170
Beləliklə, suvarma kanallarından infiltrasiya 4480 m
3
/ha he-
sablanmışdır. Bundan: 90% (4032 m
3
/ha) qrunt sularının qidalan-
masına, 10% isə (448 m
3
/ha) buxarlanmaya sərf olunur.
Qrunt sularının suvarma suları hesabına qidalanması suvar-
ma normasından və müddətindən, qrunt sularının yatım dərinliyin-
dən, aerasiya zonası süxurlarının nəmliyindən, kənd təsərrüfatı
bitkilərinin növündən və meteoroloji şəraitdən asılıdır.
Lizimetrik müşahidələr əsasında müəyyən edilmişdir ki,
kanallara verilən suyun 56% - i sahələrə çatana qədər itir, 44 % - i
isə sahələrə daxil olur. Sahələrə daxil olan suyun miqdarı 3520
m
3
/ha olmuşdur ki, bunun da 54 % - i (1900 m
3
/ha) qrunt sularının
qidalanmasına, 46 % - i isə (1620 m
3
/ha) aerasiya zonasından
buxarlanmaya sərf olunur.
Beləliklə, 1994-cü ildə ümumi balans rayonunda qrunt
sularının qidalanması 5932 m
3
/ha təşkil etmişdir.
İrriqasiya suları ilə sahələrə isə 4,96 t/ha duz gətirilmişdir.
Nəzərə alsaq ki, 5932 m
3
/ha suvarma suları qrunt suları
qatına daxil olmuşdur (minerallaşma dərəcəsi, orta hesabla, 0,62
q/l), onda qrunt sularına daxil olan duzların miqdarı 2,7 t/ha təşkil
edir. Bunlardan: Ca –39%; Mg- 11%; Na+K – 22%; HCO
3
– 13%;
SO
4
– 3%; Cl – 12% təşkil edir.
Cənubdan Muğanın ərazisinə gələn axın qərbdən Araz
çayının gətirmə konusu üzrə gələn axınla birləşərək, cənub-şərq
istiqamətində dənizə doğru enir. Yanlardan yeraltı axının miqdarı
Darsi düsturuna əsasən hesablanmışdır:
Q=k
or
Bh
or
I, m
3
/sut, (27)
Burada: Q -axının uzunluğu boyu qonşu sahələrdən gələn
suyun miqdarı; h
or
-sulu horizontun orta qalınlığı (m); k
or
–
süxurların orta süzülmə əmsalı (m/sut); I -axının orta hidravlik
mailliyi; B - qrunt suyu axınının eni (m).
Axının mailliyi (I=0,0004) və eni (B =2000 m) hidroizogips
xəritəsinə əsasən təyin edilmişdir. Beləliklə, yanlardan yeraltı axı-
171
nın ümumi miqdarı 3,9 m
3
/ha hesablanmışdır. Yanlardan yeraltı
axınla gələn suyun orta minerallaşma dərəcəsini 21,1 q/l qəbul
etsək, onda bu sularla gətirilən duzların miqdarı 0,08 t/ha təşkil
edir. Bunlardan: Ca – 4,7%; Mg- 8,2%; Na+K – 38,1%; HCO
3
–
0,9%; SO
4
– 5,5%; Cl – 42,6% təşkil edir.
Salyan düzənliyi istiqamətində yeraltı axın müşahidə
olunmur, Kür və Araz çaylarına doğru isə axın baş verir. Yanlara
yeraltı axının miqdarı Düpi düsturuna əsasən hesablanmışdır:
2
1
2
2
2
1
2
)
(
l
h
h
k
Q
, (28)
Burada: h
1
, h
2
- müşahidə quyusunda və çayda sulu
horizontun qalınlığı, m; k
or
-sulu horizontun süzülmə əmsalının
orta qiyməti, m/sut; l
1-2
- çaydan müşahidə quyusuna qədər olan
məsafə, m.
Beləliklə, 1994-cü ildə çaylara yeraltı axının miqdarı 152
m
3
/ha (20,1 q/l orta minerallaşma dərəcəsi ilə) təşkil edir. Yeraltı
axınla aparılan duzların miqdarı 3,1 t/ha hesablanmışdır. Bunlar-
dan: Ca – 1,0%; Mg-6,0%; Na+K – 25,0%; HCO
3
– 1,0%; SO
4
–
34,0%; Cl – 33,0% təşkil edir.
Drenaj axını suçəkmə stansiyalarında həcm üsulu ilə təyin
olunmuşdur. 1994-cü ildə Şimali Muğan ərazisində drenaj axını
2800 m
3
/ha, bu axınla aparılan duzların miqdarı isə 38,3 t/ha təşkil
etimişdir. Bunlardan: Ca – 3,0%; Mg- 5,0%; Na+K – 25,0%;
HCO
3
– 2,0%; SO
4
– 20,0%; Cl – 45,0% -dir.
Ümumi buxarlanma bitkilərin transpirasiyası, qrunt sularının
fiziki buxarlanması, aerasiya zonasında olan suyun, düşən atmos-
fer çöküntülərinin və suvarma sularının buxarlanmasından ibarət-
dir. Buxarlanmanı təyin etmək üçün lizimetrlərdən istifadə edil-
mişdir. Transpirasiya təzə kəsilmiş bitki yarpaqlarının çəkisinin
təyini ilə öyrənilmişdir.
172
Litzimetr müşahidələri qrunt sularının yatım dərinliyindən
(1; 1,5; 2,5; 3 m) və bitki örtüyünün növündən (pambıq, taxıl,
yonca, təbii landşaft və buxar) asılı olaraq aparılmışdır.
Lizimetrik müşahidələr göstərir ki, taxıl əkilən sahələrdə
buxar olan sahələrə nisbətən buxarlanma daha intensiv gedir.
Dərinliyə getdikcə, kapillyar haşiyənin torpağın üst qatı ilə
əlaqəsinin kəsilməsi səbəbindən buxarlanma 7300 m
3
/ha - dan
6750 m
3
/ha-ya qədər azalır. Transpirasiyaya sərf olunan suyun
miqdarının artması ilə əlaqədar olaraq, müxtəlif bitki örtüklərində
buxarlanma dəyişir.
Beləliklə, lizimetrik müşahidələr əsasında müəyyən edilmiş-
dir ki, 1994-cü ildə buxarlanma 10375 m
3
/ha təşkil etmişdir ki,
bundan da atmosfer çöküntüləri hesabına 2477 m
3
/ha (25%), su
buxarları hesabına 697 m
3
/ha (6%), suvarma suları hesabına 2068
m
3
/ha (20%), qrunt suları hesabına 5133 m
3
/ha (49%) qeyd
olunur.
Qrunt sularının buxarlanmaya sərfi bitki örtüyü olmayan
sahələrdən 1473 m
3
/ha, bitki örtüyü olan sahələrdən 3660 m
3
/ha,
cəmisi isə 5233 m
3
/ha təşkil edir.
Torpağın üst qatlarından buxarlanma nəticəsində bitkilərlə
müəyyən miqdarda duz xaric olunur ki, bu da 1994-cü ildə 2,9
t/ha təşkil etmişdir.
Duz ehtiyatı. Torpaq-qruntlarda duz ehtiyatı:
Z
tq
=100
S
or
h, (29)
-su ilə doyma zonasında isə:
Z
qs
=100hC
or
nF, (30)
düsturu ilə hesablanır. Burada: Z
tq
- qruntlarda duz ehtiyatı, t/ha;
Z
qs
–qrunt sularında duz ehtiyatı, t/ha; S
or
– torpaq-qruntların orta
şorlaşma dərəcəsi, %;
- qruntun həcm çəkisi, q/sm
3
və ya t/ha; h
–duz ehtiyatı hesablanan qatın qalınlığı, m; C
or
- qrunt sularının
Dostları ilə paylaş: |