29
parladı, lalə rəngli dodaqları xəfifcə titrədi, şaftalı
çiçəyi rəngli yanaqları daha da allandı. Bir andaca
qəşəng sir-sifətinə, gözəl boyun-boğazına, abır-həya
rəngi çiləndi. Qız çaşdı özünü itirdi, cavab vermədi.
Gah yuyulub sıxılmış paltarları suya tökdü, gah sulu
paltarları ləyənə yığdı. Burdaca dünyanın ən əzizinə,
ən böyük istəyinə çevrilən qızın narahatlığına,
həyəcanına Sədnikin ürəyi dözmədi, çıxıb getdi. Onu
azad buraxdı, narahatlıqlar içində çırpına-çırpına
qalan oğlanın əhvalı pozulmuş, nəylə ovunması
mümkün olmayan eşqə düşmüşdü. Sarışın qızın
günəşə bənzər xəyalı icazəsiz, təklifsiz onun olmuşdu,
ürəyinə, qanına, iliyinə hopmuşdu. Bu xəyal onunla
yatır, onunla oyanırdı.
Sədnikin dostları, tanışları çox idi. Lakin darıxırdı.
Hamının yanında darıxırdı. Belə məqamlarda ürəyini
ancaq sarışın qıza açmaq istəyirdi. Qəlbində onunla
üzbəüz oturmaq, yaşadığı bu 26 illik həyatı birər-
birər ona söyləməyi qəlbindən keçirirdi. Qazaxyol-
çular kəndində oğlanla qızın baş-başa verib istədikləri
yerdə pıçıldaşmaları mümkün deyildi. Elə ona görə də
sarışın qızın “hə” sini aldı. Nişanlandı. Sədnik qızın
anasının yanına gəldi, hal-əhval tutdu. Söz arasında
bildirdi:
-
Şəhərə gedirəm xala, icazə verin Səfurə xanımı da
özümlə aparım. Yaxşı olar paltarı əyninin üstündə,
bəyəndiyini alaq.
Qız anası razılıq verdi.
30
Gözü daim gözəllik arayan, dağların, düzlərin
mənzərələrinə heyran qalan, nəğmələrini suyun
şırıltısına qatan, xurmayı hörükləri torpaqlarını ötən
Səfurə xanım Tanrının hökmünə tabe olurmuş kimi
yuyundu, darandı. Sıxılıb çəkinə-çəkinə nişanlısıyla
Gəncəyə gəldi. Bu boyda bəxtəvərlik Sədnikin ürəyi-
nə sığmırdı, aşıb daşırdı. Günəşə bənzətdiyi sarı
gözəlin evində oturmağını yuxu hesab eləyirdi. Bu qız
onun doğması, istəklisi, əziziydi. Bu qız yerin, göyün
ona bəxş elədiyi ən qiymətli nemətiydi, varıydı. Bu
zərif varlığın könlünü oxşamaq, titrəyən ürəyini
sevincə bələmək oğlanın həyatının mənası oldu. O,
qızın hörüklərini sığallayır, üz-gözünü şəfqətlə
oxşayır, kimsənin eşidəcəyindən ehtiyat edirmiş kimi
xəfifcə pıçıldayırdı:
-
Sarı gözəlim, sarı mələyim, Səfurəm mənim.
Qız titrədi, uçundu, yavaşca pıçıldadı.
-
Qorxuram. Məni evimizə apar.
Xoşbəxt, bəxtəvər, olmuş əlləri ilə oğlan qızın
saçlarını günəşin şəfəqləri tək açıb tökürdü. O, şirin
əyləncəsindən qalmayıb.
-
Narahat olma, dərdin alım, dedi, evimiz buradı.
Daha burdan heç yana gedəsi deyilik. Qız bərk
həyəcanlandı, yalvardı:
-
Apar, apar məni evimizə nolar? Axı, anam məni
gözləyir.
-
Səni heç kəs mənim qədər gözləməz, sarı gözəlim,
canım, ciyərim. Səni qaytara bilmərəm, ömürüm,
31
günüm nə özüm dözmərəm, nə də eşidən-bilən yaxşı
deməz.
Hələ uşaqlıq aləmindən qopub ayrılmayan qızcığaz
bu evə gəlin gəldiyini anladı, başa düşdü.
İki könül, iki qəlbin döyüntüləri, çırpıntıları biri-
birinə qarışdı, qovuşdu. Onlar xurmayı hörüklərin sarı
şəfəqlərinə bələndilər.
Sındırılan oyuncaqlar
İlk övladın fərəhi ev-eşiyə sığmır, həyət-bacaya
tökülür, ordan da küçəyə, şəhərə yayılırdı. Dostların,
tanışların, əzizlərin qəlbinə səpələnirdi. Körpənin
yatmağı, durmağı, əl-qolunun hərəkəti, zərif qığıltısı
belə Səfurə xanıma, Sədnik müəllimə heyrət qarışıq
ürək dolusu sevinc bəxş eləyirdi.
Qadın əyilərkən üzü, gözəl hörükləri ondan əvvəl
uşağının üz-gözünü öpdü, sığallayırdı. İlk dəfəydi
onun hörüklərinə acığı tutdu. O, özbaşınalıq eləyən
ərköyün hörükləri hirslə arxaya atır, üzünü balasının
üzünə söykəyir, nəfəs-nəfəsə, göz-gözə dayanmaqdan
yorulub bezmirdi. İnadkar hörüklər ana-balanın
arasına girməyə çalışır, onların şadlığına qoşulmaq
üçün az qala əl-ayaq açırdı. Səfurə xanımın hövsələsi
lap tükəndi. Bayaqdan qoşa hörükləriylə mübarizəsini
ləzzətlə seyr edən ərindən xəbərsiz qadın hörüklərinin
32
əl-qolunu bağlayıb, başının arxa tərəfində sancaqladı.
Sədnik müəllimin ürəyi yerindən oynadı:
-
Amandı Səfurəm, o hörüklərini dustaq eləmə, aç
burax, mən buna dözəmmərəm.
Səfurənin gözəl, gülümsər çöhrəsi alındı, qeyri-
ixtiyarıəlini saçına atdı. Sancaqları çıxartdı, hörüklər
sevinclə qadının kürəyində yırğalandılar.
-
Bax, belə əzizim, deyib, kişi onun hörüklərini
sığalladı.
Qadını nazlandı:
-
Ay Sədnik, hörüklərim özlərini uşağın üstünə elə
salırlar ki, elə bil uşaq-zad görməyiblər. Az qalırlar
balamı yesinlər. Ana uşağı, ata isə hər ikisini sinəsinə
sıxdı.
Evdə oyuncaq əlindən yer yox idi. Növ-növ
maşınlardan tutmuş it, pişik, ayı, dovşan, gəlinciklər,
körpəcə Səyyafın toppuş əlləri ilə oynadılan günlərini
səbisizliklə gözləyirdilər. Ata-ana gecə-gündüz uşağın
başına dolanır, gündə min dəfə, milyon dəfə qadasını
alır, sözlərini, söhbətlərini oğullarıyla başlayır,
oğullarıyla bitirirdilər.
Beşikdən asılan, uşaqla birlikdə yürgələnən
gombul, bəzəkli dovşan balasının gecə-gündüz gözləri
bərəlir, ona sarı uzadılacaq xırdaca əllər yayqın
hərəkətlər eləyir, elə bil heç gumbul dovşanı görmür-
dü. Bu gombul dovşanın xətrinə dəyirdi. Ancaq
inciyib,
küsüb gedə bilmirdi. O beşiyə bərk bağlan-
mışdı. Bir gün xırdaca əllər gombul dovşana tərəf
uzandı. Onu tutmağa meylləndi. Sevincindən dov-
Dostları ilə paylaş: |