Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə4/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   2   3   4   5   6   7   8   9   ...   357

Müqəddimə ______________________________________________________  

təşkilati-iqtisadi və sosial-psixoloji tərəflərini həm mikro, həm də makro 

səviyyədə öyrənməyə səy göstərmişlər. 

Bazar  münasibətləri  baş  verən  dəyişikliklər  iqtisadi  sistemin 

mahiyyətini  dəyişdirərək  bütövlükdə  istehsal  və  idarəçilik 

münasibətlərində  də  köklü  dəyişiklər  etməyə  sövq  edir.  Məhz  bu 

səbəbdən  də  sosial-iqtisadi  inkişafın  vüsətli  vəzifələrini  uğurla  həyata 

keçirmək 

üçün 

ehtiyat 


mənbələrimiz: 

təşkilati-iqtisadi 

və 

sosial-psixoloji  amillər  maksimum  səfərbərliyə  'alınmalı,  mövcud 



istehsal  potensialmdan  daha  yaxşı  istifadə  edilməli,  əməyin 

motivasiyasmm  səmərəsi  artırılmalı,  işçilərin  mütəşəkkillik  və 

məsuliyyəti möhkəmləndirilməlidir. 

Müasir  iqtisadi  sistemdə  mütəxəssislər  hazırlanması  işində 

insanlarm  birgə  əmək  fəaliyyətinin  idarə  edilməsini  tədqiq  edən 

menecment  fənninin  öyrənilməsi  mühüm  yerlərdən  birini  tutur.  Bu 

sahədə  tədris  prosesində  əsasən  xarici  ölkələrdən  gətirilən  və 

menecmentin  təşkilinin  xarici  təcrübəsinin  əks  etdirən  ölkə 

ədəbiyyatlanndan  istifadə  etdilməkdədir.  Belə  təcrübə  son  dərəcədə 

faydalı olsa da həmişə bizim reallıqları tam əks etdirmir. 

Qarşıda duran bu mühüm məsələnin həlli əhəmiyyətli dərəcədə 

yüksək  ixtisaslı  kadrlar  hazırlanması  prosesində  istifadə  olunan 

dərsliklərdən  və  onlann  menecmentin  ümdə  məsələləri  sahəsindəki 

bilikləri ölkəmizin reallıqlarına uyğun olaraq nə dərəcədə səmərəli şəkildə 

təqdim  etmələrindən  asılıdır.  Bu  nöqteyi-  nəzərdən  diqqətinizə  təqdim 

edilən dərslik ali məktəblərdə ^ menecment və digər iqtisad ixtisaslan üzrə 

mütəxəssislər hazırlanmasma olan müasir tələblərə uyğun yazılmışdır. 

Dərsliyin məqsədini müəyyən edərkən müəlliflər ondan istifadə 

edənlərin  menecmentin  tətbiqi  sahələri  haqqmda  aydın  təsəvvür  əldə 

edəcəklərinə, insan fəaliyyətinin belə mürəkkəb və çoxcəhətli aspektləri 

haqqında ideya və təcrübə toplayacaqlarma; həm menecmentin ayrı-ayrı 

tərəflərini tədqiq etməkdə, həm də idarəçilik problemlərinə münasibətdə 

tam (bütöv) konsepsiyanı formalaşdıracaqlarma ümid bəsləyirlər. 

Müəlliflər dərslikdə menecmentin müasir vəziyyətinin nəzəri və 

praktiki  problemlərinin  həllinə  istiqamətlənmiş  orginal  konsepsiya 

verməyə cəhd etmişlər.  Bunun üçün ardıcıllıq və elmi  məntiqə uyğun 

olaraq nizamlı şəkildə menecmentin təşəkküili və inkişafı, menecmentin 

mərhələlri  və  elmi  məktəbləri,  təşkilat  menecmentin  obyekti  kimi, 

menecmentin  təşkilatı  formalan,  menecmentin  təşkilatı  quruluşu, 

menecmentin metodları, menecmentdə planlaşdırma, 

11 



 ____________________________________________________________________  Müqəddimə 

menecmentdə  təşküetmə,  menecmentdə  motivasiya,  menecmentdə 

nəzarət,  menecmentdə  kommunikasiya,  idarəetmə  qərarlan,  heyətin 

idarə  edilməsi,  idarəetmədə  liderlik,  rəhbər,  menecer,  mütəxəssis  və 

müasir idarəetmədə onların rolu, rəhbərlə tabeçilikdə olanların qarşılıqlı 

münasibətlərinin  etik-psixoloji  ilkin  şərtləri,  işgüzar  ünsiyyət, 

menecment  sistemində  adaptasiya  və  karyera,  strateji  idarəetmə, 

maliyyə  menecmenti,  innovasaiya  menecmenti,,  kreativ  menecment, 

antiböhranlı idarəetmə, biznes və cəmiyyət, təşkilat mədəniyyəti, dövlət 

və bələdiyyə idarəçiliyi məsələlərini şərh etmişlər. 

Müəlliflər ümid edirlər ki, dərslik menecmentin nəzəri və 

praktiki məsələlərini öyrənənlərə layiqli töhvə olacaqdır. 

12 



Menecmentin mahiyyəti 

FƏSİL 1. MENECMENTİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI 

§1. Menecmentin mahiyyəti 

«Menecment»  termininə  bu  sözün  müxtəlif  mənalarını 

(çalarlarını)  əks  etdirən  şərhindən  başlamaq  lazımdır.  Qarşımıza 

qanunauyğun və haqlı olaraq belə bir sual çıxır: nə üçün biz bu termini 

iqtibas edirik,  deyək ki,  onun son  dövrlərə qədər işlətdiyimiz, analoqu 

olan idarəetmə sözü ilə kifayətlənmirik? 

Bu  suala  daha  ətraflı  cavab  vermək  üçün  «menecment» 

anlayışının  mahiyyətini  dərk  etməyə  imkan  verən  aşağıdakı  bir  sıra 

terminlərin mahiyyətinə aydınlıq ğətirmək lazımdır. 

İdarəetmə  -  öz  tamlığını,  strukturunun  vahidliyini  saxlayan 

müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir və bunun köməyi ilə qarşıya 

qoyulan məqsədə nail olunur. 

Sistem - bu hər biri tamın xarakteristikasına öz lövhəsini verən və 

bir-birilə qarşılıqlı asılılıqda olan müəyyən bütövlükdür (tamlıqdır). 

İdarəetmə  sistemi  obyekt  və  subyektdən  ibarətdir.  Subyekt 

dedikdə idarə edən, obvekt dedikdə isə idarə olunan başa düşülür. 

Bizim, idarəetmənin obyekti kimi baxdığımız təşkilat menecerlər 

dünyasının  əsasını  təşkil  edir  və  menecmentin  mövcud  olmasını 

şərtləndirən əsas səbəblərini özündə birləşdirir. 

Təşkilat - bu ümumi məqsədə və ya məqsədlərə nail olmaq üçün 

fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insanlar qrupudur. 

Təşkilata  verilən  bu  tərif  XX  əsrin  30-40-cı  illərində 

menecmentin  klassiklərindən  biri  olan  Gester  Bamard  tərəfindən 

verilmişdir.  O,  istənilən  formal  təşkilatı  «iki  və  daha  çox  şəxsin 

hərəkətlərini şüurlu surətdə əlaqələndirən sistem» adlandırmışdır. 

Maddi  əmək,  maliyyə  və  informasiya  resurslarından  səmərəli 

istifadə etməklə qarşıya qoyulan məqsədə (məqsədlərə) nail olmaq üçün 

təşkilatm istənilən təsərrüfatçılıq fəaliyyəti gedişində özündə peşəkar və 

müstəqil fəaliyyəti əks etdirən və cəmiyyət həyatının bütün sferalanna 

nüfuz  etməkdə  olan  «menecment»  sözünü  işlətdikdə  biz  idarəetmə 

nəzəriyyəsi üzrə beynəlxalq nəşrlərdə çoxdan müəyyən edilmiş ənənəni 

nəzərdə  tuturuq.  Bu  zaman  biz  idarəetmə  üzrə  ölkənin  mövcud 

ədəbiyyatlarında təşəkkül tapmış praktikanın ziddinə getmirik. XX əsrin 

son 20  ilindən başlayaraq bu termin kapitalist  idarəetməsinin sinonimi 

kimi işlədilməkdədir. 

13 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə