektron  kommersiyada  vasitəçilər  dörd  kateqoriya  üzrə 
təsnifləşdirilirlər: brokerlər,  dilerlər,  auksionistlər  və birjaçılar.  Bu 
cür  təsnifləşdirmə  qiymətyaranma  mexanizmindən,  vasitəçilərin 
malların və xidmətlərin sahibi olub-olmamasından asılıdır.  
Brokerlə
—  müvafiq  komisyon  mükafatına  işləyən  alı-
cılarla  satıcılar  arasında  olan  vasitəçilərdirlər.  Aqreqator  kimi 
tanınan  broker  saytlarında  alıcılar  kataloqlar  seriyasına  baxa 
bilirlər ki, burada müxtəlif satıcıların malları və qiymətləri haq-
qında  məlumat  vardır.  Aqreqatorlar  satıcının  adından  sifarişi 
qəbul edirlər, lakin sifarişin özünün yerinə yetirilməsi satıcı tə-
rəfindən həyata keçirilir.  
Auksionistlə
sövdələşmələrdə fəal iştirak edirlər və qiymət-
yaranma  mexanizmini  müəyyənləşdirirlər.  nternet-texnologiyalar 
auksionların  keçirilməsinə  çəkilən  xərcləri  azaldır.  Auksionistlər 
iki kateqoriyaya bölünürlər: bəzi auksionistlər mal artığının satışı 
üçün  auksion  keçirir,  digərləri  isə  -  alıcılar  üçün  əks  (reversiv) 
auksion keçirirlər ki, burada satıcılar alıcı uğrunda bir-birləri ilə 
rəqabət aparırlar.  
Dilerlə
malgöndərənin  malının  sahibinə  çevrilir,  alış  və 
satış qiyməti arasındakı fərq hesabına qazanc əldə edirlər.  
Birjaçılar 
ikitərəfli  bazarın  nümayəndələri  olmaqla  öz 
müştərilərinə  saytlarında  bir  sıra  xidmətlər  göstərirlər.  Adətən 
В
2В-birjalar  daimi  olmayan  forvard  kontraktları  əsasında  fəa-
liyyət göstərir. 
 
2. Elektron kommersiya bu bölməyə məxsus olan işgüzar 
fəallığın  bütün  pillələrini  (real  vaxt  rejimində  marketinq,  sifa-
riş,  ödəniş,  malın  çatdırılması,  satışdansonrakı  xidmət,  məslə-


 
 
105
hətlər,  şirkətlər  arasında  birgə  üşün  müdafiə  olunması  və  s.) 
nəzərdə tutur.   
Biznes-model  —  biznesin  aparılması  metodudur  və 
bundan istifadə edərək şirkət özünün bazardakı mövqeyini əldə 
edib möhkəmləndirə bilər, xərcləri aşağı salıb mənfəət qazana 
bilər. 
Biznes-modelə aiddir: 
•  malların,  xidmətlərin  və  informasiyanın  axınının  arxi-
tekturası; 
•  işgüzar  fəallığın  müxtəlif  iştirakçıları  üçün  potensial 
faydanın təsviri; 
• gəlir mənbələrinin təsviri (xərclərin azaldılması yolları).  
Biznes-modelin vəzifələri: 
•  təklifin  əhəmiyyətinin  müəyyən  olunması,  yəni  yeni 
texnologiyaya  əsaslanaraq  onun  istifadəçi  üçün  faydalılığının 
qiymətləndirilməsi; 
• bazar seqmentinin müəyyən olunması, yəni təklifdə ma-
raqlı  olan  yeni  texnologiyalar  istifadəçilərinin  müəyyən  olun-
ması; 
• firma daxilində dəyərin yaradılması halqasının struktu-
runun müəyyən olunması; 
• məsrəflərin strukturunun qiymətləndirilməsi; 
• halqa daxilində firmanın mövqeyinin təsvir olunması; 
• rəqabət strategiyasının ifadə olunması. 
 
3.  Hazırda  nternet  vasitəsilə  alışların  üç  modeli  forma-
laşmışdır:  malgöndərənlərin  kataloqları  üzrə;  alıcının  sorğusuna 
görə və nəhayət, elektron ticarət.  
1.  Malgöndərənlərin  kataloqları  üzrə  alışların  təşkili. 
Bu 
model  üzrə  malları  və  xidmətləri  təqdim  edənlər  nternetdə 
elektron kataloqları və yaxud vitrinləri yerləşdirir, istifadəçilər 
onların köməyi ilə alışları yerinə yetirirlər. Belə veb-şəbəkələr 
alıcılara  «alıcı  səbəti»  kimi  rahat  xidmət  formasını,  həmçinin 


 
 
106
mühafizə olunan rejimdə müxtəlif ödəniş imkanlarını, məsələn, 
korporativ kredit kartı ilə, təqdim edir.   
2.  Alıcıların  sorğularına  görə  alışların  təşkili. 
Bu  mo-
dellə müxtəlif malgöndərənlərin məhsullarının kataloqları özü-
nün şəxsi  nternet şəbəkəsində yerləşdirilir. Proses, sifarişlərin 
elektron  qaydada  rəsmiləşdirilməsi  imkanlarını  yaradan  proq-
ram təminatının köməyi ilə avtomatlaşdırılır.  
3.  Elektron  ticarət  meydançası  modeli. 
Elektron  ticarət 
meydançaları müxtəlif malları təqdim edən və yaxud müəyyən 
dar  bazar  üzrə  ixtisaslaşdırılmış  çoxlu  sayda  malgöndərənləri 
ə
hatə edir. 
On-line  ticarət  meydançası  –  alıcı  ilə  satıcı  arasında 
sövdələşmənin  həyata  keçirildiyi  və  maliyyə-ticarət  əməliy-
yatlarının  aparıldığı  yerdir.  nternetin  imkanları  alışı  (satışı) 
real vaxt rejimində yerinə yetirməyə imkan verir.  nternetin de-
mək  olar  ki,  hər  yerdə  əlçatan  və  mümkün  olması  nəticəsində 
meydançanın  ticarət  fəaliyyətində  Yer  kürəsinin  müxtəlif 
nöqtələrində olan şirkətlər iştirak edə bilər.  
 


 
 
107
 
XV.
  X DMƏT SƏNAYES  SAHƏS NDƏ ELEKTRON 
KOMMERS YA 
 
1.
  nternet xidmətləri və Internetdə bank xidmətləri 
2.
  nternet-treydinq 
3.
  Turizm xidmətləri 
4.
  nternet-sığortalanma 
5.
  nternetdə kommunikasiya xidmətləri  
 
1.  nternet xidmətləri.  nternet vasitəsilə göstərilən bütün 
servislər  xidmət  kimi  qəbul  olunur.  Onları  iki  qrupa  bölmək 
olar: informasiya xidmətləri və kommunikasiya xidmətləri. 
Off-laynda  mövcud  olan  informasiya  xidmətləri  hazırda 
nternetdə  inteqrasiya  olunur.  Onlardan:  hüquqi,  konsaltinq, 
bank, maliyyə, xəbərlər, turizm, tibbi, psixoloji və s. göstərmək 
olar.  
nternetdə  kommunikasiya  xidmətləri:  elektron  poçt 
vasitəsilə ünsiyyət, qonaq kitabları, çat  ICQ, Odigo, əks-əlaqə 
formaları,  nternet-telefoniya, videokonfranslar və s. 
nternet  şəbəkəsinin  xidmət  göstərən  kanal  kimi  əsas 
üstünlükləri: 
•  istehlakçılarla  birbaşa  qarşılıqlı  əlaqə  yaradılması 
imkanları; 
• fərdililik; 
• operativlik; 
• off-laynla (off-line) müqayisədə oxşar xidmətlərin daha 
ucuz olması; 
• anonimlık. 
Çatışmayan cəhətləri: 
• coğrafi cəhətdən məhdudlaşmayan yüksək rəqabət; 
•  müştərilərin  mobilliliyi:  müstəri  istənilən  an  digər 
satıcıya üz çevirə bilər; 
•  heç  də  həmişə  müştərinin  niyə  narazı  qaldığı  məlum 
olmur; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə