182
5.Suvarma aparılan təsərrüfatlarda neqativ halların aşkar
edilməsi;
6.Suvarma rejiminin layihələndirilməsində tədbirlərdən
ibarət tövsiyələrin verilməsi;
7.Torpağın meliorativ vəziyyəti üzərində nəzarətin apa-
rılması;
8. Yeni istifadəyə verilən torpaqlarda suvarma layihələrinin
əsaslandırılması.
Bu tədbirlər qrunt suyu rejiminin idarə edilməsi məq-
sədi dayşıyır. Belə idarəetmənin əsasını qrunt suyu rejiminin
proqnozlaşdırılması təşkil edir ki, bu da göstərilən tədbirlərin
əsaslandırılmasına xidmət edir.
Balansın üç növü ayrılır: ərazinin ümumi balansı, aera-
siya zonasının balansı və doyma zonasının balansı.
A. Qrunt suyu balansının gəlir hissəsi.
1) Atmosfer çöküntüləri. Balansda atmosfer çöküntülə-
rinin rolu qrunt sularının qidalanmasında özünü büruzə verir;
onlar buxarlanma, yeraltı axınla daxil- və xaric olan suyun
miqdarı nəzərə alınmaqla infiltrasiyanın qiymətləndirilməsinə
görə təyin olunur. Bu zaman təzyiqli sularla qidalanmanın
miqdarı sabit qəbul edilir.
Müşahidə müddətində (1985 – 2012) atmosfer çöküntü-
lərinin miqdarı 2,26 – 5,12 min m
3
/ha arasında dəyişimşdir.
Atmosfer çöküntüləri ilə eyni zamanda qrunt sularına müəy-
yən miqdarda duz daxil olur, belə ki, onların minerallaşma
dərəcəsini 0,11 – 0,32 q/l qəbul etsək, 27 il üçün 35,24 t/ha
təşkil edir.
Aerasiya zonası süxurlarının su rejimi və atmosfer çökün-
tülərinin rejiminin nəzərə alınması ilə yeraltı suların səviy-
yəsinin xronoloji qrafikinin analizi göstərir ki, qrunt sularının
atmosfer çöküntüləri hesabına qidalanması il ərzində əsasən
XII –V aylarda müşahidə olunur. Qrunt sularının yatım dərin-
liyini, qidalanma miqdarını və səviyyəsinin qalxma müddətini
bilməklə, bütün ərazi üzrə qrunt sularının atmosfer çöküntü-
183
ləri ilə qidalanma miqdarını hesablaya bilərik ki, bu da ildə
952 m
3
/ha və ya atmosfer çöküntülərinin ümumi miqdarının
25,8% - ni (27 il üçün orta qiymət ildə 3950 m
3
/ha) təşkil
edir.
2) Su buxarlarının kondensasiyası - rejim – müşahidə
işlərinin nəticəsi göstərir ki, qrunt sularının minerallaşma dərə-
cəsi 1,15 q/l olduqda kondensasiyanın miqdarı atmosfer çökün-
tülərinin aylıq miqdarından 1,1% (2,5 m dərinlikdə) və 53,4%
(0,6 m dərinlikdə); 40,57 q/l olduqda - 59,6% (1,6 m dərin-
likdə); 67,62 q/l olduqda 62,5% (1,9 m dərinlikdə) təşkil edir.
Aydındır ki, qrunt sularının yatım dərinliyi artdıqca kon-
densasiyanın faizlə miqdarı atmosfer çöküntülərindən asılı
olaraq, 2,3-2,5 dəfə azalır.
İllik kəsilişdə qrunt suyu səviyyəsi 1 – 10 m, mineral-
laşma dərəcəsi <1 - >75 q/l təşkil edir. Bu zaman su buxar-
larının kondensasiyası qrunt suyu səviyyəsində ayda 19,5 –
47,4 m
3
/ha və ya ildə 1013,4 m
3
/ha təşkil edir.
3) Suvarma kanallarından süzülmə - qeyd etmək la-
zımdır ki, geometrik parametrlərdən və hidrogeoloji şəraitdən
asılı olaraq, bütün növ kanallardan su itkisi baş verir ki, bu
da qrunt sularının-, sukeçirməyən horizontunn yatım dərin-
liyindən və kanalın iş rejimindən asılıdır.
Qazyanarx kanalından su itkisi süzülmə və su səthindən
buxarlanma yolu ilə baş verir və 0,053 – 0,240 m
3
/san və
ya ilkin sərfin 2,1 – 31 % - i qədər (orta hesabla 12,3%) təş-
kil edir.
Qeyd etmək lazımdır ki, kanalda suyun azalması ilə sü-
zülmə itkisi (kanalın hər iki tərəfi üzrə) kəskin artır. Bu
itkinin miqdarı 1090 m – ə 0,067 m
3
/san və ya 1 p.m. - ə
0,0000615 m
3
/san təşkil edir. Tədqiqatlar göstərir ki, il ərzin-
də orta hesabla kanaldan 259,8 m
3
/ha və ya ayda 21,6 m
3
/ha
və ya kanalın uzunluğunun 1 p.m. – nə 12,4 m
3
/ay təşkil edir.
184
Kanaldan süzülmə itkisi onun faydalı iş əmsalını azal-
dır, sugötürmənin həcmini artırır və suvarma sahələrində
qrunt sularının qidalanmasına şərait yaradır.
4) Suvarma sahələrindən süzülmə - qrunt sularının qida-
lanmasında əhəmiyyətli rol oynayır. Süzülmənin həddən artıq
miqdarı torpaqların meliorativ vəziyyətinin pisləşməsinə şə-
rait yaradan mühüm amildir.
1960 – 2012- ci illər ərzində sahələrə verilən suvarma su-
larının miqdarı 4,82 – 12,93 min m
3
/ha və ya 52 il ərzində
387,84 min m
3
/ha təşkil edir ki, bu suların da minerallaşma
dərəcəsi 0,85 – 1,62 q/l olmuşdur. Eyni zamanda su özü ilə
ildə 4,92 – 20,56 t/ha (və ya 52 il ərzində 495,93 t/ha) duz
gətirir.
Sahələrə verilən suvarma sularının miqdarı aylar üzrə
aşağıdakı kimi paylanır (illik miqdardan faizlə):
I - 1,4 ; II - 3,3 ; III – 7,1 ; IV – 8,2 ; V -
10,2 ; VI – 11,1 ; VII – 20,2 ; VIII – 17,9 ; IX – 7,8 ; X
- 5,1 ; XI - 3,2 ; XII - 2,3.
İnfiltrasiyanın miqdarı suvarmanın normasından və sayın-
dan, qrunt sularının yatım dərinliyindən, aerasiya zonası süxur-
larında nəmliyin miqdarından, süxurların süzülmə keyfiyyətin-
dən, məsaməliyindən və s. amillərdən asılıdır.
2012 – ci ildə qrunt sularının suvarma suları ilə irri-
qasiya qidalanması 3640 m
3
/ha qeyd olunur ki, bu da sa-
hələrə verilən suvarma sularının 28,2 % - ni təşkil edir. Qrunt
sularının suvarma suları ilə qidalanma miqdarının orta çəki
qiyməti suvarma sularının aylıq miqdarının 3,3 – 15,1 % - i
qədər müşahidə olunur.
5) Yanlardan yeraltı axının miqdarı rejim – müşahidə
məlumatları və qrunt suyu axınının hidrogeoloji parametrləri-
nə (yeraltı axının qalınlığı, sulu qatın sukeçiricilik qabiliyyəti
və hidravlik maillik) görə təyin edilir. Beləliklə, yeraltı axı-
nın miqdarı il ərzində 5,0 m
3
/ha təşkil edir.
1>
Dostları ilə paylaş: |