13
-Burdaca otur,
indi gəlirəm.
Qucağında uşaqla içəri girəndə tərbiyəçi qadına
hər şey aydınlaşdı. Yan-yörəsindəki iş yoldaşlarına
məlumat verdi:
-
Kərəm müəllimin arvadı gəlib. Təzə gələn uşağı
da yanına apardı. Allah eləsin Zilxumarın xoşuna
gəlsin. Uşağa yaman qanım qaynayır. Dədəmin canı
üçün uşağım çox olmasaydı bunu özümə götürərdim.
Bilirsini
z də uşaqlarım uşaq deyil, elə bil oddu,
alovdu.
İş yoldaşları tərbiyəçinin sözünü təsdiqlədilər.
Ərinin uşaq qucağında içəri girməsindən Zilxu-
marın ürəyi atlandı. Diksinib ayağa qalxdı. Uşağın
gözlərinə baxanda qəlbinin ən incə telləri əsdi. Elə bil
itkin düşmüş balasını gördü. Elə bil bu uşağı neçə
illərdir tanıyır, yolunu gözləyirmiş. Kərəm müəllim
körpəni ona uzatdı:
-
Get ananın qucağına, oğlum. Uşaq qadına doğru
meyilləndi. Sonra qadın onu bağrına basdı, uşaq
x
ırdaca qollarıyla Zilxumarın boynuna sarıldı. Körpə-
yə hansı əziz sözləri demək üçün götür-qoy eləməyə
vaxtı olmayan Zilxumar “can”, “can” kəlmələrini
dalbadal düzürdü.
Uşaq arıq, qarayanız üzünü anasının üzünə sürtür-
müş kimi qadının üzünə sürtür:
-A
na, mən səni axtarmışdım, sən haradaydın,
haradaydın deyirdi.
Kərəm müəllimin sevinci gözlərindən daşırdı.
14
Evləndiklərindən bəri bəlkə də ilk dəfəydi bu
boyda xoşbəxtliyin içinə düşmüşdülər. Onların hər
ikisi ayrılıqda beyinlərindən keçirdilər:
-
Özlərinin övladı olsaydı onda nə cür xoşbəxt
olardılar?
Bundan oyanası məlum deyildi. Ancaq indiki
anlarda, indiki vəziyyətdə onlar tam bəxtəvər idilər.
Uşağın gəlişi Kərəm müəllimlə Zilxumarın həya-
tını dəyişdirmişdi. Onların işinin-gücünün əvvəlki
vəziyyəti pozulmuş, uşaqlı bir evin səmtinə yönəl-
mişdi. Balaca Sədnik sazı-sözü bu evdə eşitmiş, bu
evdə dinləmiş, bu evdə heyrətdə qalmışdı. Atası onu
stolun üstünə çıxarıb oturdur, saz çalırdı. Uşağın
üzü
nə-gözünə, beyninə, ürəyinə dolan saz havalarını
yorulmaq, usanmaq bilmədən ötür ona da çox maraqlı,
bir aləm yaradırdı. Eşitdiyi mahnıları tez mənimsəyir,
özününküləşdirirdi.
O, atasıyla aşıqların məclisinə gedir, böyük
həvəslə onların sözünü, havasını könlünə, beyninə
yığırdı. Sonra bu mahnıları oxumağa başladı. Atası ilə
anası oğullarının şirin məlahətli səsindən yorulmur,
onu öpüşlərə qərq edirdilər.Bu uşağı Allahın böyük
payı, böyük neməti, böyük xoşbəxtliyi sayırdılar.
Sonsuzluq onların, yetimlik isə balaca Sədnikin
qəlbindən tamam silinib atılmışdı.
Bəxtəvər günlərin birində bütün dünyanı dəhşətə
gətirən müharibə başlandı. Müharibənin fəlakətləri,
dəhşətləri şəhərbəşəhər gəzir, kəndbəkənd dolaşır,
xoşbəxtliyin, bəxtəvərliyin başına qapazlar salır,
15
gö
zlərini ovub çıxarırdı. Oğullar, atalar, qardaşlar
günbəgün azalırdı.
Kərəm müəllimə çağırış məktubu gələndə
Zilx
umar saçlarını yoldu, şivən qopardı. Oğlu onun
niyə belə etdiyini soruşdu. Anası uşağı ağlaya-ağlaya
başa saldı. Uşağın beyni belə bir işin ola biləcəyini
heç cürə qəbul eləmirdi. Lakin qanun-qanun idi.
Gedəsilər getməliydi. Kərəm müəllimi rayon hərbi
komissarlığına aparanda oğlu ondan aralanmadı. Hər
cür qılıq, ovundurucu söz, təsəlli ona aid deyildi.
Ayrılıq vaxtı çatanda uşaq atasının dizlərini qucaq-
layıb dədə deyib elə bir fəryad, elə bir nalə çəkdi ki,
hamı yerindəcə dondu. Bu dəhşətli naləyə, çığırtıya,
hönkürtüyə qalib gəlib uşağı atadan aralamağa nə
hökümətin, nə də qanunun gücü çatdı.
Hökumət adamının da ürəyi, qəlbi var, nə vəzifə,
nə qanun qorxusu bu uşağa qalib gələ bilmədi. Kərəm
müəllimi hərbi komissarlıqdan dala qaytardılar.
Ailənin sevinci yerinə düşdü.
Aradan xeyli müddət keçdi. Yenə Kərəm müəllimə
“çağırış” gəldi Bu dəfə də uşağın fəryadı daşların
qəlbini yumşaltdı. Hərbi komissarlıqda vəziyyətlə ta-
nış olmuşdular. Uşağın doğmaları tərəfindən atılması
Kərəm müəllimin övladlığa götürməsi onların da qəl-
bini kövrəldir, çıxılmaz vəziyyətdə qoyurdu. Balaca
Sədnikin körpəcə ürəyi ayrılıq vaxtı dağılmağa hökm
eləyidi. Köz görəti uşağın zəhrinin yarılmasına döz-
mək faşist işiydi. Ona görə bu dəfə də Kərəm
müəllimi müharibəyə aparmadılar.
16
Kənddə yağışlar ara vermirdi. Elə bil müharibədə
ölənlərə göylər də yas saxlayıb, göz yaşları axı-
dırdı.Göz yaşları o qədər gücləndiki ki, kəndə sel
gəldi. Güclü, qüvvətli selin ağzından yaxa qurtarmaq
uşaqların, toyuq, cücələrin, xırda para ağacların işi
deyildi. Bu selin qabağında qollu budaqlı ağaclar,
özülü möhkəm qoyulmuş evlər, iri mal-qara güclə
dayanırdı. Selin başına götürüb çığırda-çığırda apar-
dığı uşaqlardan biri də Sədnik idi. Kərəm müəllimin
gözünə sanki qaranlıq çökdü, beli büküldü, dizləri
taqətdən düşdü və dərhal da özünü selin qucağına atdı.
Çox çətinliklə uşağa çatdı:
-
Qorxma, qadan alım, qorxma, gəldim, gəl, gəl
yapış çiynimdən, çıx boynuma.
Oğlanın huşu hələ özündə idi. Bir təhər atasının
çiynində özünə yer elədi. Huşu gah itir, gah özünə
qayıdırdı. Kərəm müəllimə sanki əjdaha gücü gəlmiş-
di. Selin lap gur yerinə düşməsinə baxmayaraq
birtəhər üzüb çıxır, sahilə can atırdı.
Sanki u
şaqları boğub, daşdan-daşa çalmağı qarşı-
sına məqsəd qoyan qorxulu sel yavaşıyıb, səngimək
fikrində deyildi. Ancaq suya düşmüş uşaqların
atalar
ının çiyni seldən daha güclü, daha əzəmətliydi.
Kərəm müəllimlə selin mübarizəsi xeyli çətin,
qorxunc vəziyyət almışdı. Sel kişiyə tez-tez güc gəlir,
onu boğub məhv eləməyə fürsət axtarırdı. Kişi selin
fikrini duymuşdu. Ancaq qorxduğunu birüzə vermə-
yib çarpışırdı. Yaxında quru yer göründü. Sanki onun
gözünə işıq, qoluna qvvət axdı, ömrünə-gününə fərəh
Dostları ilə paylaş: |