Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaqların əl əməyinin mahiyyətini izah edin



Yüklə 76,6 Kb.
səhifə12/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
MQT m.pedaqogika-2

Uşaqların əl əməyinin mahiyyətini izah edin

Uşaq şəxsiyyətinin formalaşmasında əl əməyinin müstəsna rolu vardır. Müxtəlif materiallar əsasında məktəbəqədər yaşlı uşaqların, xüsusən də böyük qrup uşaqların əmək tərbiyəsinin əsas cəhətlərindən biridir. Əl əməyinin məzmununda quraşdırma əməliyyatı mühüm yer tutur. Əmək zamanı uşaqlar əşyalar haqqında təsəvvürlərini genişləndirir, texnika haqqında müəyyən məlumata malik olurlar. İş prosesində usaqlar texniki qurğuların ən sadəsilə tanış olurlar, oyuncaq alətləri ilə vərdişlərini mənimsəyir, əşya və alətlərinə, əmək materiallarına ehtiyatla yanaşmağı öyrənirlər. Bu məşğələ prosesində uşaqlar yarpaqlar, şam ,qoza ağaclarının qabıqları ilə aparılan iş zamanı həmin təbibi materialların rəngi möhkəmliyi və forması ilə tanış olurlar. Uşaqlar öz işlərinin mövzuları haqqında fikirləşir, müqayisələr aparırlar, son olaraq hansı materialdan harada və necə istifadə etməyi öyrənirlər.Əl əməyi zamanı uşaqlar müxtəlif materiallardan oyuncaqlarda düzəldirlər. Baxçada uşaqların əl əməyi üç formada və həmçinin bütün qrupun eyni zamanda iştirak etdiyi növbəli əmək prosesində həyata keçirilir. Məs: kiçik və orta qruplarda daha çox fərdi tapşırıq formasından istifadə olunur. Böyük qruplarda isə əl əməyi əksər halda kollektiv xarakter daşıyır və müntəzəm olaraq aparılır.Uşaqlara tərbiyəçi əmək tapşırığı verərkən ilk növbədə tapşırığın məzmununu, onun fərdi və ya kollektiv formasını nəzərə almalı , bütün formaların həyata keçirilməsində pedaqoji rəhbərliyə geniş yer verməlidir. Kiçik qrup uşaqlarda əmək fəaliyyətində öyrədici təsir, tərbiyəçinin nümayiş etdirməsi və izahı əsas yer tutur. Uşaq bağçasının tərbiyə proqramında uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq müxtəlif yaş dövrlərində əmək bölmələri verilir. Bölmələrin hər biri uşaqların bilik dairəsi, yaşı, vərdişləri ilə uyğun gəlir. Uşaqlara əvvəlcə sadə işləri icra etmək tapşırılsa, yaşları artıqca verilən tələblərdə artır və qarşıda duran məqsəd mürəkkəbləşir.

  1. Məktəbəqədər yaşlı usaq əməyinin təşkili formaları

Məktəbəqədər yaşlı uşaqların əməyin fəaliyyətinin təşkili işin planlaşdırıması və düzgün başa düşülməsindən çox aslıdır. H.Zərdabi yazırdı: ‘‘Düzgün təşkil edilən və şürlu surətdə müəyyən məqssədə dogru yönəldilən əməklə əxlaqca pozulmuş adamları , hətta cinayətkarları da tərbiyə etmək mümkündür".Əməyi planlaşdırma görüləcək işin ardıcıl icrası ilə bağlıdır.Nəyi əvvəl,nəyi sonra nə üçün başqa cür deyil belə işləmək kimi vəzifələr iş sistemlə qurmağı tələb edir. Məs : Əl üzü yumaq üçün əvvəlcə paltarın qollarını qatlamaq sonra əlləri və nəhayyət üzü yumaq ardıcıllığını uşaqlara başa salmaq lazımdır.Tərbiyəçi işin ardıcıllığını müəyyən edir və uşaqlar isə fəalliyyət prosesində bu ardıcıllığa riyyayet edir .Orta və böyük qruplarda otaq bitkilərinə qulluq etmək iş sistemli planlı aparılmalıdır nümunə göstərilməlidir .Əvvəlcə bitkilər stolun üzərinə qoyulur bitkinin yarpaqları silinir bitkiyə su verilir və bitkilər öz yerlərinə yerləşdirilir .Tərbiyəçi uşaqların hərəkətini məntiqi ardıcıllığa yönəldərək az qüvvə və vaxt sərf etməklə daha çox səmərəli iş əldə etməyə nail olurlar . Böyük qrup uşaqları işin planını özləri hazırlayır tərbiyəçinin əsas vəzifəsi ,məqsədi uşaga bacarmadığı işi öyrətməkdən ibarətdi .Əlbətdəki uşağın işini planlaşdırması ücün ona nümunə vermək əvvəlki planlaşdırmadan istifadə etmək lazımdır . Uşaqlara suallar verilməli ‘Nədən başlayacaqsan ,Əvvəlcə hansı alətdən istifadə edəcəksən , Sənə nə qədər material lazımdır və s. Uşaq əmək işlərini ,əmək növlərini şəkillər üzrə nəql edir hərəkətin məzmunu haqqında məlumat verə bilir .


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə