25
olunmuş məhsulların həcmi hesablanılır. Şərtı ölçü
vahidləri ilə hesablama
mütodundan məsələn, qara metallurgiya, konserv istehsalı, kimyəvi məhsulların
istehsalı müəssisələrində istifadə edilir.
Uçot zamanı natural və şərti ölçü üsulları ilə yanaşı dəyər ölçü mütodundan
da istifadə edilir. Məhsulun dəyər ölçüsü ilə həm
analitik və sintetik uçot
məlumatları hazırlanır, həm də məhsul istehsal həcmi, satışın həcmi və məhsul
satışının maliyyə nəticələri kimi göstəricilər müəyyənləşir.
Məhsulun dəyər
göstəricilərinin hesablanması zamanı məhsul faktiki və plan maya dəyəri, eləcə də
satış qiymətləri uyğun qiymətləndirilir.
Məhsulun çeşidinin uçotu. Məhsul istehsalı, saxlanması və satışının sinterik
və analitik uçotun, həmcinin maliyyə nəticələrinin hesablanmasının
doğruluğunu
ifadə edən vacib gösətiricilərindən biri də məhsulun çeşid qiymətləndirilməsinin
mövcud olmasıdur.
Çeşidlərin qiymətləndirilməsi – istehsal olunmuş məhsulların siyahısıdır. Bu
hesablama müəssisənin özü tərəfindən hazırlanır. Bu metod tətbiqi zamanı istehsal
edilən məhsulların müəyyən əlamət (təyinat, model, marka, növ və s.) uyğun
qruplaşdırılması aparılır. Buna müvafiq olaraq
məhsulun çeşid nömrələnməsi
aparılılr. Məhsulun çeşid uçotunda məhsulun çeşid nömrəsi, məhsulun adı,
xarakterik xüsusuiyyətləri, ölçü vahidi, uçot dəyəri göstərilir. Uçot dəyəri qismində
məhulun plan maya dəyəri və ya satış qiyməti istifadə edilir. Muhasibat uçotu
avtomatlaşdırılmış müəssisələrdə kompyuterdən istifadə edilməklə məhsulların
çeşid qiymətləndirmə siyahısı (cədvəlləri) hazırlanır
və bu istehsal edilmiş
məhsulların başqa əlamətləri və eləcə də alıcılar barəsində məlumatlar da daxil
edilir. Müvafiq cədvəllərə əlavə məlumatlar kimi əsasən növbəti məlumatlar daxil
edilir: vergiyə cəlb edilən və ya edilməyən məhsul, vergi dərəcəsi və sair. Belə
siyahılar uyğun məhsulun əsas istehsal, köməkçi sexlər, xidmət sahələrindən, ayrı-
ayrı sexlər və sahələr uyğun buraxılışı barədə məlumatlar hazırlanır.
Hazır
məhsulun, işlərin və xidmətlərin qiymətləndirilməsi. Sintetik uçotda
məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlər onların faktiki
istehsal dəyəri ilə qeydə alınır.
26
Normativ dəyər və ya satış qiyməti uyğun uçot metodundan istifadə edildikdə
göndərilmiş, satılmış məhsullarla həmin malların ambar qalığı
və yüklənmiş
malların dəyərlərlərindəki kənarlaşmanı hesablamaq və bölüşdürməyə ehtiyac
yaranır. İstehsal edilmiş məhsulun uçot dəyərindəki kənarlaşma həmin məhsulların
faktiki dəyərinin plan dəyəri və ya satış qiyməti ilə müqayisə etməklə müəyyən
edilir. Həmin kənarlaşma ay ərzində satılmış məhsul
ilə hesab dövrünün sbununa
ambardakı məhsul arasında ortaçəkili faizə əsasən bölünür. Müvafiq ortaçəkili faiz
dərəcəsi ayın əvvəlinə əmtəə qalığının və ay ərzində istehsal olunmuş əmtəənin
faktiki maya dəyərinin eyni həcmdə əmtəənin plan maya dəyəri və ya satış
qiymətinə nisbəti kimi hesablanır. Müvafiq hesablama müxtəlif mal qrupları uyğun
ayrılıqda hesablanır. Analitik uçotda müvafiq kənarlaşma plan maya dəyərinin və
ya satış qiymətinin üzərinə əlavə edilməklə məhsulun
faktiki maya dəyəri
hesablanır. Müvafiq kənarlaşma müsbət fərq verdikdə sintetik uçotda adi yazılışla
qeydə alınır, kənarlaşma mənfi fərq yaratdıqda isə “qırmızı xətt” üsulu ilə qeydə
alınır.
Dostları ilə paylaş: