Məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsində təbiətlə tanışlığın əhəmiyyəti
Təbiət özü estetik tərbiyənin beşiyirdir. Təbiət gözəlliyini görüb duymaq, meşənin "canlı" səsini eşitmək qabiliyyətini, dənizin köpüklü dalğalarını, dağ yamacının əlvan güllərini, quşların könül oxşayan səsini dinləmək uşaqlarda dərin fərəh hissi yaradır. Tərbiyəçi bu gözəllikləri görmək, duymaq və qavramaq qabiliyyətini uşaqlarda formalaşdırmaqda böyük ustalıq göstərməlidir.Uşaq bağçasında təbiət guşəsi yardılmalıdır. Uşaqlarln bu guşədə çiçəklərə, quşlara, müxtəlif heyvanlara qulluq etməsi çox əhəmiyyətlidir. Uşaqların yayda bağçanın həyətində bostan bitkiləri, müxtəlif çiçəklər əkib becərməsi, paylzda məhsul toplanışında iştirak etməsi estetik tərbiyə baxımlndan çox faydalıdır.Kəndlinin tarlada, bağda əməyini müşahidə edən uşaqlar təbiətin ecazkar sirlərinə bələd olur, zəhmət adamlarının əməyi ilə yatanan gözəlliyə həsəd aparır, bol məhsulun necə yetişdirilməsini müşahidə edirlər.
Məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsinin həyata keçirilmə vasitələri
Estetik tərbiyənin vasitələri tərbiyəçi tərəfindən seçilir və fəaliyyət prosesində tətbiq edilir.Bura məişət estetikası,təbiət,incəsənət,uşaqların bədii fəaliyyəti,təlim məşğələləri,tərbiyəçinin davraanışı,uşaq tərbiyə müəssisəsində estetik tərbiyə üçün şəraitin yaradılması daxildir.Uşaq bağçasında məşiət estetikasına xüsusi əhəmiyyət verilir.Uşaq bağçasının hər yerində estetik zövqü yaradan əlamət olmalıdır.Divarların rəngi,mebel,şəkil və heykəllərin,otaq bitkilərinin cazibədarlığı və s. bütün bunlar uşaqların estetik tərbiyısində mühüm əhəmiyyət kəsb edir.Məşiət estetikası uşaqların sağlamlığına,onlarla tərbiyə işi aparılmasına,bədii zövqünün tərbiyə edilməsinə xidmət edir.Təmizlik və səliqə-sahman estetik tərbiyənin bünövrəsini təşkil edir.
Məktəbəqədər yaşlı uşaqlarda estetik tərbiyənin məzmunu,vəzifələri
Estetik tərbiyənin məzmunu- Estetik tərbiyənin məzmununa estetik, bilik, bacarıq, vərdiş, hiss, maraq, və zövq daxildir.Uşaqların gözəllik haqqında anlayışları ətraf mühiti estetik cəhətdən dərketmə prosesində yaranır. Məktəbəqədər yaşlı uşaqlar obyektiv həqiqətləri əks etdirən qrafik işlər nəqqaşlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət,ədəbiyyat musiqi, və onların müxtəlif kadrlarını mənimsəmə prosesində estetik cəhətdən formalaşırlar. Uşaqlar həmçinin ətraf mühitdən irəli gələn estetik anlayışları da mənimsəyirlər. Böyüklərin rəhbərliyi altında gözəl və çirkin, yaxşı və pis və s. anlayışlar haqqında təsəvvür və biliklərədə yiyələnirlər. Uşaqlar tədricən öyrənirlər ki, hansı hərəkətlər yaxşı, hansı pisdir. Məktəbəqədər yaşlı uşaqlar gülməli əsərlərə tamaşa edərkən güldüyü,sevindiyi kimi faciə əsərlərindəki kədərli əhvalatlardan qəmlənməyi də bacarırlar. Uşaqlar çalınan musiqidə, tamaşa etdikləri rəsm əsərində,oxuduqları nəğmədə şad və kədərli halları duyur,onu əhval-ruhiyyələrində əks etdirir,bundan sevinir, kədərli əhvalatlardan isə dərin həyacan keçirirlər. Onlar bəzən bunu çəkdikləri rəsmlərdə əks etdirməyə çalışırlar. Buna görədə uşaq incəsənəti ideya-tərbiyəvi cəhətdən yüksək kefiyyətli olmalıdır. İncəsənət əsəri həmdə haqlı qəzəb, nifrət və həyacan oyada bilər. Uşaq incəsənəti anlaşıqlı olmalıdır.Məzmun və formaca mürəkkəb olan incəsənət əsəri uşaq beyninin lüzumsuz gərginliyinə səbəb olur, obrazların yalnış başa düşülməsinə gətirib çıxarır,uşaqları yorur. Əsəri təkrarən uşağa düzgün anlatmaq və açmaq bacarığı tərrbiyəçinin əsas vəzifəsidir. Estetik keyfiyyət uşaqda kiçik yaşdan özünü göstərir,tərbiyə və təlim prosesində tədricən formalaşır.Uşaq yaşa dolduqca tədricən estetik mədəniyyətə yiyələnir, onda estetik qavrayış, maraq, meyl, bədii yaradıcılıq inkişaf edir.
Dostları ilə paylaş: |