Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri



Yüklə 76,6 Kb.
səhifə17/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
MQT m.pedaqogika-2

İctimai-siyasi bayramlar

İctimai siyasi bayramlar dövlət tərəfindən təntənəli şəkildə keçrilən şənliklərdir. Belə bayramlara 8 Mart Beynəlxalq qadınlar günü, 9 May faşizm üzərində qələbə günü , 15 May Milli qurtuluş günü , 28 May Respublika günü aiddir. İctimai siyasi bayram şənlikləri ilə yanaşı uşaq bağçalarında siyasi xarakterli tədbirlərin tarixi hadisələrin xüsusi qeyd olunması yüksək əhəmiyyət kəsb edir. Məs: 31 Mart milli soyqrm günü , 26 fevral Xocalı faciəsi və Xocalı soyqırımı günlərinin qeyd olunması tariximizin qanlı səhifələri haqqında uşaqlara yaşlarına müvafiq məlumatlar verir onları düşmənə nifrət ruhunda tərbiyə edir. Hər il 20 Yanvar faciəsini matəm kimi qeyd etmək şəhidlərimizin əziz xatirəsini yad etmək uşaqlarda düşmənə nifrət hissi aşılayır. Uşaqlarda Xocalı soyqırımı haqqında geniş anlayış yaratmaq məqsədi ilə bu barədə onlara ətraflı məlumat vermək lazımdır. Şəhidlərimizin əziz xatirəsini əziz tutmaqla yanaşı uşaqlarda mərdlik mübarizlik qəhrəmanlıq ruhunda tərbiyə etmək zəruridir. Uşaqları sevinməklə yanaşı pərişan olmağı gülməklə yanaşı ağlamağı mütəsir olmağada aşılanmalıdır. Xüsusən xalqımız milli istiqlaliyyət uğrunda apardığı mübarizə erməni faşizminin alçaq cinayətkarlığı məktəbəqədər dövürdən uşaqlara aydın başa salınmalıdır. Milli qəhrəmanlara şəhid oğul və qızlarımızın döyüş şücaətinə Dağlıq Qarabağa Xocalı qırğınına xəyanətkarlığın qurbanı olmuş gözəl şuşaya Qartal yuvası laçına dair yazılmış əsərlərdən uşaq bağçalarında keçrilən tədbirlərdə yerli yerində istifadə edilməlidir. Bizim qəhrəmanlıq tariximizi tədris edən müəllimlərimiz tarixi və ictimai hadisələrdən bu və ya digər qəhrəmanın fəaliyyətindən bəhs edən vaxt onları yalnız siyasi və ictimai bir xadim kimi göstərməklə kifayətlənməyərək o qəhrəmanların müxtəlif həyat səhnələrindən hər birinin yaşamış olduğu iztirab və sevinc zamanlarından canlı və təravətli söhbətlər etməlidir.


  1. Uşaq bağçasında bayram şənliklərinin növləri

Bayram şənlikləri uşaqlarda məşğulluq, sevinc, fərəh, iftixar hissi yaratmaq məqsədilə həyata keçirilən təntənəli tədbirlərdir. Belə tədbirlər uşaqlarda ictimai fəallıq hissi yaradır. Uşaqlar bayram tədbirlərində iştirak etdikcə, onların şüuru nitqi,dünyagörüşü sürətlə inkişaf edərək müvafiq bilik, bacarıq və vərdişlərlə zənginləşir. Hər bir bayram tədbirinin keçirilməsi xüsusi hazırlıq və bədii tərtibat tələb edir. Bayram tədbirlərinin yüksək zövqlə keçirilməsi uşaqların yaş səviyyəsinə uyğun olmalıdır. Uşaq bağçalarında qeyd edilən bayram şənlikləri və tədbirlər məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir .Uşaq bağçalarında keçirilən bayram tədbirlərini məzmununa görə üç qrupa bölmək olar: 1) İctimai-siyasi bayramlar 2)Məşiət bayramları 3)Mövsümi bayramlar. İctimai-siyasi bayramlar– ictimai siyasi bayramlar dövlət tərəfindən təntənəli səviyyədə həyata keçirilən şənliklərdir. Belə bayramlara 8mart Beynəlxalq Qadınlar Günü, 9May Faşizm Üzərində Qələbə Günü,15May Milli Qurtuluş Günü, 28May Respublika Günü, Beynəlxalq uşaqlar günü və s. aiddir. İctimai-siyasi bayram şənlikləri ilə yanaşı uşaq bağçalarında siyasi xarakterli tədbirlərin, tarixi hadisələrin xüsusi qeyd oıunması yüksək əhəmiyyət kəsb edir. Məşiət bayramları- Məşiət bayramlarını ictimai-siyasi bayramlardan fəqli olaraq birinci növbədə hər ailədə milli ənənə kimi yüksək səviyyədə qeyd edirlər. Belə bayramlara Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı, və s. aiddir. Bu bayramların hər birinin özünəməxsus qeyd etmə xüsusiyyətləri var. Uşaq bağçalarında keçirilən hər bir bayram şənliy məzmun etibarilə maraqlı və dolğun olmalıdır. Məktəbəqədər yaşlı uşaqlara yüksək sevinc və fərəh gətirən bayramlardan biri Yeni il bayramıdır. Uşaqlar al-əlvan oyuncaqlarla bəzədilmiş yolkanı və Şaxta babanı çox sevirlər.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə