Müqəddimə ______________________________________________________
təşkilati-iqtisadi və sosial-psixoloji tərəflərini həm mikro, həm də makro
səviyyədə öyrənməyə səy göstərmişlər.
Bazar münasibətləri baş verən dəyişikliklər iqtisadi sistemin
mahiyyətini dəyişdirərək bütövlükdə istehsal və idarəçilik
münasibətlərində də köklü dəyişiklər etməyə sövq edir. Məhz bu
səbəbdən də sosial-iqtisadi inkişafın vüsətli vəzifələrini uğurla həyata
keçirmək
üçün
ehtiyat
mənbələrimiz:
təşkilati-iqtisadi
və
sosial-psixoloji amillər maksimum səfərbərliyə 'alınmalı, mövcud
istehsal potensialmdan daha yaxşı istifadə edilməli, əməyin
motivasiyasmm səmərəsi artırılmalı, işçilərin mütəşəkkillik və
məsuliyyəti möhkəmləndirilməlidir.
Müasir iqtisadi sistemdə mütəxəssislər hazırlanması işində
insanlarm birgə əmək fəaliyyətinin idarə edilməsini tədqiq edən
menecment fənninin öyrənilməsi mühüm yerlərdən birini tutur. Bu
sahədə tədris prosesində əsasən xarici ölkələrdən gətirilən və
menecmentin təşkilinin xarici təcrübəsinin əks etdirən ölkə
ədəbiyyatlanndan istifadə etdilməkdədir. Belə təcrübə son dərəcədə
faydalı olsa da həmişə bizim reallıqları tam əks etdirmir.
Qarşıda duran bu mühüm məsələnin həlli əhəmiyyətli dərəcədə
yüksək ixtisaslı kadrlar hazırlanması prosesində istifadə olunan
dərsliklərdən və onlann menecmentin ümdə məsələləri sahəsindəki
bilikləri ölkəmizin reallıqlarına uyğun olaraq nə dərəcədə səmərəli şəkildə
təqdim etmələrindən asılıdır. Bu nöqteyi- nəzərdən diqqətinizə təqdim
edilən dərslik ali məktəblərdə ^ menecment və digər iqtisad ixtisaslan üzrə
mütəxəssislər hazırlanmasma olan müasir tələblərə uyğun yazılmışdır.
Dərsliyin məqsədini müəyyən edərkən müəlliflər ondan istifadə
edənlərin menecmentin tətbiqi sahələri haqqmda aydın təsəvvür əldə
edəcəklərinə, insan fəaliyyətinin belə mürəkkəb və çoxcəhətli aspektləri
haqqında ideya və təcrübə toplayacaqlarma; həm menecmentin ayrı-ayrı
tərəflərini tədqiq etməkdə, həm də idarəçilik problemlərinə münasibətdə
tam (bütöv) konsepsiyanı formalaşdıracaqlarma ümid bəsləyirlər.
Müəlliflər dərslikdə menecmentin müasir vəziyyətinin nəzəri və
praktiki problemlərinin həllinə istiqamətlənmiş orginal konsepsiya
verməyə cəhd etmişlər. Bunun üçün ardıcıllıq və elmi məntiqə uyğun
olaraq nizamlı şəkildə menecmentin təşəkküili və inkişafı, menecmentin
mərhələlri və elmi məktəbləri, təşkilat menecmentin obyekti kimi,
menecmentin təşkilatı formalan, menecmentin təşkilatı quruluşu,
menecmentin metodları, menecmentdə planlaşdırma,
11
____________________________________________________________________ Müqəddimə
menecmentdə təşküetmə, menecmentdə motivasiya, menecmentdə
nəzarət, menecmentdə kommunikasiya, idarəetmə qərarlan, heyətin
idarə edilməsi, idarəetmədə liderlik, rəhbər, menecer, mütəxəssis və
müasir idarəetmədə onların rolu, rəhbərlə tabeçilikdə olanların qarşılıqlı
münasibətlərinin etik-psixoloji ilkin şərtləri, işgüzar ünsiyyət,
menecment sistemində adaptasiya və karyera, strateji idarəetmə,
maliyyə menecmenti, innovasaiya menecmenti,, kreativ menecment,
antiböhranlı idarəetmə, biznes və cəmiyyət, təşkilat mədəniyyəti, dövlət
və bələdiyyə idarəçiliyi məsələlərini şərh etmişlər.
Müəlliflər ümid edirlər ki, dərslik menecmentin nəzəri və
praktiki məsələlərini öyrənənlərə layiqli töhvə olacaqdır.
12
Menecmentin mahiyyəti
FƏSİL 1. MENECMENTİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI
§1. Menecmentin mahiyyəti
«Menecment» termininə bu sözün müxtəlif mənalarını
(çalarlarını) əks etdirən şərhindən başlamaq lazımdır. Qarşımıza
qanunauyğun və haqlı olaraq belə bir sual çıxır: nə üçün biz bu termini
iqtibas edirik, deyək ki, onun son dövrlərə qədər işlətdiyimiz, analoqu
olan idarəetmə sözü ilə kifayətlənmirik?
Bu suala daha ətraflı cavab vermək üçün «menecment»
anlayışının mahiyyətini dərk etməyə imkan verən aşağıdakı bir sıra
terminlərin mahiyyətinə aydınlıq ğətirmək lazımdır.
İdarəetmə - öz tamlığını, strukturunun vahidliyini saxlayan
müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir və bunun köməyi ilə qarşıya
qoyulan məqsədə nail olunur.
Sistem - bu hər biri tamın xarakteristikasına öz lövhəsini verən və
bir-birilə qarşılıqlı asılılıqda olan müəyyən bütövlükdür (tamlıqdır).
İdarəetmə sistemi obyekt və subyektdən ibarətdir. Subyekt
dedikdə idarə edən, obvekt dedikdə isə idarə olunan başa düşülür.
Bizim, idarəetmənin obyekti kimi baxdığımız təşkilat menecerlər
dünyasının əsasını təşkil edir və menecmentin mövcud olmasını
şərtləndirən əsas səbəblərini özündə birləşdirir.
Təşkilat - bu ümumi məqsədə və ya məqsədlərə nail olmaq üçün
fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insanlar qrupudur.
Təşkilata verilən bu tərif XX əsrin 30-40-cı illərində
menecmentin klassiklərindən biri olan Gester Bamard tərəfindən
verilmişdir. O, istənilən formal təşkilatı «iki və daha çox şəxsin
hərəkətlərini şüurlu surətdə əlaqələndirən sistem» adlandırmışdır.
Maddi əmək, maliyyə və informasiya resurslarından səmərəli
istifadə etməklə qarşıya qoyulan məqsədə (məqsədlərə) nail olmaq üçün
təşkilatm istənilən təsərrüfatçılıq fəaliyyəti gedişində özündə peşəkar və
müstəqil fəaliyyəti əks etdirən və cəmiyyət həyatının bütün sferalanna
nüfuz etməkdə olan «menecment» sözünü işlətdikdə biz idarəetmə
nəzəriyyəsi üzrə beynəlxalq nəşrlərdə çoxdan müəyyən edilmiş ənənəni
nəzərdə tuturuq. Bu zaman biz idarəetmə üzrə ölkənin mövcud
ədəbiyyatlarında təşəkkül tapmış praktikanın ziddinə getmirik. XX əsrin
son 20 ilindən başlayaraq bu termin kapitalist idarəetməsinin sinonimi
kimi işlədilməkdədir.
13