142
ərgincə (cəsurca) davrana bilməz. Bu üzdən
qorxmaz
lıq çox önəmli bir durum. Qorxaq və ödlək
adam ahimsaya əməl edə bilməz. Ahimsanın
istəklərinə uyqunca davranmaq yüksək düzeydə
qorxmazlıq gərəkdirər.
•
Qılıcı bir kənara qoyduğumdan mənə qarşı
çıxanlara məhəbbətdən başqa heç bir şey suna
bilmərəm. Bu məhəbbət camını sunaraq onları
özümə cəlb edə bilərəm. İki adamın arasında əbədi
düşmənliyin olacağını təsəvvür edə bilmirəm. Mən
təkrar dünyaya gəlməyə inandığımdan dolayı bu
dəfəki həyatımda olmasa da, bir sonrakı yaşamımda
bütün insa
nları sevə biləcəyimi diləyirəm.
•
Dünyada ən güclü və ən sadə varlıq sevgidir.
•
Ən sərt ürəklər və ən sərt aymazlıqlar (cəhalətlər)
qeyri—
aqressiv əzab qarşısında yox olarlar.
•
Qeyri—aqressivlik
kötülüklərə və rüşvətə qarşı
gerçək savaşımdan qaçınmaq deyildir. Tam tərsinə,
qeyri—aqressivlik
öcalma kimi duyqulardan daha
verimli biçimdə kötülüklərə və rüşvətə qarşı
savaşar. Çünkü öcalma edimi (əməli) doğası gərəyi
düşmənlik və kötülüyü daha da artırar. Əxlaq dışı
davranışlara qarşı mən sürəkli olaraq ruhani və
əxlaqi dirənişi üstün bilmişəm. Zalimin qılıcının
kəsərliliyini bu yolla ortadan qaldırmaq istəmişəm.
Ona qarşı özü kimi, qılıc qullanmaq istəməmişəm.
O, qılıcımla gələcəyimi bəkləsə də, mən ruhani
dirənişlə onun qarşısına çıxacağam. Bu tür
savaşımın onu meydandan qaçıracağına əminəm.
Bu tür dirəniş öncə onu şaşırdacaq, daha sonra onu
mənim haqlarımı tanımağa zorlayacaq. Ayrıca,
143
mənim bu tutumum
*
onu aşağılamayacaq. Onu daha
da yüksəkliyə qaldıracaq. Bu
durumun çox ideal
olduğunu söyləyənlər, əslində çox da haqlıdırlar.
•
Ahimsa (qeyri—aqressivlik)
anlaşılan bir ilkədir.
Biz
himsa
nın (aqressivliyin) əsarətində olan zəif
yaradılışlarıq. “Həyat həyatla diri qalıb yaşar”
söyləmi çox dərin bir söyləmdir. Yaşam
kəndiliyindən bir türlü ahimsaya qarşıdır. Çünkü
yaşadığımız müddətcə, bir sürü canlıların həyatına
qıymaq zorunda qalırıq. Çünkü yemək—içmək
zorundayıq. Bu üzdən də bu sorunları da aşa
bilməmizin tək yolu ahimsanı davranışlarımızda
alışqanlıq halına gətirməkdir. Bütün canlı
varlıqların birliyi himsanın əsasını oluşdurar. Bir
adamın xətası başqalarını etkiləməyə bilməz. Bu
üzdən adam himsanın caynağından tam olaraq
qurtula bilməz. İnsan toplumsal varlıq olduğu
sürəcə, himsa onun bir özəlliyi olacaq. Çünkü
toplumda var olmanın özü bir tür himsadır. İki ulus
bir-
biri ilə savaşdığında ahimsa yanlısı olanın
görəvi savaşı durdurmağa yönəlməlidir. Böylə bir
görəvi üstlənib savaşa qarşı çıxa bilməyən, bəlkə
hansısa bir savaşa qatılmaq zorunda buraxıla bilər.
Ancaq yenə də bütün gücü ilə öz millətini və
dünyanı savaş fəlakətindən qurtarmağa çalışmalıdır.
•
Mənə görə və
ahimsa açısından savaşa qatılanlarla
qatılmayanlar arasında çox da fərq yoxdur. Kimsə
könüllü olaraq quldurlara xidmət edərsə; örnəyin
onların yüklərinin daşınmasına yardımçı olar və
onlar öz işləri ilə məşğulkən gözətçilik yaparsa,
onlar yaralandığında yaralarını sararsa, doğal olaraq
*
Tutum—
duyqu, düşüncə və davranış birliyini içərən bir qavramdır.
Tutum deyildiyində bu üç qavram bir yerdə nəzərdə tutulur.