186
altında yönəlmişdirsə, P – 28 və P – 29 tamasa məntəqələri
arasında bu bucaq 70 – 80
0
təşkil edir.
Suölçən məntəqələr üzrə Göyçayın sərfi P – 27
üzrə
7,410 – 12,900 m
3
/san (orta hesabla 9,126 m
3
/san) , P – 29 üzrə
7,530 – 13,010 m
3
/san (orta hesabla 9,160 m
3
/san) arasında
dəyişir.
Qeyd etmək lazımdır ki, çayın axımı üzrə 4000 m mə-
safədə suyun minerallaşma dərəcəsi 23 – 200% artmaqla,
hidrokimyəvi tərkibi SO
4
– Ca – Na tipdən Cl – SO
4
– Mq – Na
tipə qədər dəyişir.
Göyçay boyunca qrunt sularının minerallaşma dərəcəsi
12,5 q/l –dən 16,7 q/l – ə qədər dəyişir. Suyun kimyəvi tərkibi
SO
4
– Ca – Na , bəzi yerlərdə Cl - SO
4
– Mq – Na tip qeyd
olunur.
b)
Qrunt sularının cənuba doğru axımı.
Hidroizogipslərin xarakteri göstərir ki, yanlara yeraltı
axın yalnız şərqə doğru (Göyçayın yatağına doğru) deyil,
eyni
zamanda cənuba – kollektorun fəaliyyət zonasının aşağı his-
səsinə doğru da müşahidə olunur. Yanlara yeraltı axın (cə-
nuba) onun 2200 m enində baş verir ki, bu da balans sahəsi-
nin cənub sərhədinin ümumi uzunluğunun (3600 m) 66% - ni
təşkil edir. Axının qeyd edilən eni hüdudlarında qrunt suları-
nın yatım dərinliyi 3 – 5 m (orta hesabla 4 m) qeyd olunur
(kollektorun fəaliyyət zonasında bu dərinlik 8 m – ə çatır). Su-
keçirməyən horizontun tavanının yatım dərinliyinə görə (14 m)
axının qalınlığı hesablanır (14 – 8 = 6 m).
Beləliklə, hesablamalar göstərir ki, axının 1 p.m eninə
yanlara yeraltı axının sutkalıq miqdarı 0,0166 m
3
/sut, axının
tam eninə - 34,2 m
3
/sut təşkil edir.
2) Ümumi buxarlanma.
Ümumi buxarlanmanın təyin edilməsində
müxtəlif cihaz-
lar (lizimetr, isparitel) və su balansı üsulundan istifadə edil-
mişdir.
187
Bitkilərin növündən asılı olaraq, ümumi buxarlanmanın
miqdarı ildə 8160 – 12330 m
3
/ha qeyd olunur ki, onun da
54 – 85% - i transpirasiyaya daxildir.
3)Drenaj axını.
Qrunt suyu səviyyəsinin kritik dərinlikdən aşağıda yer-
ləşməsini və ərazidən yüksək minerallaşmaya malik qrunt su-
larının aparılmasını təmin etmək üçün Şirvan düzənliyində
1957 – 1960 - cı illərdə 14 dren, 2 sutoplayıcı sistem, 1 açıq-
və 1 qapalı tipli kollektor istifadəyə verilmişdir.
Drenləşmiş ərazi üzrə drenaj sularının tam axını 66445
min m
3
və ya 60 min m
3
/san (minerallaşma dərəcəsi 17,5 q/l
olmaqla) təşkil edir. Drenaj suları ilə 1159965 t
müxtəlif tər-
kibli duzlar aparılmışdır ki, bu da 1115 t/ha təşkil edir. 47 il
ərzində (1965-2012) ayrı – ayrı drenlərlə 32 – 103 min m
3
/ha
su aparılmışdır ki, bu zaman da suvarma sularının həcmi 101
– 298 min m
3
/ha təşkil etmişdir. Bu halda drenaj axını suver-
mənin 30 – 48% - ni təşkil edir. 2012 - ci ildə drenaj axını
1413, 5 m
3
/ha qeyd olunur.
Beləliklə, qrunt sularının balansı yerüstü və yeraltı axın-
dan ibarətdir. Balansın gəlir hissəi 10080 m
3
/ha, o cümlədən at-
mosfer çöküntülərinin infiltrasiyası 953 m
3
/ha və ya 9,4% təş-
kil edir. Qrunt sularının atmosfer çöküntüləri ilə qidalanması
payız-yaz mövsümündə müşahidə olunur və mövsümü kəsi-
lişdə 160 – 210 m
3
/ha /ay və ya balansın gəlir hissəsinin 15,9
%-i qədər təşkil edir. Su buxarlarının kondensasiyası 1013
m
3
/ha və ya balansın gəlir hissəsinin 10,1% - i qədər qeyd
olunur.
İrriqasiya axını: 300 m
3
/ha və 3,1% irriqasiya kanalların-
dan, 3640 m
3
/ha və ya 36,1 % suvarma sahələrindən
süzülmə-
dən ibarətdir. Bütövlükdə suvarma sularının infiltrasiyası ildə
4200 m
3
/ha təşkil edir.
Şimaldan hərəkət edən yeraltı axın 61 m
3
/ha və ya
balansın gəlir hissəsinin 0,1 % - i qədər müşahidə olunur.