Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə346/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   342   343   344   345   346   347   348   349   ...   357

Azərbaycan Respublikasında sosial vönümlü regional siyasətin əsaslan _______________________________________  

kanalizasiya,  məişət  tullantılarından  təkrar  istifadə  olunması  və  s,) 

istismarı;  yaşıllaşdırma  işləri;  ictimai  nəqliyyat;  küçələrin  və  yollann 

saxlanması, bələdiyyə mənzilləri; fərdi tikintinin və ümumiyyətlə mənzil 

tikintisi  işlərinin  tənzimlənməsi  və  s.;  sosial  sahədə  isə  sosial  yardım, 

təhsil,  səhiyyə,  sanitar  nəzarəti,  ərazi  təchizatı  və  ictimai  himayə, 

ekologiya,  əmlakın  müdafiəsi,  mehmanxanalar  və  s.  üzrə  məqsədləri 

müəyyənləşdirmə və yerinə yetirmə səlahiyyətlərinə malikdirlər. 

Bələdiyyə  ərazidə  yerləşən  və  fəaliyyət  göstərən  müəssisə  və 

təşkilatlara,  ictimai  institutlara  müxtəlif  üsullarla  təsir  edərək  ərazinin 

tarazlı inkişafını təmin edir. Məsələn, Fransada bələdiyyələr ekologiyaya 

mənfi  təsir  göstərən  işgüzar  təşkilatlann  telefonlarını,  kanalizasiyasını, 

elektrik və istilik enerjisini kəsirlər. Bu da onları təbiətin qorunması üzrə 

tədbirlərin  həyata  keçirilməsinə  sövq  edir.  Lakin  bələdiyyələrin  əsas 

mənfi  eəhəti  onların  iri  həcmdə  maddi  və  maliyyə  resurslarına  malik 

olmamalarıdır.  Vəziyyətin  belə  olması  bələdiyyələrin  iri  lahiyələrin 

reallaşdırılması imkanların azaldır və bəzən onları özəl kapitaldan asılı 

edir.  Söz  yox  ki,  bu  mənfi  cəhətin  aradan  götürülməsini  ilk  növbədə 

inkişaf etmiş sənaye və xidmət sferasına malik şəhərlərin bələdiyyələri 

nail ola bilərlər. 



§3. Azərbaycan Respublikasında sosial yönfimlu regional siyasətin 

əsasları 

Son  dövrlərdə  Azərbaycanda  sosial  siyasətin  apanlması  uzun 

sürən  iqtisadi  böhrandan  çıxış  və  bazar  iqtisadiyyatının  təşəkkülü  ilə 

xarakterizə  olunur.  Siyasətə  hər  şeydən  əvvəl  qoyulmuş  məqsədlərə 

çatmağa şərait yaradan fəaliyyətin və qərarlarm qəbul edilməsinə ümumi 

rəhbərlik kimi baxılmalıdr. Sosial sahədə siyasətin müəyyənləşdirilməsi 

və  aparılması  həmişə  mürəkkəb  məsələ  kimi  qiymətləndirilmişdir. 

Çünki,  sosial  sfera  ayrı-ayn  fərdlərin,  qrupların  və  bütövlükdə  insan 

cəmiyyətinin rifahı, həyat standartları ilə bağlıdır. 

Sovet  dövründə  sosial  siyasət  tədbirləri  əsasən  əhalinin 

gəlirlərinin  artuilmasına,  istehlak  quruluşunun  yaxşılaşdurilmasma  və 

əhalinin  sosial  xidmətlərlə  təminatının  yüksəldilməsinə  yönəlmişdir. 

Lakin  sosial  sferanın  inkişafı  «qalıq»  prinsipi  əsasmda  həyata 

keçirildiyindən  istənilən  nəticələr  əldə  olunmurdu.  Deməli,  səmərəli 

sosial siyasətin formalaşması məhz bu prinsipin dəyişməsindən 

963 



Dövlət və bələdiyyə idarəçiliyi 

asılıdır:  sosial  sferanın  inkişafı  «qalıq»  deyil  «kifayətetmə»  prinsipinə 

söykənməlidir.  Sosial  yönümlü  bazar  münasibətlərinin  formalaşması 

«kifayətetmə»  prinsipi  əsasında  çevik  sosial  siyasətin  yeridilməsini 

nəzərdə tutur. 

Mütərəqqi  və  müasir  sosial  siyasət  cəmiyyət  üzvlərinin  yüksək 

sosial  və  iqtisadi  məsuli}^ətinə  əsaslanır.  Burada  bütün  sosial 

problemlər  spekteri  dövlət  in  həyata  keçirdiyi  sosial  siyasətin  obyekti 

rolunu oynamalıdr. Əhali sosial siyasətin passiv obyektindən onun aktiv 

subyektinə  çevrilməlidir.  Azərbaycanda  yeni  təməllər  üzrə  yerli 

özünüidarə-bələdiyyələrin  yaranması  da  məhz  bu  məsələnin  həll 

olunmasına xidmət  göstərir. Digər tərəfdən,  gəlirlərin  yüksəldilməsinə 

mane olan məhdudiyyətlər və sosial sferada bərabərlik prinsipi təmamilə 

aradan qaldınlmalıdr. 

Sosial siyasətin həqiqi mahiyyəti ondan ibarət olmalıdır ki, əgər 

bir sosial qrupım həyat səviyyəsi suətlə yüksəlirsə, onda digərlərininki 

aramla yüksəlməli, üçüncülərinki isə sadəcə yaxşılaşmalıdır və s. Btün 

əhali  qruplarının  həyat  səviyyəsi,  sosial  rifahı  bərabər  yönlü  şəkildə 

artmamalıdır.  Həyata  keçirilən  sosial  siyasətdə  bu  paradiqmanm 

gözlənilməsi 

bazar 

iqtisadiyyatmın 



qanunauyğunluqlarının 

formalaşmasına  və  yeni  rəqabət  dinamikasmın  yaranmasına  xidmət 

göstərir. 

Müasir  menecmentin  nəzəriyyə  və  təcrübəsinə  görə  iki 

konsepsiya mövcuddur. 

Birinci konsepsiyaya görə biznes yalnız mənfəət qazanmaq üçün 

məqsədəyönlü  şəkildə  fəaliyyət  göstərməlidir.  İqtisadi  funksiyasını 

yerinə  yetirməklə  biznes  cəmiyyətin  üzvlərini  işlə  təmin  edir, 

səhmdarlara  divident  verir,  istehlakçıları  lazım  olan  əmtəələrlə  təmin 

edir.  A.Smit  göstərir  ki,  mənfəətə  can  atma  cəmiyyət  tərəfindən 

minimum  məhdudiyyətlər  qoyulmaqla  həyata  keçirildikdə  sahibkarlıq 

cəmiyyətə  daha  yaxşı  xidmət  göstərir.  Monetarizmin  yaradıcılarından 

biri Milton Fridmana görə «firma mənfəətə can atmanın məqsədəyönlü 

fəaliyyətilə məşğul olur. Ona qarşı başqa tələbin irəli sürülməsi prinsip 

etibarilə  təxribatçı  sosial  doktrinadır».  «General  Motors»  şirkətinin 

keçmiş  prezidenti  Vilson  isə  «General  Motors  şirkətinə  nə  yaxşıdırsa, 

ölkə üçün də o yaxşıdır» şüarmı söyləmişdir. 

İkinci  konsepsiyaya  görə  biznesin  fəaliyyəti  məqsəd  və 

vəzifələrlə məhdudlaşmamalıdr. 

O, öz fəali}^ətini işçilərə

istehlakçılara  və  yerli  sakinlərə  təsirini  insani  və  sosial  aspektlərini 

nəzərə alınması və ümumiyyətlə, cəmiyyətin sosial məqsədlərinin 

964

 



Azərbaycan Respublikasında sosial yönümlü rcuional siyasətin əsasları _______________________________________  

həll  olunmasına  yardımçı  olmalıdır.  Bu  fikirlə,  biznes  öz  işləri  və 

cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. Bu konsepsiyanı ABŞ- da 

30-cu  illərdə  «Sirs»  firmasının  başçısı  olmuş  Robert  E.  Vud  irəli 

sürmüşdür. Lakin bu konsepsiyaya qərb ölkələrində həqiqi maraq 50- ci 

illərdən göstərilməyə başlanmışdır. 

Bizim fıkrimizcə, bu konsepsiyaların hamısının istifadə olunması 

milli iqtisadiyyatın vəziyyətindən asılıdır. İkinci konsepsiyanın sağlam 

milli  iqtisadiyyatda,  müəssisələrin  rentabelli  işləməsi  dövründə  və 

birinci  konsepsiya  iqtisadiyyat  böhran  keçirdiyi  və  müəssisələr  kütləvi 

şəkildə zərərlə işlədiyi dövrdə istifadə edilməsi məqsədəuyğundur. 

Azərbaycanda  aparılan  iqtisadi  islahatlar  əhalinin  sosial 

vəziyyətinin  və  rifahının  yaxşılaşdırılması, əsas  etibarilə iqtisadiyyatın 

dirçəldilməsindən  asılıdır.  Sosial  problemlər  iqtisadi  artım  və 

proporsiyalarla sıx qarşılıqlı əlaqədədir. Bu qarşılıqlı əlaqə üç aspektdə 

göstərilə bilər. 

-

 

iqtisadi  artım  templəri  insanların  tələbatını  ödəməyi 



istiqamətlənən resursların miqyasını şərtləndirir; 

-

 



əhalinin  sosial  rifahının  yüksəldilməsi  vəzifələrinin  özləri  də 

iqtisadi  dinamikaya  müəyyən  tələblər  qoyur  və  onun  formalaşması 

amillərinə çevrilir; 

-

 



əhalinin  həyat  standartlarının  yüksəldilməsi  üzrə  sosial 

tədbirlərin 

görülməsi 

iqtisadiyyatın 

mütərəqqi 

strukturunun 

qorunmasına xidmət göstərir. 

İqtisadi artıma nail olma ilk növbədə aşağıdakı sosial məsələlərin 

həllinə xidmət edir: 

-

 



əhalinin həyat səviyyəsini sabitləşməsi

-

 



kasıblar ordusunun sayının azaldılması; 

-

 



işsizliyin yüksək artım tempinin azaldılması; 

-

 



əmək  haqqı,  təqaüd  və  müavinətlər  üzrə  borcların  ləğv 

edilməsi; 

-

 

 sosial  gərginliyin  aşağı  salınması  və  mütərəqqi  sosial 



siyasətin  aparılması,  makro  səviyyədə  yeni  əsaslarla  maliyyə 

münasibətlərinin qurulmasını tələb edir. 

Bazar  iqtisadiyyatında  yeni  sosia-əmək  münasibətləri  qurulur. 

Əgər  inzibati-amirlik  sistemində  sosial-əmək  münasibətlərinin  iki: 

dövlət və muzdlu işçilər subyekti var idisə, bazar iqtisadiyyatı şəraitində 

artıq sosial-əmək münasibətlərinin üç subyekti (işverən, muzdlu işçi və 

dövlət) fəaliyyəti göstərir. İşçi qüvvəsinin 

965 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə