Menecmentin mahiyyəti
birgə hərəkətə qadir etmək, onlara effektliyi gücləndirmək
imkanı vermək və onlara xas olan zəif cəhətləri yumşaltmaqdır
(aradan qaldırmaqdır). Çünki, insan qabiliyyəti cəmiyyətə
onun müəssisəni idarəetməsinin effektliyindən asılı olaraq
fayda verir;
2.
Menecment ümumi müəssisədə insanların inteqrasiyası ilə
bağlı olduğuna görə onların mədəniyyətində dərin kök
salmışdır. Almaniyada, Böyük Britaniyada, ABŞ-da,
Yaponiyada və ya digər bu kimi ölkələrdə menecerlərin yerinə
yetirdikləri işlər mahiyyətinə görə eynidir. Lakin bunu onların
necə etməsi tamamilə bir-birindən fərqlənə bilər. Menecerlər
qarşısında duran əsas qənaətlərdən (nəticələrdən) biri onların
öz tarixlərindən, mədəniyyətlərindən və ənənələrindən elə
elementləri
tapmaqdır ki, onlardan modernləşdirilmiş
idarəetmə blokunun qurulmasında istifadə etmək mümkün
olsun;
3.
Hər bir müəssisə menecmentdən sadə, dəqiq və vahid
vəzifələrin yerinə yetirilməsini tələb edir: Menecmentin
missiyası öz üzvlərini ümumi məqsədlər ətrafında
birləşdirməkdən ibarətdir. Əks halda bizim qarşımızda hər
hansı bir təşkilat deyil, kütlə duracaqdır;
4.
Menecmentin vəzifəsi ondan ibarətdir ki, müəssisə və onun hər
bir üzvü öz tələbatlarını inkişaf etdirməklə bərabər onun
ödənilməsi imkanları haqqında da düşünsünlər. İnsanların
hazırlanması və inkişafı təşkilatın istənilən səviyyəsində həyata
keçirilməlidir, bu iş bir dəqiqədə dayandınlmalıdr;
5.
İstənilən təşkilat rəngarəng işləri yerinə yetirən müxtəlif bilikli
və vərdişli insanlardan ibarətdir. Buna görə də təşkilat işçilər və
onların fərdi məsuliyyətləri arasmdakı komunikasiya əsasında
qurulmalıdır;
6.
Nə məhsul buraxılışının həcmi, nə də ki, əsas istehsal xətləri
özlüyündə menejmcnt və bütövlükdə müəssisə fəaliyyətinin
adekvat ölçüsü deyildir, bu işdə müəssisə insanla oxşardır:
insana öz sağlamlığını qorumaq və fəaliyyət göstərmək üçün
rəngarəng vasitələr lazım olduğu kimi, müəssisənin də uğurla
fəaliyyət göstərməsi üçün son dərəcədə müxtəlif vasitələr tələb
olunur;
7.
Nəhayət, söhbət müəssisələrdən getdikdə yadda saxlamaq
lazımdır ki, o, özünün sədləri çərçivəsində heç vaxt nəticəyə
nail ola bilmir; müəssisə çərçivəsində yalnız dəyər yaradan
19
Menecmentin təşəkkülü və inkişafı
mərkəzlər fəaliyyət göstərir. Lakin nəticəyə isə xarici aləmdə
nail olurlar.
§2. Menecer
Menecmentin əsasını təşkil edən başlıca element - idarəçilik
fəaliyyətinin peşəkar xarakter daşımasıdır. İngilis termini olan
«manager» muzdla tutulmuş peşəkar idarəediciləri nəzərdə tutur.
Menecer (ingilis manager, manage - idarəetmə) - muzdlu
idarəedici, menecment üzrə mütəxəssis kimi qəbul edilir.
Menecment nəzəriyyəsində başlıca məsələ yaxşı menecer nədir?
Sualıdır. Uzun illər ərzində o, müvəffəqiyyətə necə nail olmaq
məsələsinin aydınlaşdınimasında başlıca məsələ olaraq qalmışdır. Buna
görə də əsas diqqət rəhbərin şəxsi keyfiyyətləri üzərində cəmlənmişdir.
Belə ki, Konfutsi belə hesab edirdi ki, rəhbər hər şeydən əvvəl öz
silahdaşlarının xarakter və hisslərinə incəliklə və dərindən nüfiız etməyi
bacarmalıdır. Homerin dövründə Yunanlar ideal rəhbər üçün zəruri olan
aşağıdakı dörd keyfiyyəti göstərirdilər: l)Nestorun mü^ikliyi;
2)Agamemonun ədalətliyi; 3)Odisseyin bicliyi; 4)Axillesin enerjiliyini.
Homer qeyd edirdi ki, həqiqətdə ideal rəhbərlik mövcud deyildir.
Əgər rəhbərlər onlara xas olan keyfiyyətlərlə məq.sədyönlü istiqamətdə
birgə fəaliyyət göstərərlərsə yalnız ona yaxınlaşmaq olar. Buna görə də
rəhbər özünün güclü və zəif tərəfləri haqqında daima düşünməlidir. Əks
halda o, tutduğu yüksək vəzifənin qurbanı ola bilər.
XXI əsrin başlanğıcında bir sıra alimlər belə hesab edirlər ki,
müasir menecment aşağıdakı cədvəldə qeyd edilən keyfiyyətlərə malik
olması zəruridir (cədvəl 1.1.).
Bu fikrin əlcyhidarları isə aşağıdakı arqumentləri göstərirdilər:
-
menecerin yuxarıda sadalanan keyfiyyətlərə malik olması heç
də hələ rəhbərliyin
effektliyinə təminat vermir;
-
qeyd edilən bütün tələblər yalnız, o qədər də çox sayda olmayan
insanları qane edir;
-
bu yanaşmanın tərəfdarları belə hesab edirlər ki, «rəhbərlər
doğulur»;
20
Mcncccr
Cədvəl 1.1
Müasir menecerin zəruri keyfiyyətləri
Müasir menecerin
keyfiyyətləri
Keyfiyyətlərin təsviri
Fiziki
- aktivlik, cncrjilik, sağlamlıq, güclülük;
Şəxsiyyət
- uyğunlaşa bilmək, özünə inamlı olmaq,
nüfuzluluq, müvəffəqiyyətə cəhd etmək;
İntellektual
- ağıl, lazımı qərar qəbul etməyi bacarmaq,
intuisiya, yaradıcılıq başlanğıcı;
Qabiliyyət
- təmas qurmaq,asanlıqla ünsiyyət qurmaq
bacarığı, taktiki olmaq, diplomatik olmaq
-
yaxşı rəhbərlik etməyi öyrənmək olmaz (və ya praktiki olaraq
olmaz).
Müasir dövrdə menecmentin əksər nəzəriyəçiləri tərəfindən etiraf edilir
ki, ideal menecer aşağıdakı keyfiyyətlərə malik olmalıdır:
-
bazar iqtisadiyyatının formalaşması və inkişafı ilə bağlı olan hər
şeyin dərindən
dərk edilməsi və öyrənilməsi;
-
qəbul edilən qərarın siyasi nəticələrini nəzərə almaq bacarığı;
-
sahibkarlıq fəaliyyətində insan ehtiyatları amilinin axtarılması
və istifadəsi qabiliyyət və ona meyillilik; ,
-
elmi-texniki tərəqqinin yaxşı nailiyyətlərindən effektli istifadə
etmək bacarığı;
-
müəyyən mərhələdə ictimai əhəmiyyət kəsb edən məqsədlərə
nail olmaq naminə öz şəxsi maraqlarından imtina etməyə hazır
olmaq;
-
psixoloji təhsil;
-
sosial ədalət prinsiplərinə meyillilik və onu rəhbər tutmaq istəyi;
-
öz üzərinə məsuliyyəti götürmək bacarığı;
-
işin xeyri üçün tənqid etmək və tənqidi iradlar qəbul etmək
qabiliyyəti;
-
daima təşəbbüs və zirəklik (cəldlik) göstərmək;
-
işgüzarlıq (faydasız işlər görməməyi bacarmaq);
-
maneələri aradan götürməyə, iradə və çeviklik göstərməyə cəhd
etmək;
-
məntiqi fikirləşmək;
-
işin xeyrinə olaraq öz mövqeyinə əks
olan təkliflərdən istifadə
21