Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə49/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   45   46   47   48   49   50   51   52   ...   160

 

 

 



163 

www.vivo-book.com 

 

olmaz  axı.  Hamam  otağını  ələk-vələk  edirəm,  amma  yalnız  daraq  tapılır. 



YaxĢı,  bu  da  gedər.  HəmiĢə  olduğu  kimi,  yalnız  bir  variantım  var  –  at 

quyruğu.  Əynimdəki  paltar  da  dəhĢətlidir.  Bəlkə  həqiqətən  Kristianın 

təklifindən  istifadə  edim?  TəhtəlĢüurum  dodaqlarını  ĢiĢirir  və  ―q‖  hərfi  ilə 

baĢlayan  sözü  tələffüz  edir,  amma  mən  ona  əhəmiyyət  vermirəm.  Ġndi  də 

pencək.  Bəxtə  bax:  qollar  qalstukun  izlərini  görünməz  edir.  Mən  güzgüdə 

sonuncu  dəfə  özümə  nəzər  yetirirəm…  normaldır.  Ġndi  qonaq  otağına 

keçmək olar. 

–  Bu  da  o.  –  Kristian  taxtdan  qalxır.  Onun  simasında  zəriflik  və 

heyranlıq oxuyuram. 

Onunla yanaĢı olan sarıĢın qadın min meqavatlıq təbəssüm saçır. O 

da  yerindən  qalxır.  Əynində  zövqlü,  dəvə  yunu  rəngində  trikotaj  paltar  və 

çalara uyğun ayaqqabı var. YaraĢıqlı və eleqant. Bir qədər xəcalət çəkirəm 

görünüĢümə görə. 

–  Ana,  bu,  AnasteyĢa  Stildir.  АnasteyĢa,  bu,  Qreys  Trevelyan 

Qreydir. 

Doktor  Trevelyan-Qrey  mənə  əlini  uzadır.  Т…  Trevelyan 

deməkmiĢ? 

–  TanıĢlığımıza  çox  Ģadam,  –  nəzakətlə  deyir  o.  Mənə  elə  gəlir  ki, 

onun səsində heyrət və müəyyən qədər də rahatlıq var. Ala gözlərin baxıĢı 

hərarət saçır. Onun əlini sıxıram və cavab olaraq gülümsəməyə bilmirəm. 

– Doktor Trevelyan-Qrey, – nəzakətlə deyirəm. 

– Mənə ―Qreys‖ deyə müraciət edin, – qadın gülümsəyir və Kristian 

üzünü  turĢudur.  –  Hamı  üçün  mən  doktor  Trevelyanam,  missis  Qrey  isə 

qayınanamdır. – Qadın göz vurur. – Siz necə tanıĢ olmusunuz? 

Qadın marağını gizlədə bilməyərək Kristiana baxır. 

–  АnasteyĢa  yanıma  tələbə  qəzeti  üçün  müsahibə  almağa  gəlmiĢdi, 

çünki növbəti həftədə onların kursuna diplom təqdim etməliydim. 

Lənət Ģeytana! Bunu tamam unutmuĢam. 

– Deməli, tezliklə buraxılıĢ mərasiminiz var? – deyə Qreys soruĢur. 

– Hə. 



 

 

 



164 

www.vivo-book.com 

 

Və elə bu vaxt telefonum zəng çalır. Yüzə-yüz Keytdir. 



– Üzr istəyirəm. 

Mətbəxə  gedirəm  və  hətta  nömrəyə  baxmayıb  telefona  cavab 

verirəm. 

– Salam, Keyt. 

– Ġlahi! Аna! – Lənət Ģeytana, Хоsedir. O, deyəsən, çox pəriĢandır. – 

Hardasan?  Səni  görməliyəm,  Cümə  günü  olanlara  görə  üzr  istəməliyəm. 

Niyə zənglərimə cavab vermirsən? 

– Qulaq as, Хоse, indi danıĢmaq imkanım yoxdur, – həyəcanla ətrafa 

nəzər yetirirəm. Kristian, anası ilə söhbəti kəsmədən məni diqqətlə izləyir. 

–  Hardasan?  Keyt  mənə  düz-əməlli  heç  nə  baĢa  salmadı,  –  deyə 

Xose sızıldayır. 

– Sietldə. 

– Sən orda neyləyirsən? Sən onunlasan? 

– Mən sonra zəng vuraram. Ġndi danıĢaq imkanım yoxdur, – telefonu 

söndürürəm və heç nə olmamıĢ kimi Kristian və anasının yanına qayıdıram. 

Qreys oğluyla danıĢır: 

–…Eliot  zəng  edib  dedi  ki,  sən  burdasan  …səni  iki  həftədir  ki, 

görmürdüm, əzizim. 

– O artıq qayıdıb? – deyə diqqətlə məni süzərək Kristian maraqlanır. 

Onun siması sakitdir. 

– DüĢünürdüm ki, bir yerdə nahar edəcəyik, amma görürəm ki, baĢqa 

planların var. Onda mane olmayım. 

Qadın  krem  rəngli  uzun  paltosunu  götürür,  ona  tərəf  çevrilir  və 

yanağını uzadır. Kristian nəvaziĢlə anasını öpür. Qadın ona toxunmur. 

– Mən AnasteyĢanı geriyə, Portlendə aparmalıyam. 

–  Əlbəttə,  əzizim.  АnasteyĢa,  tanıĢlığımıza  çox  Ģad  oldum.  Ümid 

edirəm, bir daha görüĢəcəyik. 

Qadın əlini mənə uzadır və onun gözləri parlayır. 

Müəmma, hardansa Teylor peyda olur. 

– Missis Qrey? – deyə o soruĢur. 




 

 

 



165 

www.vivo-book.com 

 

– Sağ ol, Теylor. 



Teylor  qadınla  birgə  otaqdan  çıxır  və  onu  foyedəki  ikiqat  qapıdan 

ötürür. Yəni Teylor bütün bu müddət ərzində burada idi? Bu qədər çox? Və 

harda? 

Kristian acıqlı halda mənə baxır. 



– Zəng edən fotoqraf idi? 

Lənət Ģeytana. 

– Hə. 

– Ona nə lazımdır? 



– Sadəcə üzr istəmək istəyirdi … Cüməyə görə. 

Kristian gözlərini döyür. 

– Aydındır. 

Yenidən Teylor peyda olur. 

– Mister Qrey, Darfurda nəqllə bağlı problemlər yaranıb. 

Kristian yüngülcə baĢıyla təsdiqləyir. 

– Çarli Tanqo indi Sietldədir, Boinq-Filddə? 

– Bəli, ser. – Teylor baĢını mənə tərəf tutaraq  yelləyir. – Sabahınız 

xeyir, miss Stil. 

Cavab olaraq qərarsız gülümsəyirəm. O, çönüb otağı tərk edir. 

– Teylor burada yaĢayır? 

– Hə. 


Kristianın səsinin ahəngi kəskinləĢir. Nə baĢ verir? 

O,  mətbəxə  gedir,  ―blekberri‖ni  götürür  və  baĢa  düĢdüyüm  qədər 

poçta baxır. Dodaqları kip qapanıb. Sonra kiminsə nömrəsini yığır. 

– Ros, nə olub? 

Mən  nəhəng  otağın  ortasında  dayanmıĢam  –  özümü  hara  dürtməyi 

bilməyərək. Özümü dəhĢətli dərəcədə naqolay və yersiz hiss edirəm. 

–  Ekipajla  risk  edə  bilmərəm.  Yox,  ləğv  edin…  havadan  atarıq… 

DanıĢdıq. 

Kristian  telefonu  söndürür.  Tələsik  mənə  baxaraq  soyuq  gözləriylə 

kabinetə gedir və beĢ dəqiqə sonra geri qayıdır. 




 

 

 



166 

www.vivo-book.com 

 

– Bu müqavilədir. Oxu, növbəti istirahət günlərində Ģərtləri müzakirə 



edərik. Məncə, sən məsələni öyrənməlisən ki, səni nə gözlədiyini biləsən. – 

О,  bir  saniyəlik  susur.  –  Əgər  razılaĢsan,  əlbəttə,  mən  buna  çox  ümid 

edirəm. 

– Məsələni öyrənmək? 

– Sən inanmazsan, internetdə bu mövzuya dair nə qədər Ģey tapmaq 

olar, – deyə dodaqları qaçır. 

Ġnternetdə!  Mənim  kompüterim  yoxdur,  Keyt  heç  vaxt  məni  öz 

noutbukuna yaxın buraxmır, amma mən ―Kleytons‖da kompüterdən istifadə 

edə bilmərəm bu cür ―əsərlər‖ üçün? 

– Nə olub? – deyə bir qədər baĢını yana əyərək Kristian soruĢur. 

– Mənim kompüterim yoxdur. 

O, qalın kağızdan olan zərfi mənə uzadır. 

–  Məncə,  sənə...…e-e,  kompüter  borc  verə  bilərəm.  ġeyləri  götür, 

səni geriyə Portlendə – aparacam. 

– Mən hələlik zəng edim, – Keytin səsini eĢitmək istəyirəm. 

Kristian üzünü turĢudur. 

–  Fotoqrafa?  –  onun  əngi  sıxılır,  baxıĢlarda  qəzəb  var.  Heyrətlə 

kirpiklərimi  döyürəm.  –  Mən  bölüĢməyi  sevmirəm,  miss  Stil.  Yadda 

saxlayın, – mənə doğru buz kimi soyuq baxıĢlar atıb yenidən yataq otağına 

gedir. 


Lənət  Ģeytana.  Mən  ancaq  Keytə  zəng  etmək  istəyirdim!..  Cəmi 

yarım saat əvvəl seviĢdiyim xeyirxah, təmkinli, gülümsəyən insan hara yox 

oldu? 

– Hazırsan? – deyə Kristian qapı ağzında duraraq məndən soruĢur. 



Mən  qərarsız  halda  baĢımla  təsdiqləyirəm.  O,  yenə  də  soyuqqanlı, 

təmkinli  və  nəzakətlidir  –  tamaĢaçılara  onun  adi  maskasını  seyr  etmək 

imkanı  verilib.  Əlində  dəri  çanta  var.  Bu,  onun  nəyinə  lazımdır?  Bəlkə,  o 

Portlenddə  qalmağı  düĢünür?  Elə  bu  zaman  buraxılıĢ  mərasimini 

xatırlayıram.  Hə,  axı…  o,  ÇərĢənbə  axĢamı  orada  olacaq.  Qara  dəri 

pencəkdə Kristian milyarderə deyil, yoxsul rayondan olan oğlana, ekssentrik 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə