Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə52/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   48   49   50   51   52   53   54   55   ...   160

 

 

 



174 

www.vivo-book.com 

 

Əgər  müqaviləni  imzalasam,  o  mənimlə  belə,  buyruq  sahibi  kimi 



olacaq.  Üzümü  turĢuduram.  Bu,  mənə  lazımdırmı?  Bıçaq  və  çəngəli 

götürərək ehtiyatla maral ətini yeməyə baĢlayıram. Doğrudan da, dadlıdır. 

–  Bizim…  e-e…  münasibətlər  bu  qaydada  qurulacaq?  –  deyə 

pıçıldayıram.  – Sən mənə əmr verəcəksən?  – özümü  onun gözlərinin içinə 

baxmağa məcbur edə bilmirəm. 

– Hə. 


– Aydındır. 

– Bundan əlavə, sən özün istəyəcəksən ki, bunu edim, – deyə o, asta 

səslə əlavə edir. 

Sözün düzü, buna çox Ģübhə edirəm. Mən maral ətindən bir tikə də 

kəsirəm və ağzıma yaxınlaĢdırıram. 

– Buna cəhd etmək çətindir, – deyirəm və tikəni ağzıma qoyuram. 

–  Razıyam.  –  Kristian  bir  anlığa  gözlərini  qapadır.  O,  gözlərini 

yenidən açdıqda onların qaraldığını görürəm. – АnasteyĢa, sən daxili səsinə 

qulaq  verməlisən.  Ġnterneti  öyrən,  müqaviləni  oxu.  Mən  həvəslə  bildiyim 

hər Ģeyi sənə baĢa salaram. Mən cümə gününədək Portlenddə olacam. Əgər 

bundan  əvvəl  mənimlə  danıĢmaq  istəsən,  zəng  elə,  bir  yerdə  Ģam  edərik. 

Məsələn, çərĢənbə günü. Çox istəyirəm ki, hər Ģey alınsın. Düzünü bilmək 

istəsən, həyatımda heç vaxt heç nəyi belə istəməmiĢəm. 

Gözlərindən görürəm ki, Kristian səmimi danıĢır, o bunu sidq-ürəklə 

istəyir. Amma burda nəsə baĢqa bir əmma var. Niyə məhz mən? Niyə on beĢ 

qızdan heç biri? Bəlkə mahiyyət elə rəqəmlərdə gizlənib? 

– O biri on beĢ qızdan niyə ayrıldın? – deyə soruĢuram. 

О, qaĢlarını çatır, sonra təslim olaraq baĢını yelləyir. 

–  Hərəsi  ilə  bir  cür  alınırdı…  –  Kristian  susur,  düzgün  sözü 

axtararaq. – Uyarsızlıq. 

– DüĢünürsən ki, mən uyarlı olacam? 

– Hə. 


– Onlarla daha görüĢmürsən? 

– Yox. Mən öz təbiətimə görə monoqamam. 




 

 

 



175 

www.vivo-book.com 

 

Aha… bax bu yenilikdir. 



– Aydındır. 

– Ġnternetdə qurdalan, АnasteyĢa. 

Mən bıçaq və çəngəli masaya qoyuram. ĠĢtaham tamam itib. 

– Elə bu? Daha yeməyəcəksən? 

О, açıq-aĢkar hirslənir,  amma susur. Mən rahatlıqla köks ötürürəm. 

Qarnım  yeni  xəbəri  həzm  edir,  baĢım  isə  Ģərabdan  azca  fırlanır.  Kristiana, 

onun  boĢqabında  olan  qidanı  necə  tam  Ģəkildə  həzm-rabedən  keçirməsinə 

baxıram.  O,  at  kimi  yeyir!  Ġdmanla  nə  qədər  məĢğul  olmalısan  ki,  bu  cür 

formada  qala  biləsən?  Və  bu  zaman  qəfildən  pijama  Ģalvarlarının  onun 

ombalarından  necə  sallandığını  xatırlayıram.  Bu  mənzərə  fikirlərimi 

tamamilə qarıĢdırır. Mən utanaraq stulda vurnuxuram.  Кristian mənə baxır 

və üzüm allanır. 

– Sənin nə haqda fikirləĢdiyini bilmək üçün nə qədər pul ödəməliyik, 

– o deyir və mən daha çox allanıram. 

Kristian dəcəl təbəssümlə gülümsəyir. 

– Amma deyəsən, bilirəm nə haqda, – deyə məni cırnadır. 

– YaxĢı ki, fikirlərimi oxuya bilmirsən. 

–  Sənin  fikirlərini,  yox,  bacarmıram,  amma  bədəninin  dilini 

dünəndən etibarən pis öyrənməmiĢəm. 

Səsin ahəngi oynaqdır… onun əhvalı belə tez necə dəyiĢir? Onunla 

yarıĢa bilmirəm. 

Kristian iĢarəylə ofisiant qızı çağırır və hesabı gətirməyi xahiĢ edir. 

HesablaĢaraq yerindən qalxır və əlini mənə uzadır. 

– Gedək. 

Əlimi  əlinə  alaraq  o,  məni  yenidən  maĢına  doğru  aparır.  Tamamilə 

qəfildən bizim təmasımız belə normal,  belə  yaxındır. Mən  elə məhz bunu, 

adi,  incə  jesti  mənimlə  otaqda…  Qırmızı  ağrı  otağında  eləmək  istədiyi  ilə 

uzlaĢdıra bilmirəm. 

 

*** 



 

 

 



176 

www.vivo-book.com 

 

 

Olimpiadan  Vankuverə  qədər  olan  yolda  hər  ikimiz  susuruq,  öz 



düĢüncələrimizə təslim olmuĢuq. Saat beĢə doğru evə çatırıq. Pəncərələrdə 

iĢıq  yanır  –  Keyt  artıq  qayıdıb.  ƏĢyaları  toplayır,  əgər  əlbəttə,  o  təkdirsə, 

Eliotsuz. Kristian motoru söndürür; ayrılıq vaxtı yetiĢib. 

– Ġçəri keçərsən? – soruĢuram. Onu buraxmaq istəmirəm. 

– Yox, iĢlərim çoxdur, – deyə cavab verir təmkinli simasıyla. 

Barmaqlarımı  bururam  baxıĢı  anlamayaraq.  Qəfildən  hissiyyata 

qapılıram:  o,  çıxıb  gedir!..  Кristian  əlimi  tutur  və  dodaqlarına  toxundurur, 

xəfifcə öpür ovcumun arxa tərəfini, köhnə dəblə, əzizləyərək. Kövrəlirəm. 

– Ġstirahət günlərinə görə sağ ol, АnasteyĢa. Bu… əla idi. ÇərĢənbə 

günü? Səni iĢdən götürəcəm? 

– ÇərĢənbəyədək, – deyə pıçıldayıram. 

Kristian yenidən əlimi öpür və onu dizimə buraxır. Sonra maĢından 

çıxır  və  sərniĢin  qapısını  mənim  üçün  açır.  Niyə  özümü  birdən-birə  tərk 

edilmiĢ və tənha hiss edirəm? Boğazım düyünlənib. Əsas məsələ – bunu üzə 

vurmamaqdır. Təbəssümlə maĢından çıxıram və cığırla evə doğru gedirəm, 

bilərək  ki,  qarĢıda  məni  Keytlə  görüĢ  gözləyir.  Yarı  yolda  çevrilirəm  və 

Kristiana baxıram. ―BaĢını dik tut, Stil‖ – deyə özümü ruhlandırıram. 

– Yeri  gəlmiĢkən, əynimdə sənin  tumanındır, –  gülümsəyirəm  və o 

görə  bilsin  deyə  boks  tumanından  rezin  qaytanı  çıxarıram.  Kristianın  ağzı 

açıla  qalır.  Sən  bir  reaksiyaya  bax!  Əhvalım  o  dəqiqə  yaxĢılaĢır  və  mən 

qürurla  evə  doğru  gedirəm,  bir  ayağım  üstdə  atılıb-düĢməmək  üçün 

çətinliklə özümü saxlayaraq. Ura! Daxili ilahəm coĢqudadır. 

Keyt qonaq otağındadır, kitabları qutulara yığır. 

–  Sən  qayıtmısan!..  Bəs  Kristian  hardadır?  Hə,  necəsən?  –  səsdə 

həyəcan  və  təlaĢ  var,  o  tələsik  mənə  yaxınlaĢır,  çiyinlərimi  qucaqlayır  və 

gözlərimin içinə baxır. Heç salamlaĢmağa macal tapmıram. 

Lənət  Ģeytana…  Keyt  inadkar  və  bəsirətlidir,  çantamda  isə  hüquqi 

sənəd var, ona əsasən, məxfiliyi qorumalıyam. Heç də yaxĢı durum deyil. 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə