Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə345/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   341   342   343   344   345   346   347   348   ...   357

Azərbaycan  Respublikasında  müasir  yerli  özünüidarənin  təşəkkülü  və  regional 

iqtisadiyyatın idarəcdilmə sistemi________________________________________  

eyni  hökumət  və  özünüidarə  orqanları  tərəfindən  idarə  edilən  ərazi 

bütövlüyü  başa  düşülür.  Onun  formalaşmasına  iqtisadi-təşkilati, 

sosial-psixoloji, siyasi-hüquqi və coğrafi faktorlar təsir edir. 

Region xalq təsərrüfatının ərazi cəhətdən ixtisaslaşdırılmış hissəsi 

olmaqla  təkrar  istehsal  prosesinin  vahidliyi  və  tamlığı  ilə  xarakterizə 

olunur.  Əgər  ərazi  idarə  edilməsi  ərazi  əmək  bölgüsünün 

təkmilləşdirilməsi hesabına ictimai istehsalın səmərəliliyinə nail olmaq 

üçün  onun  tənzimlənməsi  prosesi  kimi  başa  düşülürsə,  regional 

idarəetmə  konkret  ərazidə  lokallaşmış  təkrar  istehsal  prosesinin 

nizamlanması və məqsədəyönlü fəaliyyəti kimi başa düşülür. Regional 

təkrar  istehsal  prosesi  dövlətin  apardığı  struktur,  investisiya,  sosial, 

təbiətin qorunması, maliyyə və ərazinin özünüidarə siyasətindən asılıdır. 

Bu  siyasətlərin  tarazlığı  regional  iqtisadiyyatın  kompleks  və 

proporsional  inkişafını  şərtləndirir.  Deməli,  region  ölkənin 

sosial-iqtisadi kompleksinin yarım sistemi olmaqla yanaşı, həm də onun 

müstəqil hissəsi olaraq tamamlanmış təkrar istehsal prosesinə malikdir 

və burada sosial-iqtisadi proseslər axını spesifik şəkildə gedir. 

Qeyd  etmək  lazımdır  ki,  «regional  iqtisadiyyat»  anlayışına 

müxtəlif baxışlar mövcuddur. Məsələn, T.Q.Morozovanın redaktorluğu 

altında  dərc  edilmiş  kitabda  regional  iqtisadiyyata  eyni  inzibati-ərazi 

vahidində  tibbi-ekoloji  şəraitə  uyğun  sosial-iqtisadi  proseslərin  baş 

verməsi  və  məhsuldar  qüvvələrin  yerləşdirilməsi  və  inkişafı  kimi 

göstərilmişdir. 

A.V.Sidoroviçin  redaktorluğu  altında  dərc  edilmiş  kitabda  isə 

regional  iqtisadiyyat  ya inzibati-ərazi,  ya da xüsusi iqtisadi əlamətlərlə 

fərqlənən  ayrı-ayrı  vilayət,  şəhər  və  digər  ərazi  vahidlərinin 

iqtisadiyyatının təcəssümü kimi, həm də bu regionların iqtisadiyyatı xalq 

təsərrüfatının  təkrar istehsalınm bir tərkib  hissəsi  kmi qiymətləndirilir. 

Bizim  fıkrimizcə,  regional  iqtisadiyyata  konkret,  ərazi  çərçivəsində 

təkrar  istehsal  proseslərinin  təmin  olunması  münasibətləri  sistemində 

məhdud resurslardan istifadə olunması prosesi kimi baxmaq lazımdır. 

Regional  iqtisadiyyat  hər  şeydən  əvvəl  infrastrukturadan 

ibarətdir. 

İnfrastruktura - əsas fəaliyyətə münasibətdə köməkçi və yardımçı 

xidmətləri həyata keçirən sfera sayılır. Başqa sözlə desək, infrastruktura 

- insan tərəfindən yaradılan və bütün cəmiyyətə, maddi-istehsala ümumi 

sayılan sferadır. Onun fəaliyyət və funksional 

961 



Dövlət və bələdiyyə idarəçiliyi 

sferalar  üzrə  təsnifləşdirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 

baxımdan infrastruktura istehsal (maddi), sosial,  institutual (təsisat) və 

bazar infrastrukturası növlərinə bölünür. 

İstehsal  infrastrukturasının  əsas  funksional  təyinatı  ietimai 

istehsalın fəaliyyətini təmin etməkdir. İstehsal infrastrukturasının digər 

məqsədi  infrastruktura  kompleksinin  özünü  maddi,  enerji,  informasiya 

və başqa xidmətlərlə təmin etməkdir. 

İstehsal  infrastrukturasına  -  nəqliyyat,  anbar  təsərrüfatı,  maddi- 

texniki təminat və topdansatış, rabitə (əhaliyə xidmət göstərən rabitədən 

başqa) enerji təminatı, su təsərrüfatı və s. daxildir. 

Sosial infrastruktura isə funksional cəhətdən çoxsahəli kompleks 

olub  şəxsi  və  ümumi  tələbatların  ödənilməsinə  ümumi  şərait  yaradır. 

Bura  kadrların  hazırlanması  və  yenidən  hazırlanması,  səhiyyə,  bədən 

tərbiyəsi və idman, əhalinin dincəlməsi, mədəniyyət ocaqları, pərakəndə 

ticarət,  ictimai  iaşə,  əhaliyə  məişət  xidmətləri,  mənzil  kommunal 

təsərrüfatı,  ətraf  mühitin  qorunması,  habelə  ayrı-  ayrı  müəssisələrdə 

fəaliyyət göstərən sosial obyektlər (müəssisədə yerləşən tibb məntəqəsi, 

bərbərxana, klub və s.) daxildir. 

İnstitutual  infarstukturanın  funksional  təyinatı  ictimai-faydalı, 

qeyri-istehsal,  elmi,  idarəetmə,  hüquqi,  mühafizə  və  başqa  xidmətlər 

göstərməkdir. Buraya nazirliklər, yerli hökumət və özünüidarə orqanları, 

prokurorluq, məhkəmə, polis və başqa orqanlar daxildir. 

Bazar infrastrukturuna isə birjalar, yarmarkalar, auksionlar, bank 

sistemi,  vergi-büdcə  sistemi,  qiymətli  kağızlar  bazan,  müxtəlif  sığorta, 

konsaltinq, vasitəçi və investisiya şirkətləri daxildir. 

Ayrı-ayrı  regionlarda  infrastruktura  növlərinin  qarşılıqlı 

fəaliyyətin  təyin  olunması  yerli  dövlət  və  bələdiyyə  orqanlarının 

qarşılıqlı  fəaliyyətindən  asılı  olur.  Yerli  idarəetmə  orqanları  inzibati, 

hüquqi və iqtisadi metodlardan istifadə edərək infrastrukturanın müxtəlif 

komponentlərinə  təsir  göstərirlər.  Bu  yerli  özünüidarənin  niyyət  və 

məqsədlərinə nail olmağa şərait yaradır. 

Yerli  Ö

2

mnüidarənin  niyyəti  kimi  yerli  əhəmiyyətli  məsələlərin 

həll olunmasına vətəndaşları cəlb etmək əsasında region əhalisinin həyat 

standartlarını yaxşılaşdırmaqdır. Bu niyyətin reallaşdırılması hər  sahə 

üzrə konkret 

vəziyyətə çatma məqsədlərinin 

müəyyənləşdirilməsindən asılıdır. 

Bələdiyyə  orqanları  iqtisadi  sahədə:  •  yerlərdə  sahibkarlığın 

inkişafı;  yerli  maliyyə;  yerli  vergilər;  bələdiyyə  mülkiyyəti;  bələdiyyə 

qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri; yerli təsərrüfat 

sahəsində: texniki sistemlərin ($u kəməri, 962 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə