|
Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri
|
səhifə | 18/41 | tarix | 25.02.2023 | ölçüsü | 76,6 Kb. | | #101522 |
| MQT m.pedaqogika-2Mövsümü bayramlar haqqında
Mövsümi şənliklər ilin fəsilləri ilə bağlıdır. Misal üçün baharın gəlişi, yay istirahəti düşərgəsinin açılması, qışın gəlişi ilə bağlı keçirilən şənliklər uşaqlar üçün çox faydalıdır.
Uşaq bağçasında keçirilən hər bir tədbir, hər bir bayram şənliyi uşaqları təbiətlə, adət-ənənələrimizlə, tariximizlə yaxından tanış edir, onların dünyagörüşlərini formalaşdırır, yüksek milli-mənəvi dəyərlərlə tərbiyə olunmasına güclü təsir göstərir.
Yüksək tərbiyəvi əhəmiyyət kəsb edən bayram şənliklərinə məqsədyönlü hazırlaşmaqda və səmərəli həyata keçirilməsində mühüm pedaqoji şərtlərə düzgün əməl olunması çox vacibdir.
1) Bayram şənliklərinin məzmunu ideyalıq baxımından və bədii cəhətdən təsirliliyi düzgün müəyyən olunmalıdır.
2) Bayram şənlikləri uşaqlarda marağın artmasına və şüurlu fəaliyyətin inkişafına xidmət etməlidir.
3) Bayram şənlikləri incəsənətin müxtəlif sahələri üzrə uşaqlarda müvafiq bilik, bacarıq və vərdişlərinin formalaşmasına xidmət etməlidir.
4) Bayram şənlikləri uşaqlarda milli-mənəvi dəyərlərin formalaşmasına zəmin yaratmalıdır.
5) Bayram şənliklərinin məzmun və məqsədi uşaqların anlaq səviyyəsinə uyğun və tam aydın olmalıdır.
Bayram şənliklərinin təşkilinə verilən tələblər
Uşaq bağçalarında keçirilən hər bir təbrik, hər bir bayram şənliyi uşaqları təbiətlə, adət-ənənələrimizlə,tariximizlə yaxından tanış edir, onların dünya görüşlərini formalaşdırır,yüksək milli-mənəvi dəyərlərlə tərbiyə olunmasına güclü təsir göstərir. Yüksək tərbiyəvi əhəmiyyət kəsb edən bayram şənliklərinə məqsədyönlü hazırlaşmaqda və səmərəli həyata keçirilməsində mühüm pedaqoji şərtlərə düzgün əməl olunması çox vacibdir:
1. Bayram şənliklərinin məzmunu ideyalılıq baxımından və bədii cəhətdən təsirliliyi düzgün müəyyən olunmalıdır.
2. Bayram şənlikləri uşaqlarda marağın artmasına və şüurlu fəaliyyətin inkişafına xidmət etməlidir.
3. Bayram şənlikləri incəsənətin müxtəlif sahələri üzrə uşaqlarda müvafiq bilik,bacarıq və vərdişlərinin formalaşmasına xidmət etməlidir.
4. Bayram şənlikləri uşaqlarda milli-mənəvi dəyərlərin formalaşmasına zəmin yaratmalıdır.
5. Bayram şənliklərinin məzmun və məqsədi uşaqların anlaq səviyyəsinə uyğun və tam aydın olmalıdır.
Dostları ilə paylaş: |
|
|