48
•
Oruc tutmaq nəfsin istəklərini sınırlamağa həsr
olursa,
heyvani istəkləri içimizdə söndürə bilər.
Bəzi dostlarım etiraf edirlər ki, onlarda oruc tutma
ləzzətli yeməklərə istəklərini artırır və heyvani
duyqularını da şiddətləndirir. Bundan
da bu sonuca
varmaq olur ki, oruc tutmaq sürəkli bir iradə ilə
nəfsi kontrol edərək gerçəkləşməzsə, anlamsız bir
işdir.
•
Oruc tutmaq və buna bənzər disiplinlər nəfsin
istəklərini sınırlama araclarıdır. Ancaq işlər bunlarla
bitmir. Cismi oruc
tutmaq ruhi və fikri oruc
tutmaqla bir yerdə olmazsa, riyadan başqa bir şey
deyildir.
•
Tolstoy
*
tarlasında bir qanun həyata keçirirdik.
Öyrətmənlərinin etmədikləri işi öyrəncilərin
etməsini yasaqlamışdıq. Bu üzdən öyrəncilərdən bir
iş istənildiyində onlara bir öyrətmən də qatılıb eyni
işi birlikdə etməli idilər. Sonuc böylə oldu ki,
çocuqlar və gənclər öyrəndiklərini böyük bir
həyəcanla öyrənirdilər.
•
Dərs kitabları haqda bu qədər söhbət edilir. Bu
qonuda mənim heç bir əksikliyim olmamışdır. Hətta
başqa kitabları da çox qullanmırdım. Çocuqlara bir
sürü kitab yükləmək istəmirdim. Hər zaman
düşünürdüm ki, çocuqlar üçün ən uyqun kitab
öyrətməndir. Öyrətmənlərimin kitabın üzündən
mənə öyrətdiklərindən heç bir şey xatirimdə
qalmamış. Ancaq kitabların dışında öyrətmənlərin
özlərindən öyrəndiklərimi hər zaman xatırlaya
bilirəm. Çocuqlar gözlərindən daha çox qulaqları
dolayısıyla yaxşı öyrənib yadda saxlaya bilirlər.
*
“
Tolstoy” Qandinin Güney Afrikada təsis etdiyi bir mərkəz idi. Orada
Qandi və yandaşları Tolstoyun öyrətiləri əsasında əməl etməyə çalışırdılar.
50
aqressiv bir iş gördü. Mən çox sinirlənmişdim.
Ge
nəldə mən öyrənciləri cəzalandırmazdım, ancaq
bu kəz çox sinirlənmişdim. Ona öyüd verib və
aqressiv davranmamasını söyləyirdim. Ancaq o, çox
sərt və aqressiv davranışlarına davam edir, məni
aldatmağa çalışırdı. Birdən əlimdəki xətkeşlə onun
qoluna bir zərbə vurdum. Onu vurarkən
rahatsızlığımdan titrəyirdim. Bu aqressiv çocuq
mənim necə bir durumda olduğumu anlamışdı.
Onlar üçün öyrətmənin öyrəncini tənbih edərkən
titrəməsi yeni olay idi. Gənc aqressiv adam
ağlamağa başlayıb məndən üzr istədi. Ancaq o,
xətkeş zərbəsinin sərt olduğundan dolayı ağlamırdı.
Elə olsaydı qarşılıq göstərib mənə saldıra bilərdi bu
aqressiv adam.
Çünkü 17 yaşında güclü bir gənc idi.
O,
mənim böylə davranışımdan dolayı necə üzgün
olduğumu görmüşdü. Bu
olaydan sonra o,
heç vaxt
aqressiv
davranmadı, mənə qarşı çox sayqılı oldu.
Ancaq mən hələ də ona qarşı qullandığım şiddətdən
dolayı peşmanam, utanıram. Düşünürəm ki, o gün
bu gənc adamın qarşısında mənim ruhi və mənəvi
gücümün yerinə heyvani gücüm əməl etmişdi. Mən
hər zaman bədən tənbihinə qarşı olmuşam. Yalnız
bu bir nümunə həyatımda olmuşdur. Ancaq bu günə
qədər hələ qərar verə bilməmişəm ki, xətkeşi
qullanmaqda doğru iş görmüşəm ya yox? Böyük
olasılığa görə bu iş doğru deyildi. Çünkü bu işi öfkə
ilə etmişdim. Əgər bu iş gücsüzlük duyqusundan
qaynaqlansaydı, özümü haqlı saya bilərdim. Ancaq
xətkeşlə tənbih olayında içimdə başqa təmayüllər
bir-
birinə qarışmışdı. Bu
olaydan sonra bir çox
şagirdlərim aqressiv davransalar da, artıq heç bir
zaman öfkələnib tənbihə əl atmadım. Bu biçimdə