Menecmentin təşəkkülü və inkişafı
Bundan əlavə
«idarəetmə» termini
«menecment» terminin
qənaətləndirici forması hesab olunmur. Çünki, axırıncı halda söhbət
yälnız idarəetmənin bir forması haqqında gedir. Lakin, eyni zamanda
qeyd etmək lazımdır ki, ingilis dilində «menecment» terminin
semantikası olduqca mürəkkəbdir. Menecmentin ingilis tədqiqatçısı
olan Lindell Urvik qeyd edirdi ki, «menecment» sözü ingilis dilli
ölkələrdə son dərəcədə sərbəst və müxtəlif mənalarda işlədilir. İngilis
dilinin fundamental Oksford lüğətində «menecment» belə şərh (təfsir)
edilir: l)insanlarla davranmaq üsulu, manerası; 2)hakimiyyət və
idarəetmə məharəti; 3)xüsusi tərzli bacarıq, inzibatçılıq vərdişi;
4)idarəetmə orqanı, inzibati vahid.
Menecment nəzəriyyəsi sahəsində Amerikalı nüfuz sahibi olan
Piter Druker belə hesab edir ki, «menecment» termini başa düşülmək
üçün olduqca çətindir. Birincisi, o spesifik olaraq Amerikan mənşəyli
sözdür və Britaniya adalarında işlədilən ingilis dilləri də daxil olmaqla
hər hansı bir dilə çətin ki, tərcümə edilə bilsin. O, funksiyaları, həmçinin
onu yerinə yetirən insanları ifadə edir. O, sosial və ya vəzifə durumunu
göstərir, həm də eyni zamanda tədris fənnini və elmi tədqiqat sahəsini
ifadə edir. Lakin, hətta Amerikada işlədilən menecment bir anlayış kimi
advekat deyildir: biznesə adiyyatı olmayan təşkilatlar üçün bir qayda
olaraq menecment və menecerlər haqqında danışılmır. Buna
baxmayaraq müasir menecment tədqiqatçılarının əksəriyyəti belə hesab
edirlər ki, minimum xərclərlə öz məqsədlərinə maksimum dərəcədə nail
olmaq istəyirlərsə dövlət və ictimai təşkilatlar da menecmentin prinsip
və metodlarından istifadə etməlidirlər.
Müasir dövrdə menecment praqmatik məqsədlərin prioritetlərinin
dəQİq ifadə olunduüu fənnlərarası elmi bilik sahəsi kimi fəaliyyət
göstərir. Sosial-iqtisadi vəzifələrin həlli üsulu kimi menecmentin dəyəri
(əhəmiyyəti) onun bu cür həllin mükəmməl nəzəriyyəsini nəzərdə
tutmasından deyil, optimal qərarlar qəbul etməyə imkan verən elm,
praktiki vərdiişlər və biliklərin sintezi üçün zəruri təşkilati şərait
yaratmasından ibarətdir.
Menecmentin tədqiqatçılarından biri olan L.Urvik menecmentin
meydana çıxması ilə etdiyi dəyişiklikləri aşağıdakı kimi təsvir etmişdir:
«Hazırda sadəcə olaraq menecment adlandırdığımız bu yeni bilik sahəsi
insanlara maddi aləm üzərində presetendsiz dərəcədə nəzarət etmək
imkanı vermiş təbiət elmlərinin inkişafının dərk edilməsi metodlarına
əsaslanan fərziyələr insanın özünə, onun yaşadığı cəmiyyətdəki böyük
və kiçik təşkilatlara, həmçinüı bu
14
Menecmentin mahivvoti
cəmiyyətdə meydana çıxan siyasi, iqtisadi və sosial problemlərə tətbiq
edilə bilər və edilməlidir. Artıq hazırda bu yeni bilik sahəsi demək olar
ki, dünyanın istənilən ölkəsindəki işgüzar təşkilatların idarə edilməsi
haqqındakı insan təsəvvürlərini köklü surətdə dəyişmişdir. Onun həm
fərdi və həm də kommersiya işlərini bilərək tətbiq edildiyi bütün
sahələrdə o, əmək məhsuldarlığının əhəmiyyətli dərəcədə artırmış və
insan səylərinə (güclərinə) çox böyük qənaəti təmin etmişdir».
ABŞ-ın idarəetmə üzrə ekspertləri belə hesab edirlər ki,
müəssisəyə rəhbərlik (administrasiya) fəaliyyətini menecment üzrə
peşəkar fəaliyyətdən fərqləndirmək lazımdır. Menecmentə çox vaxtı
rəhbərlik funksiyalarından biri kimi baxılır. Müasir dövrdə
administrasiya və menecment arasında qəbul edilmiş fərq Oliver
Seldonun «İdarəetmə fəlsəfəsi» kitabında təhlil etdiyi idarəçilik
triadasına gedib çıxır. Həmin kitabda o, göstərirdi: «Sənayenin böyük bir
bölməsi kimi idarəetmə bir tərəfdən kapitaldan, digər tərəfdən isə
əməkdən fərqlənir. O, üç tərkib hissəsinə parçalanır:
1.
Administrasiya - o, korporativ siyasət işlənib hazırlanması;
maliyyənin koordinasiya edilməsi; istehsal, bölgü, təşkilatın
sərhədlərinin müəyyən edilməsi və administratorun ali
nəzarəti ilə məşğul olur;
2.
Meneement - sözün həqiqi mənasında administratorun
müəyyən etdiyi çərçivədə siyasətin yerinə yetirilməsi,
həmçinin təşkilatın onun qarşısında qoyduğu vəzifələri həll
etmək üçün istifadə etməsi ilə bağlı olan anlayışdır;
3.
Təskiletmə - yerinə yetirilməsi üçün zəruri keyfiyyətlər
verilmiş fərdlər və ya insanlar qrupunun kombinləşdirilmiş
əmək formasında yerinə yetirdikləri prosesdir. Öhdəliklərin
bu qaydada formalaşdırılması biliklərin tətbiqinin daha
effektiv, müntəzəm, pozitiv və koordinasiya edilmiş kanalını
təmin edir».
Təşkiletmə idarəetmə aparatını formalaşdırır, menecment -
idarəedicini, administrasiya isə - ali rəhbərliyi: Administrasiya
təşkiletməni müəyyən edir, menecment ondan istifadə edir; birinci
vəzifələri müəyyən edir və məqsədə istiqamətlənmiş olur, ikinci isə
müxtəlif vasitələri tətbiq edərək onun yerinə yetirilməsinə çalışır.
Administrasiyanın səlahiyyət sferası kompaniyanın siyasətinin işlənib
hazırlanması ilə müəyyən edilir. Bu siyasət özündə iqtisadi, siyasi və
sosial mühitdə ümumi davranış problemlərini, investisiya yanaşmalarını,
illik büdcənin tərtibini və s. bu kimi elementləri
15.