25
ən dözülməzi oğluyla bağlıydı. Oğluna ana olmağı üç
qızının yetimliyi, üç qızına ana olmağı oğlunun
yetimliyi ilə nəticələnmişdi. Oğlu yetim qalmışdı.
Uşaq evinin oğlu olmuşdu. Ananın ürəyi əzilir ölmək
istəyir, lakin balasını tapmaq ümidi ilə döyünürdü.
Balası tapılmırdı.Yeri-yurdu məlum deyildi.
Qadın fikirləşirdi:
-
Allah özü mənə bilərəkdən cəza verib. Gərək
balamdan ayrılmayaydım. Nənənin beli bükülmüş,
saçı ağarmış, dərdin, qəmin əlində əsir-yesir olmuş-
du. Oğul itirən bu qadın nəvəsinin dərdini çəkib
qurtara bilmirdi. Qızının gününü göy əksiyə düyür,
ona rahatlıq vermirdi. Qızının öz dərdi özünə bəs
deyilmiş kimi anası da onu bir yandan haldan salırdı.
Elə bil bu iki qadının taleyi bircə Sədnikdən asılı
qalmışdı. Elə bil uşaq evinin oğlu olmuş Sədnik bu iki
qadının yaşaması üçün əsas şərt olmuşdu. Bəlkə də
Sədnik yarandığı gündən belə əzizlənməmiş, belə
doğmalaşmamış, belə İlahi məhəbbətlə sevilməmiş,
belə ürəklə arzulan-mamışdır.Göylərdən oğulluq
məhəbbəti enmiş, bütün uşaq evlərini gəzmiş,
ayağının altına almışdı. Göylərdən enən bu məhəb-
bətin qabağını dağlar, dərələr ucsuz-bucaqsız yollar,
soyuq küləklər, yandırıcı günlər, heç nələr, heç nələr
saxlaya bilmirdi. Bəzən bir gündə bircə içim suya
həsrət qalan, ayaqları suluq-suluq olan, ürəyinin taqəti
kəsilən Həcər belə əzablarına gülür, oğluna qovuşmaq
istəyi birə min qat artırdı.
26
Ürəyində neçə dəfələrlə nəzir-niyaz paylayan
ananın səbr-qərarı tükənmirdi. Bəzən Allahına,
Tanrısına asi düşür, yarandığı günə peşiman olurdu.
Oğlunu tapıb uşaq evinin oğulluğundan qurtara
bilmirdi. Oğlunun anası ola bilmirdi. Bu dərd qadını
qurudur, çərlədirdi.
Vaxtında oğluna ana olmamasının baiskarlarına
nifrinlər, qarğışlar yağdırırdı. Sanki bu nifrinlər daşa-
divara dəyib özünə qayıdırdı. Bu onu daha bərk sıxır,
daha bərk hirsləndirirdi.
Bir dəfə yenə oğlunun sorağı ilə bir uşaq evinə
gəldi. Sanki küləkdən qanad alıb uçdu. Uzaq rayonda
yerləşirdi oğlunun qaldığı uşaq evi. Ona uşaqlar
ürkək-ürkək, qorxa-qorxa, ümidlə yaxınlaşır, qanadı
qırılmış quş kimi geri çəkilirdilər. Bu onların anası
deyildi.
Qıçındakı yanığı çoxdan unutmuş Sədnikin
bədəninə qarşısındakı qadının əllərindən ilıq, xoş bir
hərarət axdı. Qadın titrək əlləri ilə yanığı sığallayır,
gözünün yaşı sel kimi axırdı. Başını qaldırmağa gücü
çatmırdı. Sanki başını qaldırsa yanığı itirəcək, oğlunu
bir daha tapmayacaqdı. Bəlkə də belə deyil, başını
qaldırmağa qorxurdu ana. Həcər o qədər həyəcan-
landı, o qədər sevincək oldu ki, oğlunun üzü-nü düz
əməlli görmədən huşunu itirdi. Sədnikin qadına yazığı
gəldi, haray-həşir saldı. İşçilər tökülüşüb onu
ay
ıltdılar.
27
Həcər oğlundan aralanmır, öpüşlərə qərq eyləyir,
“oğlum, pənahım”, deyə-deyə özü ilə bərabər
yanındakıları da ağladır, ürəklərini qana döndərirdi.
Belə gününü hər an arzulaya-arzulaya yaşayan,
buradakı uşaqların da ürəyinə inam dolmuşdu, gözləri
yaşarmışdı. Onların ümidi lap çoxalmışdı. Elə yəqin
eləyirdilər bu qadın onların anasıdı. Gəlib onları da
aparacaq. Sədnikin yerində özlərini hiss eliyən uşaqlar
hoppanıb düşür, bir-birini qucaqlayır, zarafatlaşırdılar.
Ancaq onların taleyi məlum deyildi.
Sədnikin anası uşaq evinin çirkli divarlarını da
öpdü. Öpdü ki, bu uşaq evi balasını saxlayıb ona
qaytardı.
1 yanvar, 1996-
cı il.
28
Şəffaf hörüyün rəfiqələri
Aşağı əyildikdə qoşa, xurmayı hörüklər çayın gur,
şəffaf hörüyünə qoşulub axır, dikəldikdə sudan
üzülüşürdülər. Şəffaf hörüyün xurmayı hörüklərdən
xoşu gəlirdi. Onları fürsət düşəndə sinəsinə çəkir,
özüylə bir axıdır, buraxmaq istəmirdi. Xurmayı
hörüklərin sahibi balaca zərif əlləriylə paltar suya
çəkirdi. Dənizdən, göldən fərqli bu hörüklü çayın
içində qız hörüklü su pərisinə bənzəyirdi. Qızın
xurmayı hörükləri çayın şəffaf hörüyünün davamı
kimi axırdı. Hörüklər beləcə qovuşur, beləcə axışır,
beləcə can bir, ürək bir, qəlb bir olurdu.. Hərdən
xurmayı hörükləri sudan aralananda şəffaf daşqınlar
ətrafa səpələnirdi. Şəffaf hörük bu daşqınları özündə
gizlədir yeniləriylə xurmayı hörükləri bircə-bircə
bəzəyirdi.
Hörüklərin gözəl oyunu Sədniki ovsunlamışdı. Nə
irəli yeriyib səsini çıxara bilirdi, nə də geri qayıtmağa
gücü çatırdı. Oğlanın nəzərində sarışın şəfəqlər saçan,
günəşə bənzəyən sarışın qızın, sarışın şəfəqlərindən
onun ürəyinə ilk dəfə hiss etdiyi doğma, mərhəm xoş
və gözəl duyğular axırdı. Bu gözəl duyğularla qəlbinə
dolub üzünə-gözünə yayıldı, dilinin bu anlara qədər
heç kəsə söyləmədiyi ən şirin sözlərinə çevrildi:
-
Könlümü, gözümü sevindirdin gözəl, səni alsam
gələrsənmi?
Qəfil səsdən şəffaf hörüyü əlindən çıxan xurmayı
hörüklər diksindi, iri ala gözlər maraqla heyrətdən
Dostları ilə paylaş: |