Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə26/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   22   23   24   25   26   27   28   29   ...   357

Menecmentin mərhələləri və elmi məktəbləri 

insansızlaşdınlmış  münasibətlərin  aradan qaldırılması  yolu  ilə  elmi  və 

bürokrativ  menecment  məktəblərinin  təsirini  zəiflətməkdən  ibarət  idi. 

İstehsal prosesinə elmi nəzarət iqtisadi vəzifələrin ifası üçün rasional və 

effektiv  metodların  tətbiqi  ilə  əlaqədar  idi.  Lakin  sahibkar  və  işçi 

arasında şəxslər arası səviyyədə belə münasibətlər hələlik yox idi. 

Əməyin  motivasiyası,  «insan  amili»  problemlərinə  menecment 

nəzəriyyəçiləri  XX  əsrin  30-cu  illərində  müraciət  etdilər.  Onların 

bəzilərinə  əsasən  sənaye  istehsalının  rasionallaşdırılması  təşkilatın 

sosial  cəhətdən  təkmilləşdirilməsi  ilə  əlaqədardır.Təkcə  maddi  amillər 

deyil  və  bundan  başqa  etik  normalar  və  işçinin  psixologiyası  ilə  sıx 

əlaqədardır.  Bu  zaman  iqtisadiyyatın  kütləvi  istehsal  və  bölgü 

ehtiyaclarına  uyğun  olaraq  inzibati  strukturların  dəyişilməsinə  zərurət 

yarandı. Maddi resursların istifadəsində rasionallıq və elmi menecment 

bu  zərurəti  ödəyirdi.  Lakin  başa  düşürdü  ki,  əgər  sənaye  cəmiyyəti 

cələcəkdə  sağ  qalmaq  istəyirsə  o  insan  motivasiyasının  və  insanların

 

biznes 


təşkilatlarda davranışının 

yeni 


rolunun 

öyrənilməsinə ehtiyacı olacaqdır. 

Sənayedə yeni idarəetmə formalarının və metodlarınn tətbiqinin 

lideri  daha  sonra  «insani  münasibətlər  məktəbinin»  əsasını  qoyan 

amerikan sosioloqu və psixoloqu Elton Meyo olmuşdur (1880-1949). O 

hesab edirdi ki, əvvəlki idarəetmə metodları əməkdaşlığın deyil, maddi 

səmərəliliyin 

əldə 


olunmasına 

istiqamətlənmişdir. 

«İnsani 

münasibətlər» məktəbi menecmentdə yeni yanaşmanın, təşkilata «sosial 

sistem»  kimi  yanaşmanın  tərəfdarı  idi.  Qeyd  olunurdu  ki,  istehsalın 

texnoloji  səmərəlilik  məsələləri  sənaye  təşkilatının  sosial  amili  ilə 

əlaqədar öyrənilməlidir. Təbiidir ki, hər bir işçi özünəməxsus fizioloji və 

maddi  tələbatlara  malikdir  və  onların  ödənilməsi  iqtisadiyyat  inkişaf 

etdikcə  asanlaşır.  Bununla  yanaşı  insana  sosial  tələbatlar  da  xasdır  - 

ünsiyyət,  özünüreallaşdırma,  tanınma  -  onların  ödənilməsi  isə  daha 

çətindir. 

Elton  Meyo  məşhur  təcrübələrini  ABŞ-ın  Xotron  şəhərində 

yerləşən «Uesterin Elektrik» şirkətində aparırdı. 

E.Meyo dəqiq işlənmiş işçi əməliyyatları və yaxşı əmək haqqının 

əməyin məhsuldarlığının heç də həmişə artımına gətirib çıxarmadığını 

aşkar  etdi.  Bəzən  işçilər  rəhbərliyin  istəyindən  və  maddi  stimulundan 

daha  çox  öz  iş  yoldaşlarının  təsirinə  reaksiya  verirlər.  Daha  sonralar 

Maslou  və  digər  psixoloqlar  tərəfindən  aparılmış  tədqiqatlar  bu 

vəziyyətin səbəbini başa düşməyə kömək etdi. Maslou ehtimal edirdi ki, 

insanların bu addımı atmalarının 

70

 



Müxtəlif moktoblorin forqləndiriltnosi osasında ıncnccmcntə yanaşmalar  ____________________  

motivi  elmi  idarəetmə  məktəbinin  tərəfdaşlarının  hesab  etdiyi  kimi 

qeyri-iqtisadi qüvvələrlə bağlı olmayıb, müxtəlif tələbatlarla bağlıdır. Bu 

tələbatlar qismən və dolayı yolla pul vasitəsilə ödənilə bilər. 

Bu nəticələrə əsaslanaraq, psixoloji məktəbin tədqiqatçıları hesab 

edirdilər  ki,  əgər  rəhbərlər  işçilərə  daha  çox  qayğı  göstərsə  işçilərin 

razılıq  səviyyəsi  də  bir  o  qədər  artacaq  və  bu  da  məhsuldarlığın

 

artmasına gətirib 



çıxaracaq. Onlar insan 

münasibətlərinin  idarə  edilməsi  fəndlərindən  istifadə  edilməsini 

məsləhət görürdülər. 

Mepi  P.Follett  (1868-1933)  kiçik  qruplarda  sosial  münasibətləri 

öyrənmişdir. O öz baxışlarını bəzilərinin ölümündən sonra çap olunan: 

«Yaradıcı  təcrübə»  (1924),  «Enerjili  idarəetmə»  (1941),  «Azadlıq  və 

tabeçilik» (1949) kitablarında əks tdirmişdir. Onun nöqteyi nəzərindən 

əmək  kollektivlərindəki  münaqişələr  hər  zaman  destruktiv  deyildir, 

müəyyən  şərtlər  altında  o  konstruktiv  də  ola  bilər.  Birinin  digərinə 

tabeçiliyi  kimi  qəbul  olunan  hakimiyyət  insan  hissələrini  tapdayır  və 

effektiv təşkilatın bazası ola bilməz. Hər kəsdən istifadə edən və ayrı-ayrı 

individuallari  kompensasiya  edən  böyük  qüvvə  -  demokratiyadır. 

Liderlik  hakimlik  etməyə  öyrəşən  şəxsiyyət  göstəricisi  (feyil.  Lider 

müəyyən  təhsillin  köməyi  ilə  olurlar  və  düzgün  (ağıllı)  lider  nəinki 

gələcək  situasiyanı  dərk  etməlidir,  eyni  zamanda  onu  yaratmalıdır. 

«Menccmet  bir  elm  kimi»  (1925)  məqaləsində  o  menecmentə  tələbin 

artmasının aşağıdakı amillərin fərqləndirmişdi: 

-

 



effektiv  menecment  özündə  təbiət  resurslarını  və  sayılmış 

günləri əks etdirir; 

-

 

menecment:  kəskin  rəqabət;  əmək  resurslarının  çatışmaması; 



insan münasibətlərinin daha geniş etik konsepsiyası; onun effektiv yerinə 

yetirilməsinə  məsuliyyət  hissi  ilə  biznesin  ictimai  xidməti  kimi,  dərk 

olunması ilə şərtlənir. 

Ümumiyyətlə  insan  münasibətləri  nəzəriyyələri  öz  işlərində 

aşağıdıkı  dəlillərə  əsaslanırlar:  doindistrial  sistemdə  insan  öz  yerini 

bilirdi,  öz  gələcəyinə  ümid  edirdi,  onda  sosial  həmrəylik  hissləri 

hakimlik  edirdi  patriaxal  sistem  ailə  və  qohumluq  münasibətləri 

bazasında yaranıb, əməkdə və müəyyən dərəcədə ictimai həyatda insana 

ehtiyacları  ödəmə  hissi  (sevinci)  vermişdi.  Birinci  növbədə 

müəssisələrdə sosial mühitin pisləşməsi onların iqtisadi göstəricilərində 

öz neqativ əksini göstərmişdir. Bütün bunlar sahibkarlar və menecerlər 

arasında  həyəcan  siqnalı  çalmışdı.  Meyonun  fikrincə  istənilən  əmək 

təşkilatı ümumi və inteqrasiya 

71 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə