41
təcrübələrimə dayanaraq deyirəm ki, yaxınlarımın,
uzaqlarımın, müxtəlif rəngli insanların, müxtəlif
dinə mənsub olan adamların mənim üçün heç bir
fərqi olmamışdır. İstər xristian, yəhudi ya da
müsəlman olsun. Qəlbim heç bir zaman insanlar
arasında ayrım yapmağa izn verməmişdir.
•
Sanskrit
dili haqqında dərin bilgim yoxdur.
Vedalar
ı və
Opanişadları tərcümə yolu ilə
anlamışam. Bu üzdən bu kitablar haqqında
bilgilərim alimanə olmaya bilər. Mən bu kitabları
bir hindistanlı kimi oxumuşam. Ancaq bu kitabların
gerçək ruhlarını mənimsədiyimi və anladığımı iddia
edə bilərəm. 21 yaşıma qədər müxtəlif dinlər
haqqında araşdırma yapdım. Bir
zamanlar
xristianlıq və induizm arasında hansını seçəcəyim
haqda şübhə daşıyırdım. Fikir dəngəm yerində
oturduqdan sonra anladım ki, mənim qurtuluşum
Hind məzhəbi yoluyla mümkün olacaqdır. O
zamandan bəri inancım bu məzhəbə gündən günə
artdı. Artdıqca da içim işıqla dolurdu. Ancaq bu
məzhəbi qəbul etdikdən
sonra da bir təbəqənin nəcis
sayılmasını qəbul etmədim, hətta Hind məzhəbinin
bir parçası olsa bilə. Mən böylə məzhəbi qəbul edə
bilmərəm.
•
Öncələr oxumuşdum ki, insanların öz xatirələrini
anlatması tarix sayılmazmış. Bu gün bu məsələni
daha açıqca anlayıram. Bilirəm ki, bu xatirəmdə
bütün xatırladıqlarımı yazmıram. Kim deyə bilər ki,
doğruluğun bəyanı üçün nəyi yazmaq və nəyi
yazmamaq gərəkir? Mənim həyatımın olaylarının
bir tərəfli anlatımının nə kimi dəyəri ola bilər? Əgər
bir araşdırmaçı bu yazdıqlarımı incələrsə, bəlkə bir
çox gerçəkləri də özü kəşf edə bilər. Eləcə də bir
43
oxumağa vaxt qalmırdı. Bu üzdən kitablar haqqında
geniş bilgilərimin olduğunu iddia edə bilmərəm.
Ancaq az oxumağıma baxmayaraq, oxuduqlarımı
yaxşı özümsəyib həzm edirdim. Həyatımı dərindən
etkiləyən kitablardan biri də Raskinin “Bu sona
qədər” əsəri idi. Daha sonralar bu kitabı qocerati
dilinə tərcümə etdim. Adını da “Sərv daya”
(kollektiv zənginlik) qoydum. Raskinin
bu böyük
əsərində öz inanclarımın dərin inikasını görürdüm.
Bu üzdən məni dərindən etkilədi və həyatımda çox
dəyişikliklər oluşdurdu. Şair o kəsdir ki, insanın
köksündəki yaxşılıqları və gözəllikləri sözlərlə
təsvir edə bilir. Ancaq şairlər bütün insanlara eyni
təsiri buraxmazlar. Çünkü
bütün insanlar eyni
dərəcədə gəlişmiş deyillər.
•
Yuhansburq
da yerləşdikdən sonra da hüzurlu
həyata qovuşa bilmirdim. Tam arxayınlaşıb yeni
nəfəs almaq istərkən yeni bir olay baş verirdi.
Qəzetlər
Natalda
zuluların qiyamından yazırdılar.
Onlar hindlilərə zərər verməzdilər. Hətta onların
“
qiyam” etmələrinə də inanmırdım. O zaman
dü
şünürdüm ki, İngiltərə imperatorluğunun varlığı
dünyada barış və qardaşlığı qorumaq üçündür.
Mənim bu düşüncəm İngiltərəni kötü görməyə izn
vermirdi.
Bu üzdən “qiyam”ın doğruluğu bilə,
mənim vəfadarlığımı dəyişdirə bilmirdi. Natalın bir
savunma birimi var idi.
Bu birimə daha çox nəfər
cəlb edirdilər. Qəzetlərdə oxudum ki, bu birim
“qiyam”ı yatırmaq, basdırmaq üçün qullanılacaq.
•
“Qiyam” səhnəsinə çatdığımda gördüm ki, orda
“qiyam” adlandırılacaq heç bir hadisə olmamışdır.
Hətta gözə çarpacaq bir dirəniş də olmamışdır.
Bunun “qiyam” adlandırılmasının səbəbi bu imiş ki,