“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   ...   34   35   36   37   38   39   40   41   42
liyev-R-hman

NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Hazırda hər bir sənaye müəssisəsi yuxarıdan verilən göstərişlərə əsasən 
deyil, öz imkanlarını və daxili ehtiyat mənbələrini nəzərə alaraq illik məhsul 
istehsalını və bunun satışını planlaşdırır. 
Məhsul istehsalı və satışı prosesinin çox məsuliyyətli bir məqam olmasını 
nəzərə alaraq bunun üzərində daim uçot və audit nəzarətinin həyata keçirilməsi 
ciddi əhəmiyyət kəsb edir. Belə bir vaxtda nəinki istehsal edilən və satılan 
məhsulların uçotunun aparılmasına diqqət artırılmalıdır, yeni zamanda məhsul 
istehsalının və satışının gələcəkdə həcminin daha da artırılması imkanlarının 
aşkar etdirilməsinə xüsusi fikir verilməlidir. Sənaye müəssisələrində məhsul 
istehsalının və satışının artırılması ilə yanaşı həm də onların keyfiyyətinin 
yüksək olmasına və rəqabət davamlılığına xüsusi diqqət yetirilməlidir. 
Yuxarıda qeyd edilənlarla yanaşı həm də məhsul istehsalına və satışına 
çəkilən xərclərin mümkün kimi azaldılmasına və bu yolla məhsulun maya 
dəyərinin mümün kimi ucuz başa gəlməsinə ciddi səy göstərilməlidir. 
Müəssisədə uçot işlərinin yüksək səviyyədə qurulmasını təmin etmək üçün 
və bu sahədəki nöqsanları aşkara çıxarıb aradan qaldırmaq üçün daxili audit 
xidmətindən istifadə olunmasına geniş yer verilməlidir. Apardığımız tədqiqat 
işləri göstərir ki, məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların uçotu və 
auditinin gələcəkdə daha təkmilləşməsinə nail olmaq üçün bir sıra tədbirlər 
hazırlanıb həyata keçirilməlidir. Bunlara əsas etibarı ilə qrup halında 
aşağıdakıları aid etmək olur: 
1 – sənaye müəssisələrində məhsul istehsalı uyğun əməliyyatların uçotunun 
hazırki səviyyəsini yüksəltmək məqsədi ilə istehsal edilən məhsulun ilk uçotunu 
düzgün qurmaq, baş vermiş əməliyyatları vaxtında və tam halda ilk sənədlərlə 
rəsmiyyətə salmaq və uçotda dəqiq əks etidirmək. 
2 – istehsala çəkilən məsrəfləri düzgün müəyyən etmək və məhsulun maya 
dəyərinə daxil edilməsini təmin etmək. 


81 
3 – hazır məhsulun anbar uçotunu nümunəvi təşkil etmək və bunun 
uçotunun mexanikləşmə səviyyəsini yüksəltmək. 
4 – məhsulun (hazır sənaye məhsulunun)istehsal maya dəyərini düzgün 
müəyyən etmək və bu sahədə nöqsanlara yol verməmək. 
5 - məhsul satışı uyğun əməliyyatların vaxtında rəsmiyyətə salınmasını və 
uçotda düzgün əks etdirilməsini təmin etmək. 
6 – satılmış məhsullar uyğun əməliyyatların uçotunun düzgünlüyünü təmin 
etmək, satılmış məhsulların tam maya dəyərinin dəqiq hesablaqmasına nail 
olmaq. 
7 – məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların auditinin 
keyfiyyətini daha da yüksəltmək və bu məqsədlə daxili audit xidmətinin 
yaradılmasından daim bəhrələnmək. 


82 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə