Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə54/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

191 
 
təşkil  edir.  Bu  isə  atmosfer  çöküntüləri  ilə  yer   səthinə  gətiri-
lən  duzların  miqdarından  18  dəfə  çoxdur. 
Qeyd  etmək  lazımdır  ki,  ümumi  duz  balansının  hesab-
lanması zamanı  atmosfer çöküntüləri  ilə  gətirilən  duzların  miq-
darını  təyin  etmək  üçün  onun  həcminin  minerallaşma  dərəcə-
sinə  hasili  tapılır.   
Atmosfer  çöküntülərinin  minerallaşma  dərəcəsinin  forma-
laşması    mənbəyi    isə  yer    səthindən    küləklə    atmosferə    daxil  
olan duzlar hesab  edilir.  Sonuncunun miqdarı  cüzi olduğu  üçün,  
praktiki  olaraq,  nəzərə  alınmır. Bu  səbəbdən  balansda atmosfer  
çöküntüləri    ilə    gətirilən    duzların   miqdarını    nəzərə    almamaq  
olar. 
2) Duzların   suvarma  suları  ilə  gətirilməsi. 
Qrunt  sularının  duzlarla  qidalanması  mənbələrindən  biri  
də   suvarma  sularıdır.  Kanallar  boyu  yerləşən  süxurların  tərki-
bində  az  miqdarda  asan  həll  olan  duzlar  vardır.  Bu  səbəbdən,  
suvarma  kanallarından  süzülən  su   aerasiya  zonası  süxurların-
dan    keçərkən,   ilkin   minerallaşma   dərəcəsini    demək   olar   ki,  
dəyişmir. Ona görə də suvarma suları  ilə  gətirilən  duzların  miq-
darı  onların  minerallaşma  dərəcəsinə  görə  təyin  edilir.   
Qazyanarx və  digər    suvarma  kanallarında  suyun  kimyə-
vi tərkibi  Cl – HCO
3
 – Ca – Mq ,  bəzi  hallarda SO
4
 – Mq – Ca ,  
minerallaşma  dərəcəsi  0,42 – 2,38  q/l  və  ya  ildə  0,6  t/ha  təş-
kil  edir. 
Duz    profillərinin    və    qrunt    sularının    rejiminin    analizi  
göstərir    ki,    kanalın    təsiri    ondan    200  –  300  m    məsafədə  də 
müşahidə  olunur. 
Suvarma    sularının    həcmini    və    minerallaşma    dərəcəsini  
bilməklə, suvarma  sahələrindən  daxil  olan  duzların  miqdarını  
hesablamaq    olar.  Suvarma    suları    ilə    yer    səthinə    daxil    olan  
duzların  miqdarı   il  ərzində  16,8  t/ha  təşkil  edir. 
47  il  (1965 - 2012)  ərzində  suvarma  suları  ilə  yer  səthi-
nə    650  t/ha    müxtəlif    tərkibli    duz    daxil    olmuşdur.    Suvarma  
suları  ilə  qrunt  suyu zonasına  daxil  olan  duzların  2012 –ci ildə  


192 
miqdarı  72,4 t/ha (minerallaşma  dərəcəsi  20 q/l)  təşkil  edir  ki,  
bu  da  yer  səthinə  daxil  olan  duzların  miqdarından  4,2  dəfə  
çoxdur. 
3) Yanlardan  yeraltı  axınla  duzların  gətirilməsi.
Yanlardan  yeraltı  axınla  gələn  duzların  miqdarı  suların  
həcminə  və  minerallaşma  dərəcəsinə  görə  təyin  edilir. Yeraltı  
axınla gələn suyun  kimyəvi  tərkibi Cl - SO
4
 – Mq – Na,  mine-
rallaşma  dərəcəsi  17,2 – 20,3  q/l – dir.  Bu  sularla  il  ərzində  
1,11  t/ha  duz  qrunt  suyu  zonasına  daxil  olur. 
4) Təzyiqli  sularla  duzların  gətirilməsi.
Təzyiqli  sular  şaquli  infiltrasiya  yolu  ilə  qrunt  suyu  zo-
nasına    boşalır    və    buxarlanma,    yanlara    yeraltı    axın,    drenaj  
axınına  sərf  olunur.  Həcminə  və  minerallaşma  dərəcəsinə  gö-
rə  təzyiqli  sularla   daxil  olan  duzların  miqdarı  ildə  23,47  t/ha  
(minerallaşma    dərəcəsi    4,72  –  10,15    q/l)    hesablanmışdır.    Bu  
suların    kimyəvi    tərkibi    əsasən    Cl  –  SO
4
  –  Mq  –  Na    tiplidir.  
Təzyiqli  suların minerallaşma  dərəcəsi  qrunt  suları ilə  müqa-
yisədə  8 – 15  dəfə  azdır. 
B.  Qrunt  sularının  duz  balansının  çıxar  hissəsi. 
Qrunt suları   və  yerüstü  sular  süxurlarla  qarşılıqlı  təsirdə  
olaraq,  onlarda (süxurlarda) olan  duzları həll   edir   və  ərazinin  
hüdudlarından  kənara  çıxarır.  Duz  axınının  miqdarı  su axını-
nın  minerallaşma  dərəcəsindən  və   sürətindən  asılıdır. Su axı-
nının  minerallaşma  dərəcəsi  sulu  süxurların  süzülmə  əmsalının  
azalması  ilə  artır. Duzların dinamikası  yanlara yeraltı  axın,  dre-
naj  suları  və  qrunt  suyu  zonasından  aerasiya  zonasına  buxar-
lanma  yolu  ilə   baş  verir.  Buxarlanmanın  artması  aerasiya  zo-
nası  süxurlarında  duzların  toplanmasına,  yanlara  yeraltı  axın  
və drenaj  axını  isə   duzların  ərazidən  aparılmasına  şərait  yara-
dır.   
1) Duzların   yanlara  yeraltı  axınla   aparılması.
 Yanlara yeraltı axın  qrunt  sularının   şərqə – Göyçayın  ya-
tağına  boşalması  və  cənuba -  kollektorun  təsir  zonasının  aşağı 
hissəsinə   yönəlməsilə  müşahidə  olunur.  Duzların  əsas  hissəsi   


193 
 
qrunt  suları  ilə  Göyçayın  yatağına  aparılır  ki,   bu  da  13,61  
t/ha  və  ya  aparılan  duzların  ümumi  miqdarının  83% - i  qədər,   
cənuba  isə   yalnız  2,34 t/ha  təşkil  edir. 
2) Duzların   drenaj  suları  ilə  aparılması. 
Drenaj  suları  ilə  il  ərzində  ərazidən  18  t/ha  duz  aparılır  
ki,  bunun  da  maksimum  qiyməti  fevralda,  minimum  qiyməti  
isə IX–XI  aylarda  müşahidə  olunur.  Drenaj  sularının  kimyəvi 
tərkibi  əsasən Cl - SO
4
 – Mq – Na  tipdir.  2012- ci  ildə  ərazidən  
kollektor – drenaj  sistemi  ilə 16605  t  duz  aparılmışdır  ki,  bu  
da  ildə  16  t/ha  təşkil  edir  (cəd.38).   
1985–2012- ci  illərdə  ərazinin və qrunt sularının  su  balan-
sı  irriqasiya-drenaj sistemlərinin bərpası və yenidən  qurulması,  o  
cümlədən    torpaqdan    istifadə    əmsalının    artması    ilə    əlaqədar  
olaraq,   kifayət  qədər  dəyişikliyə  məruz  qalmışdır. 
Cədvəl  38 
Şirvan  düzənliyi  ərazisinin  su – duz  balansı 
Balansın  elementləri 
Ümumi  balans 
Aerasiya  
zonasının  
balansı 
QS -nın       
balansı 
Su, 
m
3
/ha 
Duz, 
t/ha 
Su, 
m
3
/ha 
Duz, 
t/ha 
Su, 
m
3
/ha 
Duz, 
t/ha 
Balansın   gəlir  hissəsi 
 
Atmosfer  çöküntüləri 
2727,5 
0,4 
2374,8 
0,3 
352,8 
0,1 
Suvermə 
5276,0 
6,5 
4119,5 
5,1 
1156,5 
1,4 
Yanlardan yeraltı  axın 
900,0 
2,8 


900,0 
2,8 
Təzyiqli  sularla qida. 
3000,0 
14,2 


3000,0 
14,2 
Qrunt  suları  ilə  qida. 
910,0 
3,4 
910 
3,4 


Su  buxarlarının  kond. 
880,0 

748,8 

131,2 

Cəmi 
13693,5 
27,3 
8153,1 
8.8 
5540,5 
18,5 
Balansın  çıxar  hissəsi 
 
Buxarlanma 
9880,5 

8170 

1710,5 

Drenaj axını 
2010,8 
19,8 


2010,8 
19,8 
Aerasiya  zonasına boşal. 
910,0 
3,4 


910,0 
3,4 
Yanlara yeraltı  axın 
2,2 
0,1 


2,2 
0,1 
Cəmi 
12803,5 
23,3 
8170 

4633,5 
23,3 
Balans 
890,0 
4,0 
-17 
8,8 
907,0 
-4,8 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə