MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

 
 
108
•  müştəri  ilə  birbaşa  əlaqənin  olmaması;  bu  da  onun 
rəftarına təsirin intensivliyinə və keyfiyyətinə təsir göstərir. 
nternetdə bank xidmətləri . 
Banklar  müasir  iqtisadiyyatda  böyük  rol  oynayırlar. 
Bankların  fəaliyyət  predmeti  bank  məhsulundan  və  onunla 
bağlı  olan  xidmətlərdən  asılıdır.  Bank  məhsulu  maddi  şəkildə 
rəsmiləşdirilmiş xidmətdən (kart, əmanət kitabçası, bank hesabı 
müqaviləsi,  yol  çeki,  qiymətli  kağız,  elektron  pulqabı  və  s.) 
ibarətdir.  
Kommersiya banklarının əsas funksiyaları: 
• ödənişlərdə vasitəçiliyin edilməsi; 
• birincitipli maliyyə vasitəçiliyi (kredit-depozit, qiymətli 
kağızların və valyutanın alışı-satışı); 
•  ikincitipli  maliyyə  vasitəçiliyi  (emitentin  qiymətli 
kağızlarının bazarda yerləşdirilməsi). 
Müasir  nternet-texnologiyalar banklara imkan vermişdir 
ki, onlar öz xidmətlərinin bir hissəsini yeni səviyyəyə qaldırsın 
və  bununla  da  yeni  müştərilər  cəlb  etsin  və  xidmət  xərclərini 
aşağı  salsınlar.  Bu  zaman  maliyyə-iqtisadi  proseslərin  sürəti 
qlobal miqyasda artır. 
Şə
bəkədə alıcı ilə satıcı arasında aparılan bütün ödənişlər 
bu və digər qaydada bank strukturları ilə bağlıdır. Son vaxtlar 
tərəflər  arasında  ödənişlərin  təşkili  üçün  banklar  öz  müştəri-
lərinə birbaşa  nternet vasitəsilə çıxma imkanlarını təqdim edir.  
 
2.  Hazırda  nternet  vasitəsilə  fond  və  maliyyə  bazarları 
xüsusi  investorlara  (sərmayəçilərə)  daha  yaxın  olmuşlar. 
nvestor, ilk növbədə, bazarda vəziyyəti gözdən qoymamalı və 
maliyyə  alətləri  ilə  ticarəti  «real  vaxtda»  yerinə  yetirməlidir.  
Bu isə qlobal  nternet şəbəkəsinin inkişafı nəticəsində mümkün 
olmuşdur. On-line brokeri adi brokerin göstərdiyi xidmətlərdən 
başqa, investora real vaxtda maliyyə informasiyasını da verir.  
Beləliklə,  nternetdə broker xidməti (Internet-treydinq) – 
investisiya vasitəçisi (bank və yaxud broker şirkəti) tərəfindən 


 
 
109
göstərilən xidmətdir ki, bu da müştəriyə qiymətli kağızların və 
valyutanın  beynəlxalq  nternet  şəbəkəsi  vasitəsilə  real  vaxtda 
alqı-satqısına şərait yaradır.   
Adətən bu xidmətə aiddir: 
•  maliyyə  aktivlərinin  real  vaxtda  alqı-satqısının 
bilavasitə həyata keçirilməsi imkanları; 
• investorun investisiya portfelinin yaradılması; 
• müştərinin qarşılıqlı fondlarda iştirakı imkanları; 
•  müştəriyə  tez-tez  dəyişən  maliyyə  informasiyasının 
(qiymətli  kağızların  kotirovkası  və  valyuta  məzənnələri) 
təqdim olunması; 
•  müştəriyə  analitik  məqalələrin,  qrafiki  informasiyanın, 
peşəkarların köməyi və s.; 
•  digər  əlaqədar  xidmətlər  (kredit  kartlarının  və  çek  ki-
tabçalarının  verilməsi,  pensiya  hesablarının  açılması  və  apa-
rılması, portfelə daxil olan səhmlər üzrə müştərinin mobil tele-
fonuna, peycerinə və ya poçt yeşiyinə informasiyanın verilməsi 
və s.). 
nternet vasitəsilə broker xidməti göstərilməsinin iki əsas 
üsulu vardır: 
•  müştəri  adi  veb-brauzerdən  (web-browser)  istifadə 
edərək,  bilavasitə  vasitəçi  şirkətin  veb-saytında  qiymətli  ka-
ğ
ızları almaqla (satmaqla) özünün investisiya portfelini yaradır;  
•  müştəri  (istifadəçi)  öz  kompyuterində  xüsusi  proqram 
təminatını  quraşdırır  və  onun  köməyi  ilə  informasiya  alır  və 
maliyyə bazarlarında tranzaksiyaları həyata keçirir. 
 
3.  Səyahətlər  və  daşınmalar  bazarı  üçün  satış  obyekti 
kimi maddi məhsullar deyil, xidmətlərin yerinə yetirilməsi üzrə 
öhdəliklər  çaxış  edirlər.Bu  bazarın  spesifikliyi  ondan  ibarətdir 
ki, satıcılar və istehlakçılar bir-birlərindən çox uzaq məsafədə, 
müxtəlif şəhərlərdə və yaxud ölkələrdə yerləşə bilərlər və xid-
mətlərin  təsviri  reklam  bukleti,  mətni  və  yaxud  videoinfor-
masiya şəklində ola bilər.  


 
 
110
Turist putyovkalarının (yol vərəqələrinin) satışı  nternetin 
multimedia xassələrinə çox yaxşı uyğun gəlir; son vaxtlar turist 
firmalarının, agentliklərinin, həmçinin pansionatların, sanatori-
yaların,  istirahət  bazalarının  və  mehmanxanaların  nternetə 
maraqları artmışdır.   
Turist xidmətlərinin təchizatçısı kimi nəqliyyat şirkətləri, 
yerləşdirmə obyektləri və turist tədbirlərinin təşkilatçıları çıxış 
edirlər.  Turoperatorların  vəzifəsinə  xidmətlərin  paket  for-
masında birləşdirilməsi və turun məhsulunun formalaşdırılması 
daxildir.  Bu  da  sonradan  son  istehlakçılara  satılmaq  üçün  tur-
agentliklərə daxil olar. 
 
4. Sığortalanma kimi qabaqcadan gözlənilməyən müxtəlif 
ə
lverişsiz  hadisələrdən  yaranan  zərərlərin  ödənilməsi  üçün 
məqsədli pul fondlarının formalaşdırılması və istifadə olunması 
üzrə  iqtisadi  münasibətlər  sistemi  başa  düşülür.   Sığortalanma 
xidməti iki şəxsin – ğortaedənin  sığortaolunanın iştirakını 
nəzərdə tutur. 
Sığortaedən  —  dövlət  lisenziyası  olan  və  sığorta 
fəaliyyətinin  həyata  keçirilməsi  üçün  yaradılmış  hüquqi 
şə
xsdir. Onun vəzifəsi – sığorta halının baş verməsi zamanı sı-
ğ
orta  müqaviləsi  bağlamış  sığortaolunana  dəyən  ziyanın  ödə-
nilməsindən ibarətdir.   
Sığortaolunan  —  sığorta  müqaviləsi  bağlamış  və  vaxtlı-
vaxtında sığorta haqlarını (sığorta mükafatını) ödəyən fiziki və 
ya  hüquqi  şəxsdir.  Müqaviləyə  əsasən  sığorta  məbləğinin 
(sığorta ödənilməsinə) alınması hüququna malikdir.  
nternet-sığortalanma  sığorta  biznesinin  təşkil  olunma-
sının  yeni  üsuludur.  Ondan  istifadə  olunması  zamanı  sığorta 
fəaliyyətinin həyata keçirildiyi mühit dəyişməz qalır.  
Sığorta  şirkəti  biznesinin  bir  hissəsinin  nternetə  keçiril-
məsi  onun  real  və  potensial  müştərilərə  aşağıdakı  imkanları 
verir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə