Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə42/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   38   39   40   41   42   43   44   45   ...   160

 

 

 



140 

www.vivo-book.com 

 

–  Yatmağa,  –  deyə  o,  əmr  edir.  –  Sabah  özünü  çox  əzgin  hiss 



edəcəksən. 

– Yuxudan oyananda yanımda yox idin. 

– Yuxum qaçıb, çünki mən tək yatmağa alıĢmıĢam. 

Onun  əhvalını  baĢa  düĢməkdə  acizəm.  Deyəsən,  Kristianın  kefi  bir 

qədər pozulub, amma qaranlıqda bunu müəyyən eləmək çətindir. Bəlkə bu, 

musiqiyə  görədir.  O,  zərifliklə  məni  qucaqlayır  və  yenidən  yataq  otağına 

aparır. 

– Çoxdan fortepiano çalırsan? Səndə çox yaxĢı alınır. 

– Altı yaĢından. 

– А-а. 


Kristianı  –  altı  yaĢlı  oğlanı…  gözəl,  kürən  saçlı,  boz  gözləri  olan, 

fövqəladə dərəcədə hüznlü musiqini sevən oğlanı təsəvvür edirəm və ürəyim 

əriyir. 

–  Özünü  necə  hiss  edirsən?  –  deyə  Kristian  soruĢur  biz  otağa 

qayıtdıqda. O, çırağı yandırır. 

– Normal. 

Biz ikimiz də eyni vaxtda çarpayıya baxırıq. Mələfələrdə qan var  – 

bakirəlik niĢanəm. Xəcalətdən qızarıram və adyala daha sıx bürünürəm. 

–  Missis  Consun  düĢünməsi  üçün  səbəb  olacaq,  –  deyir  Kristian 

mənimlə  yanaĢı  duraraq.  O,  əlilə  çənəmi  qaldırır  və  diqqətlə  üzümə  baxır. 

Birdən anlayıram ki, onu heç vaxt köynəksiz görməmiĢəm. Ġnstinktiv olaraq 

onun sinəsindəki tüklərə toxunmaq üçün əlimi uzadıram, o dərhal bir adım 

geri çəkilir. 

–  Uzan,  yat,  –  sərt  Ģəkildə  buyurur  Kristian,  –  gəlib  yanında 

uzanacam. 

Əlimi  aĢağı  endirib  üzümü  turĢuduram.  Mən  hələ  heç  vaxt  onun 

çılpaq bədəninə toxuna bilməmiĢəm. O, komodu açır, ordan futbol köynəyi 

çıxarır və cəld əyninə geyir. 

– Yatmağa, – deyə yenidən əmr edir. 



 

 

 



141 

www.vivo-book.com 

 

Yenidən  çarpayıya  girirəm,  qan  haqda  düĢünməməyə  çalıĢaraq. 



Kristian arxamda uzanır və qucaqlayır. O, saçlarımı öpür və köks ötürür. 

–  Yat,  əzizim  АnasteyĢa,  –  deyə  pıçıldayır  və  mən  gözlərimi 

yumuram,  amma  musiqidən  və  onun  sözlərindən  məni  kədər  bürüyür. 

Kristian Qreyin ruhunun hüznlü tərəfi də varmıĢ. 



 

 

 

 

 

 

 

 

 

 

9-cu fəsil 

 

Məni otağı doldurmuĢ günəĢ iĢığı yuxudan oyadır. Bədənimi gərir və 



gözlərimi  açıram.  Valehedici  may  səhəri.  Sietl  ayaqlarım  altındadır.  Uh! 

Mənzərə  sadəcə  möhtəĢəmdir.  Yanımdaca  Kristian  Qrey  möhkəm 

mürgüləyir. Yuxuda onun siması bir qədər cavan görünür. ġiĢman dodaqlar 

bir  qədər  aralıdır,  parlaq  təmiz  saçlar  valehedici  qarıĢıqlıqdadır.  Belə  bir 

gözəlliyə tamaĢa  etməmək sadəcə  cinayətdir. Elə bu an  yuxarıdakı  qırmızı 

otaq  yadıma  düĢür…  Yəqin,  bu  həqiqətən  qanunazidd  bir  Ģeydir.  Mən 

baĢımı  yelləyirəm  –  fikirləĢməli  çox  Ģey  var.  Əlimlə  ona  toxunmaq 

istəyirəm.  O  yatarkən  lap  əziz  körpə  kimidir.  Onun  dedikləri  haqda 

fikirləĢmək lazım deyil,  amma onun mənimlə bağlı  görən, hansı niyyətləri 

var... 


Mən  bütün  günü  ona  baxa  bilərəm,  amma  təbiət  məni  hamam 

otağına səsləyir. Çarpayıdan atılaraq Kristianın ağ köynəyini yerdə tapıram 

və  əynimə  geyirəm.  Qapı  arxasına  keçirəm,  fikirləĢərək  ki,  yəqin,  bura 



 

 

 



142 

www.vivo-book.com 

 

hamamdır,  amma  bu,  qarderob  imiĢ,  elə  yataq  otağı  həcmində.  Divarlar 



boyu rəflər uzanır, asılqanlarda bahalı kostyumlar, köynəklər və qalstuklar 

var.  Bu  qədər  paltar  insanın  nəyinə  lazımdır?  Təəccübdən  fınxırıram. 

Əslində yəqin ki, Keytin pal-paltarı bundan az deyil. Ġlahi, Keyt! Onu necə 

unuda  bilərdim!  Axı  dünən  axĢam  ona  ismarıc  göndərməli  idim.  Lənət 

Ģeytana! BaĢım ağrıyacaq. Maraqlıdır, Eliotla onunku alındımı? 

O biri qapını açıram. Bu, hamam otağıdır və o, mənim otağımdan da 

böyükdür.  Bu  qədər  yer  bir  adamın  nəyinə  gərəkdir?  Ġki  əl  üz  yuyan. 

Maraqlıdır. Əgər Kristian gecəni tənhalıqda keçirirsə, onda onların birindən 

istifadə edilməyib. 

Divardakı  böyük  güzgüdən  özümə  baxıram.  DəyiĢilmiĢəm?  Məncə, 

hə. Amma düzünü desək, bir az ağrıyıram və əzələlərim... bu elə bir hissdir 

ki,  sanki  həyatımda  heç  vaxt  fiziki  iĢlə  məĢğul  olmamıĢam.  ―Sən  həyatda 

heç vaxt fiziki iĢ görməmiĢsən‖, – təhtəlĢüurum oyanmıĢ diliylə gileylənir. 

O,  mənə  baxır,  dodaqlarını  kip  sıxaraq  və  acıqlı  halda  ayaqlarını  yerə 

döyəcləyir. Sən elə indicə kiĢiylə yatmıĢ, ona öz bəkarətini vermisən, o isə 

səni heç sevmir. Onun səninlə bağlı çox qəribə niyyətləri var, o səni seksual 

qula çevirmək istəyir. 

SƏN AĞLINI ĠTĠRMĠSƏN? 

Güzgüyə  baxaraq  üzümü  turĢuduram.  ĠĢə  bir  bax,  Ģəkk-Ģübhəsiz, 

Krez kimi gözəl, zəngin bir kiĢiyə vurulasan və onun ehtiyatında mənə əzab 

vermək  üçün  Qırmızı  otağı  var.  DəhĢət!  Mən  baĢımı  itirmiĢ  və  öz 

hisslərimdə tamamilə dolaĢıb qalmıĢam. Saçlarım yenə dağınıqdır, tellərim 

sağa-sola baxır. Saç düzümü ―seksdən sonra‖ adlanır və mənə çox yaraĢır. 

Barmaqlarımla onları darayıb qaydaya salmağa çalıĢır, amma tezliklə təslim 

oluram. 

Lap  canavar  kimi  acmıĢam.  Yenidən  yataq  otağına  keçirəm.  Gözəl 

oğlan hələ də mürgüləyir və onu yataqda saxlayıb mətbəxə gedirəm. 

Lənət  Ģeytana!..  Keyt.  Mənim  çantam  Kristianın  kabinetində  qalıb. 

Ora qaçaraq öz mobil telefonumu axtarıb tapıram. Üç ismarıc. 

 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə