Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə348/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   344   345   346   347   348   349   350   351   ...   357

Dövlot vo 

boİDdivvə idaroçiliyi 

qaldırılması üzrə izləmək mümkündür. Azərbaycanda yaranan bələdiyyə 

orqanlarının sosial siyasətinin aparılmasına əsas təsir vasitələri şəkil 25.1 

.-də göstərilmişdir. 

 

Şəkil 25.1.Bələdiyyələrin sosial siyasətin aparılmasında istifadə 



etdiyi əsas istiqaməti və inzibati təsir vasitələri 

Bunu aydın şəkildə əsas sosial problemlərin aradan qaldırılması 

üzrə izləmək mümkündür. 

Öncə, məşğulluq və işsizlik problemini götürək. Məlum olduğu 

kimi, Azərbaycanda bu problem on illər boyu həll edilməmiş, getdikcə 

daha  da  kəskinləşmişdir.  Hal-hazırda  il  ərzində  orta  hesabla  əmək 

qabiliyyətli  əhalinin  50-55%  işsizdir.  Bazar  münasibətlərinin  inkişaf 

etdiyi  bir  şəraitdə  iş  yerlərini  artırmağın,  sərbəst  əmək  ehtiyatlarını 

istehsala cəlb etməyin prinsipcə yeni imkanlarından istifadə olunmalıdır. 

Sahibkar təşəbbüskarlığının stimullaşdırılmasın- da, kiçik müəssisələrin 

və  fermer  təsərrüfatının  inkişafında  bələdiyyə  mülkiyyəti  və 

büdcəsindən 

istifadə, 

yerli 


iqtisadi 

inkişaf 


proqramlarının 

reallaşdırılması, yerli əhəmiyyətli su mənbələrindən istifadə, yaşayış və 

qeyri-yaşayış  binalarının  saxlanması,  mənzil  tikintisi,  kanalizasiya 

təsərrüfatının  təşkili,  yolların  və  körpülərin  tikilməsi  müstəsna  rol 

oynaya  bilər.  Bu  isə  yeni  iş  yerlərinin  açılması  və  məşğulluqda  olan 

gərginliyin azalması deməkdir. Bundan başqa bələdiyyələr müvəqqəti və 

mövsümü işlərin görülməsinə də yerli 

968

 



Azərbaycan Respublikasında sosial vönümlü rctıional sivasotin asaslan _______________________________________   

İşsizləri  cəlb  edə  bilərlər.  Bunun  üçün  bələdiyyələrdə  «ev  xidməti» 

qulluğunun  yaradılması  vacib  sayılmalıdır.  «Ev  xidməti»  qulluğunun 

əməkdaşları kimsəsizlərə, xəstələrə, qocalara və başqa şəxslərə müqavilə 

əsasında yemək hazırlama, evləri təmizləmə, gəzintiyə çıxarma, bazarlıq 

etmə  və  digər  iş  və  xidmətləri  göstərə  bilərlər.  Bələdiyyələrdə  ev 

xidmətinin  yaradılması  yerli  əhaliyə  əlavə  iş  yerləri  verməklə  bərabər 

sosial  cəhətdən  zəif  sayılan  əhali  təbəqəsinin  cüzəranının 

yaxşılaşdırılmasına xidmət göstərir. 

Bundan  başqa  bələdiyyələr  müvəqqəti  olaraq  yarmarkaların 

təşkilinə,  mərasim  xidmətlərinin  görülməsinə,  tarixi  və  mədəniyyət 

abidələrinin  saxlanmasına,  müxtəlif  cür  sərgi  və  yanşların  təşkilinə, 

ekoloji  proqramların  həyata  keçirilməsinə,  məişət  tullantılarının 

toplanması  və  emalına,  bələdiyyə  ərazisinin  yaşıllaşdırılması  və 

abadlaşmasına işsizləri cəlb edə bilərlər. 

Hər  bir  regionda  əhalinin  məşğulluq  səviyyəsinin  artmasına  aşağıdakı 

tədbirlər müsbət təsir göstərə bilər: 

-

 



Azərbaycanın  ayrı-ayrı  regionlarının  inkişafmda  daha  çox  iş 

yerləri yarada bilən strateji istiqamətlərin seçilməsi

-

 

bələdiyyələrin  nəzdində  ictimai  işlər  təsisalatlarının 



yaradılması; 

-

 



ərazilərin əmək potensialının saxlanması və rəqabət qabiliyyəti 

zəif  olan  əhali  qruplarının  əmək  fəaliyyətinə  cəlb  olunması 

məqsədilə  məşğulluğun  dövlət  və  yerli  büdcə  vasitəsilə 

subsidiyalaşdırılması; 

-

 

 bələdiyyə 



əmək 

müfəttişlikləri 

vasitəsilə 

təkrar 


məşğulluğun tənzimlənməsi

-

 



məşğulluğun  çevik  formalarmdan  (hər  şeydən  əvvəl  azyaşlı 

uşaqları  olan  qadınlar  üçün  natamam  iş  rejiminin  tətbiqi) 

istifadə edilməsi; 

-

 



işsizlərin yeni ixtisaslar qazanmasının həvəsləndirilməsi

-

 



 məşğulluq  problemi  gərgin  olan  regionlardan  əmək 

qabiliyyətli əhalinin miqrasiyasınını təşkili; 

-

 

yerlərdə  qədim  sənət  növlərini  inkişaf  etdirən  kiçik  biznes 



strukturunun yaradılması. 

Təqaüdçülərin,  aztəminatlı  və  çoxuşaqlı  ailələrin  rifahının 

yüksəldilməsində də yerli özünüidarə orqanları bir sıra əlavə işlər görə 

bilərlər. Belə ki, İsveçdə bələdiyyələr təqaüdü az olan qocaların mənzil 

kirayə  xərclərini  tam  şəkildə  kompensasiya  edir  bu  təcrübəni 

Azərbaycanda da yaymaq vacibdir. Bələdiyyələrin hesabına 

969 



Dövlət və bələdiyyə idarəçiliyi 

aztəminatlı və çoxuşaqh ailələrə də bu istiqamətdə güzəştlərin verilməsi 

məqsədəuyğun  sayılmalıdır.  Digər  tərəfdən,  özünüidarə  orqanı  sosial 

yardım  və  xidmətlər  sahəsində  yaşlı  nəslin  fərdi  təlabatlarının 

müəyyənləşdirilməsində və onlara ünvanlı sosial xidmətlər göstərməkdə 

yeni  iş  texnologiyalarından  istifadə  etməlidirlər.  Bələdiyyələrdə  yaşlı 

nəslin  maraqlarını  və  onların  aktiv  iştirakını  təmin  etməklə  yerlərdə 

mövcud olan sosial riski azaltmaq mümkündür. 

*  Yerli  dövlət  və  bələdiyyə  orqanları  gənclərin  inkişaf 

proqramlarının  hazırlanmasında  və  müəyyənləşdirilməsində  də  aktiv 

şəkildə  iştirak  edə  bilərlər.  Söhbət  gənclərə  keyfiyyətli  təhsil  və  peşə 

hazırlığına  təminatdan,  səmərəli  pesə  yönümlü  xidmətin  təşkilindən, 

gəncləri  işlə  təmin  edən  işgüzar  təşkilatlara  vergi,  hüquqi,  kredit  və 

təşkilati  güzəştlərin  verilməsindən  və  gənclərin  sahibkarlıq 

təşəbbüskarlığının motivasiyasından gedir. 

Lakin  sosial  inkişafa  dövlət  və  bələdiyyə  yardımının  miqyası 

ictimai istehlak fondları ilə müqayisədə şəxsi gəlirlərin üstün artmasının 

təmin  edilməsi  zərurətinə  əsaslanmaqla  tənzim  edilməlidir.  Dövlət  və 

bələdiyyə  ictimai  istehlak  fondlarına  üstünlük  verilməsi  bərabərçilik 

doğurduğuna  görə,  .səmərəli  əməyə  həvəsi  yalnız  zəiflədə  bilər.  Buna 

görə də sosial sahənin dövlət və  yerli büdcədən maliyyələşdirilməsini, 

şübhəsiz, artırmaqla  yanaşı  insanların  yaşayış  səviyyəsini, o cümlədən 

mənzil  şəraitinin  şəxsi  gəlirlər  hesabına  müstəqil  şəkildə 

yaxşılaşdırılmasına imkanlar açmaq lazımdır. 

Regional  və  bütünlüklə,  ölkə  səviyyəsində  sosial  siyasətin 

canlandırılması üçün yuxarıda sadalanan işlərin həyata keçirilməsi son 

dərəcə zəruri olan ictimai sabitliyi təmin etməyin vacib şərtidir. Amma 

bu  da  aydındır  ki,  iqtisadi  bazanı  mövkəmləndirmədən  xalqın  həyat 

səviyyəsində  əsaslı  dəyişikliklər  yaratmaq  mümkün  deyildir.  Maddi 

nemətlərm  bölüşdürülməsindən  ötrü  əvvəlcə  gərək  onları  hasilə 

gətirəsən. 

§4. Regionun (şəhərin) sosial-iqtisadi inkişafında yeni 

prioritetlər: onların diaqnozu və sistemli tənzimlənməsi 

Regionun  sosial-iqtisadi  inkişafı  ərazi  maraqlarının  reallaşması 

əsasında  baş  verir,  regional  maraqlar  əhalinin  bütün  təbəqələrinin 

maraqlarını əhatə etmir. Məsələn, müəssisənin rəhbərlərinin və onun 

970 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə