27
Analitik və ya sintetik uçot. Hazır məhsulun faktiki
maya dəyərinin uçotu
müvafiq dövr uyğun bütöv sənədlər mühasibatlığa daxil olduqdan və eyni zamanda
sərf edilmiş resurslar hesablandıqdan sonra müəyyənləşdirilir. Məhsulun
hazırlanması prosesində bunun xərclərinin daim
dəyişdiyini nəzərə alaraq
tənzimlənən uçot qiymətinin müəyyən edilməsi lazımdır. Hazır məhsul qaimə
əsasında anbara təhvil verilir. Bu zaman iki nüsxədə qaimə tərtib olunur. Müvafiq
qaimənin bir nüsxəsi ambarın
məhsul şəxsinə verilir, başqa nüsxəsi isə anbarın
məsul şəxsinin imzası ilə məhsulun istehsal edildiyi sexdə saxlanılır. Hazır
məhsulun anbardan sifarişçiyə qəbul-təhvil qaiməsi əsasında verilir.
Muhasibat uçotunun hesablar Planında 204 saylı “hazır məhsul” hesabı
vasitəsilə hazır məhsulun həcmi və hərəkəti ilə əlaqəli ümumiləşdirici məlumatlar
uçota alınır. Bu hesab aktiv hesabdır və maddi istehsal sahələri uyğun fəaliyyətlə
məşğul olan müəssisələr tərəfindən istifadə edilir. Hazır məhsulların
analitik
uçotunun aparılması vacib bir hal olduğunu nəzərə alaraq, 204 saylı “hazır məhsul”
hesabında qeydə alınmış məlumatların analitik uçotu məhsulun saxlanma
yerlərində ayrı ayrı çeşidlər uyğun aparılır.
Hesablar Planının 205 saylı “Mallar” hesabı vasitəsilə satılmaq və ya
komplektləşdimə (qablaşdırma) məqsədi ilə alınmış
və istehsal edilən məhsulun
maya dəyərinə daxil edilməyən hazır məhsullar uçota alınır. Görülmüş işlər və
göstərilmiş xidmətlərin dəyərini əks etdirən faktiki xərclər
istehsal məsrəflərini
qeydə alan hesablardan 601 saylı “Satış” hesabına silinməklə uçota alınır. Hazır
məhsul faktiki istehsal maya dəyəri ilə 204 saylı “hazır məhsul” hesabında
uçota
alınır. 204 saylı “Hazır məhsul” hesabı aktiv hesab olduğu üçün bunun debet qalıq
məbləği dövrün əvvəlinə və sbununa müəssisədə olan hazır məhsulun qalığını əks
etdirir. Hesabın həm debet və həm də kredit dövriyyəsində hazır məhsullar faktiki
və ya plan maya dəyəri ilə uçota alınır. Hesabın
debit dövriyyəri daxil olan
məhsulların (istehsaldan və ya alıcıdan qaytarılmış) maya dəyərini,
kredit
dövriyyəsi isə alıcıya yüklənmiş məhsulun maya dəyərini əks etdirir.
Muhasibat uçotunda istehsal edilən məhsulun xərclər uyğun uçotunu aparmaq
üçün hesabar planında 202 saylı “İstehsal xərcləri” aktiv hesabı nəzərdə tutulmuş-
28
dur. Müvafiq hesabda hesabat müddətində müəssisə tərəfindən məhsul istehsalı və
ya xidmətlərin göstərilməsinə sərf edilən bilavasitə və dolayı məsrətlər əks etdirilir.
202 saylı “İstehsal xərcləri” hesabının debetinə məhsul istehsalı, iş və xidmət
göstərilməsi ilə əlaqədar olan bilavasitə məsrəflər, eləcə də köməkçı istehsalarların
xərcləri, əsasə istehsala xidmətlə və idarəetmə ilə əlaqəli dolayı xərclər, eyni
zamanda müvafiq istehsalla əlaqədar zay edilmədən əmələ gələn xərclər və itkilər
əks etdirilir. Məhsul istehsalı, iş və xidmət göstərilməsi ilə əlaqədar olan bilavasitə
xərclər, eləcə də itehsal ehtiyatlarını, əmək ödənişi uyğun hesablaşmaları uçota
alan hesabları uyğun hesablanmış məbləğlər sonda 202 saylı "İstehsalat xərcləri"
hesabının debeti üzrə silinir.
Dostları ilə paylaş: