9
onunla. Hündür ağacların uca budaqlarıyla dostluq
eləyirdi. Sıldırım qayaların zülləsinin sükutunu pozur-
du. Dərin dərələrin qorxunc vahiməsiylə oynayırdı bu
uşaq. Özündən kiçiklərin dostu, yaşıdlarının böyüyü,
məsləhət verəniydi bu uşaq. Nənəsi bacarmırdı
onunla. Söz daşa divara deyilirdi. Əlacsızlıqdan dayısı
onu nənəsindən ayırdı. Gətirib Hacıkənddə sahibsiz
uşaq evinə verdi. Ta müharibə başlayana kimi, dayısı
əsgər gedənə kimi. Dayısı Sədniklə maraqlanırdı,
yanına gediş-gəliş kəsilmirdi.
Balaca Sədnik uşaq evinin oğlu oldu. Dayısından
sonra onu heç kim itirib axtarmadı, onunla heç kim
maraqlanmadı. Atasının da, anasının da başları öz
yeni uşaqlarına qarışmışdı.
29 dekabr, 1995-ci il.
10
Seli çiyinlərdə keçənlər
Uşaq evinin müdiri Kərəm müəllim meylini saza-
sözə bağlamışdı. Arvadı Zilxumarla birlikdə övlad
qığıltısının fərəhini duymaqdan əllərini üzmüşdülər.
Sədniki onun işlədiyi uşaq evinə qoyana kimi. Balaca,
arıq, qarayanız, gözləri qaynayan Sədnik Kərəmin
ürəyinə, özünə də məlum olmayan ilıq, gözəl, heç
vaxt duymadığı xoş hisslər gətirmişdi. Bu hisslər
gecə-gündüz ondan əl çəkmir, rahatlığını pozurdu.
Qadını kişisindəki bu narahatlığının, qərarsızlığının
səbəbini özündə axtarırdı. Hər dəfə də “axı, mən buna
neyləyirəm” sualına cavab tapmırdı. Axşam-sabah
ərinin qılığına girir, ondan bu dəyişikliyin səbəbini
öyrənməyə çalışırdı.
Bu ailədə övladla bağlı söz-söhbətlər çox-çox
əvvəlki günlərdə qalmışdı. Belə söhbətlərin ancaq
qan
qaraçılıq, baş ağrısı olmasından başqa heç nəylə
nəticələnmədiyini görən ərlə arvad ümidlərini gözə
görünməzə bağlayıb həyatlarını yaşayırdılar.
Kərəm müəllim evdə olduğu müddətdə sazı yerə
qoymur, gözləri yol çəkir, hərdən gülümsəyir, hərdən
qaşlarını düyünləyirdi. Bəzən öz-özünə nə isə götür-
qoy eləyirdi. Maraq Zilxumarı əldən salanda axırda
dözməyib ərini cırnatmaq qərarına gəldi:
-A
kişi, belə görürəm sən təzə eşqə düşübsən, daha
onu niyə gizləyirsən, aç de, utanma.
Kərəmin özünə də, arvadına da yazığı gəldi.
Onların eşqi də, məhəbbəti də övladsızlıq alovunda
alışıb yanırdı. Hər ikisi möcüzə baş verəcəyi, haçansa,
11
onların murazlarının hasil olacağı günü gözləyirdi.
Onların qəlbinə inamsız hisslər hələ yol tapmamışdı.
Onlara elə gəlirdi ki, nə vaxtsa evə girəndə küncdən-
bucaqdan, stolun-
stulun altından, ya da xalı-xalçanın
dalından gözəl-göyçək toppuş bir uşaq üstlərinə
cumacaq, sevinclə ata-ana-deyə qışqırıb qollarını
boyunlarına dolayacaqdı. Buna özlərini o dərəcədə
inandırmışdılar ki, özgə xəyala düşməyirdilər. Arva-
dının “təzə eşq” kəlməsi onu çox xəyallara aparacaq,
çox xatirələri yadına salacaqdı. Xəyalı “təzə eşqi”
olan könlündən, gözündən bircə an da uzaqlaşmayan,
ona əziz, doğma gələn kiçik Sədnikin kədərli
çöh
rəsində cəmləşdi. Uşağın üzündə, gözündə yaşına,
boyuna uyğun gəlməyən dərdin, qəmin dərin izləri
hökmranlıq edirdi. Bu uşağın dərdini, qəmini ürəyinə,
sinəsinə çəkmək, öz canına hopdurmaq Kərəm
müəllimin ən böyük istəyinə çevrilmişdi. Bu Allahının
ona göndərdiyi yaxşı və ya pis əməllərinin xoş
nəticəsiydi. Budur, gözlədiyi, illərlə həsrətində qaldığı
övlad onun qarşısına çıxmışdı, taleyini yenidən
oyatmışdı. Onun daim arzuladığı möcüzə bundan
artıq, bundan böyük, bundan qiymətli olmazdı.
Kərəm müəllim sazı ehtiyatla köynəyinə saldı, irəli
yeriyib qadınının kəlağayısını başına çəkdi, sürüşüb
irəliçıxan tellərini barmaqları ilə arxaya daradı,
gözlərini sevinclə qırpdı və dedi:
-
Əzizim, mənim iş yerimə gedək, təzə eşqimi gör.
Sevincim yaman ağırdır. Hünərim çatmaz onu gətir-
məyə, bu gün mənə köməyin daha vacibdir. Qadını
12
kişisinin fikrindən heç nə anlamadı. Kəlağayısını açdı,
yenidən örtdü. Sualla dolu heyrətli nəzərlərini ərinə
dikdi. K
ərəm çəkmələrinin bağını bərkitdi. Qadınının
suallarını cavabsız qoydu, şirin-şirin ona pıçıldadı:
-
Ay qız, qadan alım, gəl gedək, özün gör hər şeyi.
Mən sənə heç nəyi başa sala bilmərəm. Gəl gedək.
Hər ikisi sahibsiz uşaq evinə çatana kimi dinmədi.
Qapıdan içəri girəndə tərbiyəçilərdən biri Zilxumarı
öpdü, buraya nə əcəb gəldiyini soruşdu. Xumar əli ilə
ərini göstərdi:
-
Vallah bilmirəm, bu kişi çəkib gətirib.
Tərbiyəçi Kərəm müəllimin bir neçə gün bundan
əvvəl təzə uşaq qəbul elədiyini və bu uşağa onun çox
meyilli olduğunu xəyalından keçirdi. Ona aydın oldu
ki, yəqin təzə uşağı bunlar övladlığa götürmək fikrinə
düşüblər. Təzə gələn uşağın gözündəki qəm tərbiyəçi-
nin diqqətindən yayınmamış, onun da könlündə özünə
yer eləmişdi. İstədi bu sözü müdirin arvadına xəbər
versin, onun da bu uşağa meyilli olub olmadığını
dəqiqləşdirsin, nə qərara gəldisə sözü başqa səmtə
yönəltdi. Evdə-eşikdə nə var, nə yox deyib hal-əhval
tutdu.
Zilxumar
Kərəm müəllimin otağına keçdi. Kişisi
ona yer göstərdi, oturdu. Yoldaşının otağının səliqə
sahibinin işi olduğunu görürdü. Bu səliqə-səhmanı
xoşuna gəldi. Hər dəfə buraların yır-yığışının xüsusi
səliqə-səhman ən çox ərinin xasiyyətindən irəli
gəlirdi. Evdə də beləydi, təmiz, səliqəli. Kərəm müəl-
lim əlini arvadının çiyninə qoyub tapşırdı:
Dostları ilə paylaş: |