Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə51/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

169 
 
olduğu kimi, tinsəl (ruhi) dallardakı denəmələr üçün 
də bir sürü ilkələrə uymaq gərəkməkdədir.  

 
İçkilərdən,  uyuşduruculardan  və  özəlliklə  də  ətdən 
qaçınmaq  tinsəl  (ruhi)  evriliş  (təkamül)  üçün  çox 
gərəklidir.  Ancaq  bunların  heç  biri  amaca 
dönüşməməlidir.  Ət  yeyən,  ancaq  Tanrı  yasalarına 
uyan  bir  adamın  qurtuluşa  daha  yaxın  olması 
mümkündür. 
Ancaq  ət  yeməsə  də,  davranışları  ilə 
sürəkli  yanlışlıqlar  bataqlığında  çabalayan  adam 
tanrıdan daha uzaq ola bilər.  

 
Öz şəhvətinə və təmayüllərinə hakim olmaq istəyən 
adam üçün ət yemənin yararlı olmadığını təcrübələr 
göstərmişdir.  Ancaq  şəxsiyətin  bəlirləyici  etməni 
(amili) 
kimi,  yemək  türünə  bir  o  qədər  də  önəm 
verməmək  gərəkir.  Yeməklərdən  saqınım  (pərhiz) 
etkili bir etkən olsa da, Hindistanda görüldüyü kimi, 
yalnız  yemək  saqınımları  önəmli  deyildir.  Çünkü 
böylə  olduğunda  saqınım,  yalnız  yemək  türləri 
üzərində odaqlanar. Çox yemək yenə də önlənəməz.  

 
D
oğruluq araşdırmacısı üçün səssiz qalmanın və az 
danışmanın  tinsəl  (ruhi)  qural  olduğunu 
təcrübələrim  göstərmişdir.  Saçma  sözlər  danışmaq 
doğruluğa  gedən  yolu  sapdırar.  Bu  zəiflikləri 
ortadan  qaldırmaq  üçün  səssizqalma  və  azdanışma 
ödəvləri  olmalıdır.  Az  danışan  adam  çox  çətin 
ölçülməmiş  bir  söz  söyləyə  bilər.  Çünkü  hər 
sözünün dəyərini yaxşı bilər.  

 
Səssiz  qalmaq  mənim  üçün  cismi  və  ruhi  özəllik 
daşımaqdadır. Çox az danışaram və həftənin birinci 
günü “qo
nuşmama  orucu”  tutaram,  əsla 
qonuşmaram.  Qonuşmama  orucu  tutduğum  zaman 
ortaya  çıxan  gərəkli  ilişkiləri  və  sorunları  yazaraq 
çözərəm.  İlk  başlanqıcda  basqılardan  və 


170 
 
bitkinlikdən  qurtulmaq  üçün  az  danışmağı 
denəməyə  başladım.  Daha  sonra  az  danışmağı  çox 
yaz
mağa  qaydırmağa  çalışdım.  Ancaq  bir  sürə  bu 
səssiz qalmaları denədikdən sonra onun mənəvi və 
ruhi dərinliklərini kəşf etdim. Birdən ağlımda böylə 
bir  düşüncə  parladı  ki,  bu  səssizlik  Tanrıya 
yaxınlaşmaq  üçün  bir  fürsətdir.  İndi  artıq  səssiz 
qalmağa alışmışam, sanki Tanrı məni səssiz qalmaq 
üçün yaratmışdır.  

 
Söz  söyləməmək  səssiz  qalmaq  deyildir.  İnsan  öz 
dilini  kəsərək  də  bu  sonuca  vara  bilər.  Söz 
söyləməmək  səssizlik  deyil.  Səssizlik  qonuşma 
imkanının olmasına baxmayaraq, heç bir yersiz söz 
söyləməməkdir.  

 
Kötü düşüncələr üzündən həyat enerjisi hədər olur. 
Sözlər 
və 
davranışlar 
düşüncələrdən 
qaynaqlandığından,  onların  şəkli  də  düşüncə  ilə 
ilintilidir. 
Kontrol 
altında 
olan 
düşüncə 
kəndiliyindən olağanüstü güc qaynağı ola bilər. Bu 
güc  sözdə  və  davranışda  özünü  göstərərək  etkili 
olar. 
Adam  Tanrı  varlığının  göstərgəsi  olmaq 
istərsə,  Tanrını  özündə  və  öz  dar  çevrəsində 
aramalıdır.  Yalnız  bu  yolla  insan  Tanrı  göstərgəsi 
ola  bilər.  Ancaq  öz  gücünü  dəyişik  yollarla  itirən 
adam Tanrı göstərgəsi ola bilməz.  

 
Cismi l
əzzətlər  haqqında  düşünməkdənsə,  onu 
yaşamaq  daha  yaxşıdır.  Cinsi  və  cismi  ləzzət  hissi 
baş  qaldırdığında  susdurulması  daha  yaxşıdır. 
Ancaq  susdura  bilməz  və  fikrimizi  onunla 
uğraşdırarsaq,  cinsi  ehtiyacımızı  gedərmək  daha 
doğru  olar.  Bunu  heç  bir  şübhəyə  qapılmadan  öz 
təcrübələrimdən yola çıxaraq deyirəm.    


171 
 

 
Seks çox 
yüksək  və  nəcib  bir  qonudur.  Burada 
utanacaq  heç  bir  saqıncalı  şey  yoxdur.  Ancaq bu 
güc və təmayül, yalnız yaradıcılığa adanmalıdır. Bu 
sağlıqlı  gücdən  hər  tür  yanlış  istifadə  Tanrı  və 
insanlıq qarşısında suç sayıla bilər.  

 
Dünyanın  keçici  dəyərlər  arxasınca  süründüyü 
anlaşılmaqdadır.  Daha  önəmli  qonular  üzərində 
durub  düşünməyə  sanki  zamanı  yox.  Ancaq bir az 
diqqətli  davrandığımızda,  yalnız  sonsuz  olanın 
dəyərli  olduğunu  anlayacağıq.  Bu  əbədi  dərinliyi 
olan dəyərlərdən biri “brahmaçarya”dır.  

 
Brahmaçarya bizi brahma
ya və Tanrıya bağlayan 
yöntəmdir.  Bu  yöntəm  çocuqdoğurma  qonusunu 
tam  olaraq  kontrol  etmək  istər.  Bu kontrol bizim 
düşüncəmizdə,  sözümüzdə  və  davranışımızda 
olmalıdır.  Düşüncələrimiz  kontrol  edilə  bilməzsə, 
sözümüzün və davranışımızın dəyəri olmayacaq. Öz 
düşüncələrini  kontrol  etməyi  başaran  insan  üçün 
başqa şeylər çocuq oyuncağı kimi görünəcəkdir.  

 
Brahmaçarya 
ərmişliyinə  varan  adam  özünü 
qorumaq üçün divarlara ehtiyac duymaz. Bu yola 
yeni  girmiş  olan  üçün  qorunma  və  ya  savunma 
divarı lazım ola bilər. Bir məngü ağacı olqunlaşmaq 
üçün  onu  qoruyacaq  divara  möhtacdır.  Artıq 
qollu—
budaqlı  bir  ağac  olduqdan  sonra  divara 
ehtiyac qalmaz. 
Bir  çocuq  da  ilk  günlərində 
baxıcıya ehtiyac duyar. Ancaq gəncləşdikdən sonra 
artıq  öz  fərdi  bağımsızlığını  əldə  edər.  Ehtiyac 
olmayan  bir  durumda  hansısa  yardıma  arxalanmaq 
zərərli  ola  bilər.  Məncə  brahmaçaryanın  gerçək 
istəkçisi  olan  bir  adamın  savunma  divarlarına 
ehtiyacı  olmaz.  Brahmaçarya  zahiri  saqınmalarla 
əldə  edilən  bir  olay  deyildir.  Qadınla  hər  türlü 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə