Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq bağçasında bayram şənliklərinin əhəmiyyəti



Yüklə 76,6 Kb.
səhifə16/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasında bayram şənliklərinin əhəmiyyəti

Bayram şənlikləri uşaqlarda məşğulluq, sevinc, fərəh və iftixar hissi yaratmaq məqsədi ilə həyata keçirilən təntənəli tədbirlərdir. Belə tədbirlər uşaqlarda ictimai fəallıq hissi yaradır. Uşaqlar bayram tədbirlərində iştirak etdikcə, onların şüuru, nitqi, dünyagörüşü sürətlə inkişaf edərək müvafiq bilik, bacarıq və vərdişlərlə zənginləşir. Hər bir bayram tədbirinin keçirilməsi xüsusi hazırlıq və bədii tərtibat tələb edir. Bayram tədbirlərinin yüksək zövqlə keçirilməsi uşaqların yaş və anlaq səviyyəsinə uyğun olmalıdır. Belə tədbirlərə hazırlaşarkən folklordan götürülmüş bayatılar, nəğmə və şən mahnılar milli mənəvi dəyərlərimizə, Vətənə sonsuz məhəbbət hissi yaradır. Bu məqsədlə də uşaq bağçalarında qeyd edilən bayram şənlikləri və tədbirlər məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsinfə xüsusi əhəmiyyət kəsb edir. Məktəbəqədər tərbiyə müəssisələrində keçirilən xalqımızın əsrlər boyu folklor nümunələrindən həmişə geniş istifadə olunur. Qədim zamanlardan başlamış el şənlikləri, mərasimlər, onlarln yerli yataqlı icrası xalqımız üçün həmişə əziz və müəqəddəs olmuşdur. Adqoydu, toy, yas və digər müqəddəs tarixi günlər həmişə böyük təntənə ilə qeyd olunmuşdur. Uşaq bağçalarında keçirlən bayram tədbirlərini məzmununa görə üç qrupa bölmək olar.
1. İctimai-siyasi bayramlar
2. Məişət bayramları
3. Mövsümi bayramlar


  1. Məişət bayramları haqqında məlumat verin

Məişət bayramları hər ailədə milli ənənə kimi yüksək səviyyədə qeyd edirlər. Belə bayramlara Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı və s. aiddir. Bu bayramların hər birinin özünəməxsus qeyd etmə xüsusiyyətləri var. Uşaq bağçalarında qeyd olunan hər bir bayram şənliyinin məqsədi birinci növbədə uşaqlarda sevinc, fərəh, iftixar və s. nikbin hissləri formalaşdırmaq ve bu bayramlar haqqında onlarda müvafiq bilik, anlayış yaratmaqla milli adət ənənələri yaşatmaq ruhunda tərbiyə etməkdir. Hər bir bayram şənliyi məzmun etibarilə maraqlı və dolğun olmalıdır. Məktəbəqədər yaşlı uşaqlara yüksək sevinc və fərəh gətirən bayramlardan biri "Yeni il" bayramıdır. Uşaqlar al - əlvan oyuncaqlarla bəzədilmiş yolkanı ve Şaxta babanı çox sevirlər . Yolka ağacı ətrafında dövrə vurub oynamağı və mahnı oxumağı uşaqlar çox xoşlayırlar . Bu məqsədlə uşaqlara tapşırılan hər bir mahnını , şeiri onlar böyük həvəslə öyrənməyə çalışırlar . Ona görə də tərbiyəçi uşaqların bu istəyindən səmərəli istifadə edərək , onlara çoxlu mahnı və şeirlər öyrətməlidir . " Yeni il ” bayramına hazırlıq erəfəsində uşaqlara " Yolkamız " , " Qış baba " , " Şaxta baba xoş gəlib ” , “ Şən yolka " , " Qış " , " Şaxta baba " , “ Yolka bayramı " , " Təzə il nəğməsi ” , “ Qış " , " Yeni il ” şeirlərini öyrətmək çox faydalıdır . Şeir ve mahnıları öyrənmək , onları oxumaq uşaqların nitqini , vokal qabiliyyətini , estetik zövqünü , mədəni davranışını , bədii fəaliyyətini , həssaslığını və s . əqli keyfiyyətlərini inkişaf etdirir. Milli məişətimizdə ən geniş qeyd olunan bayram "Novruz" bayramıdır. Novruz bayramı çox qədim tarixə malikdir. Deyilənlərə görə Novruz ayı "boz ay" adlanır. Boz ayında 4 çərşənbəsi var. Novruz bayramında tonqallar qalanır; şəkərbura,paxlava,qoğal və s. şirniyyatlar hazırlayırlar; səməni cücərdirlər; yumurta boyanır; Novruz xonçası tuturlar. Bayram günlərində hamı deyib gülür, küsülülər barışır. Uşaq bağçalarında Novruz bayramını su çərşənbəsi günündən başlayaraq xüsusi hazırlıq işləri görürlər. Uşaqlara Novruz bayramı haqqında maraqlı söhbətlər edir, mahnılar şeirlər öyrədir, ssenari əsasına müxtəlif bayram tamaşaları hazırlayırlar. Tamaşa zamanı mahnı oxuya-oxuya "Səməni xonçası", "Sünbül xonçası" gəzdirir,Kosa-kosa", "Qodu-qodu" oyunları göstərilir. Bahar qız haqqında şeirlər oxuyur, şən rəqslər edirlər. "Yaz günləri", "Əziz qonaqlar", "Kəpənək", "Bənövşə", "Bahar nəğməsi", "Bahar gəlir", "Qızılgül" və b. şairlərin şeirləri uşaqların dilinin əzbəri olur.




  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə