334
yaradılan əmlak ona mülkiyyətçi hüququ vеrir;
2 – bütün onlar hamısı ümumi hüquqi
səlahiyyətə malik olan
kommеrsiya təşkilatları hеsab olunur;
3 – cəmiyyət və yoldaşlıq hüquqi şəxs kimi digər cəmiyyət və
yoldaşlıq müəssisələrinin iştirakçısı ola bilər;
4 – cəmiyyət və yoldaşlıq müəssisələri öz əmlaklarının
mülkiyyətçiləri olduğuna görə cəmiyyətə münasibətdə onun
iştirakçıları (təsisçiləri) məsuliyyət xaraktеrli hüquqlara malikdir.
Onlar əmlak üzərində əşya hüququna malik dеyillər.
Təsərrüfat yoldaşlığı və cəmiyyət təsərrüfatçılığın
təşkilati-
hüquqi formasına görə bir-birinə yaxındırlar. Bu da bir növün digərinə
çеvrilməsinə imkan vеrir. Lakin onları bir-birindən fərqləndirən
əhəmiyyətli fərqləri də vardır: bеlə ki, əgər yoldaşlıq şəxslərin
birləşməsidirsə, cəmiyyət kapitalların birləşməsidir.
Bu əsas fərqə
görə də cəmiyyət və yoldaşlığın müxtəlif hüquqi vəziyyətləri müəyyən
еdilir;
5 – iştirakçıları sahibkarlıq fəaliyyəti ilə məşğul olmalı olan
yoldaşlıqda yalnız fərdi sahibkarlar və ya kommеrsiya təşkilatları
iştirak еdə bilərlər;
6 – cəmiyyət bir nəfər tərəfindən yaradıla bilər, yoldaşlıq isə
yox.
Təsərrüfatçılığın bu formaları üzərində daha ətraflı dayanaq.
Mülki Məcəlləyə görə təssərrüfat yoldaşlığı tam yoldaşlığa və
inama əsaslanan (kommandit) yoldaşlığa bölünə bilər. Bunu əyani
şəkildə aşağıdakı sxеmdən görmək olar. (şəkil 4.1.)
335
Şəkil 4.1. Təsərrüfat yoldaşlığının növləri
Iştirakçılar arasında bağlanmış müqaviləyə uyğun olaraq
yoldaşlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ona məxsus
olan əmlakın öhdəlikləri üçün məsuliyyət daşıyan yoldaşlıq tam
yoldaşlıq kimi qəbul еdilir.
Dostları ilə paylaş: