Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə52/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

172 
 
təmasdan çəkinən adam, brahmaçaryanın anlamını 
bilməməkdədir.  Qadın  nə  qədər  çəkici  olsa  da, 
qadına  doğal  ehtiyacı  olmayan  kişi  üçün  təsirsiz 
olacaqdır.    Gerçək  brahmaçarya  yanlış  və  saxta 
sınırlamalardan  çəkinər.  Böylə  bir  şəxs  özünü 
qoruma aracları gəlişdirməlidir. Bu araclara ehtiyac 
qalmadığında  onları  buraxa  bilər.  İlk  öncə  gerçək 
brahmaçaryanı anlayıb onun dəyərini bilmək lazım. 
Daha sonra bu dərin və dəyrli həyat ölçüsünü insan 
özündə  gəlişdirməlidir.  Hindistana  gerçək  anlamda 
xidmət etmək üçün bu yöntəmə ehtiyacın olduğuna 
inanıram.  

 
Q
adınıma sırf cinsi bucaqdan baxdığım sürəcə, bir-
birimizlə  gerçək  anlaşmamızın  olmadığını  şəxsi 
təcrübələrim  göstərmişdir.  Bizim sevgimiz öz 
yüksək  doruğuna  (zirvəsinə)  çatmırdı.  Bizim 
aramızda  hər  zaman  məhəbbət  olmuşdur.  Cinsi 
ilişkilərdən  çəkindikcə,  daha  doğrusu  mən  bu 
qonuda  özümü  sınırladıqca,  bir-birimizə  daha  da 
yaxınlaşır,  bir-birimizi  daha  da  dərindən  sevirdik. 
Qadınım  özünü  sınırlamağa  ehtiyac  hiss  etməzdi. 
Genəldə seksual ilişkidən həyalı biçimdə çəkinmək 
istərdi.  Qadınım  istəkli  olmasaydı  da,  mənim 
istəklərimə  qarşı  gəlməzdi.  Mənim  aşırı  seksual 
ehtiyacımı sayqı ilə qarşılardı. Çox istisna hallarda 
dirənib  istəkli  olmadığını  söylərdi.  Qadınıma  sırf 
seksual 
bucaqdan  baxdığım  sürəcə,  ona  gerçək 
anlamda  xidmət  edə  bilmirdim.  Cinsi  ilişkilərdən 
çəkinmə  ərmişliyinə  (kamalına)  vardığımda 
qadınımı  yenidən  kəşf  etdim.  İlişkilərimiz  tam 
olaraq ruhani və mənəvi dərinlik daşıdı. O gündən 
etibarən,  şəhvət  öldü,  sevgi səltənəti  başladı.  Mən 


173 
 
ölkəmi  qurtarmaq  üçün,  Hindistanın  bağımsızlığı 
adına bütün cismi ləzzətlərdən vaz keçdim.  

 
Brahmaçaryaya  yardımcı  olmaq  üçün  oruc  tutmaq, 
uyqun  yeməklər  yemək  və  yeməyi  sınırlandırmaq 
çox etkilidir. 
Müxtəlif  hisslərimiz  o  qədər 
güclü
dürlər  ki,  onu  hər  yöndən  kontrol  altında 
tutmalıyıq. Az yemək yeməklə bir çox hisslərimizin 
fəallığının  azalacağını  hər  kəs  bilir.  Bu  üzdən 
sürəkli  oructutma,  hisslərin  kontrolu  üçün  çox 
yararlıdır.  Kimiləri  üçün  oructutmanın  heç  bir 
önəmi  yoxdur.  Çünkü oruc  tutarkən  ağıllarında 
sürəkli  dadlı  yeməkləri  düşünərlər.  Oruc  sürəsi 
dolduqdan  sonra  sürəkli  nə  yeyəcəklərini  düşünüb 
durarlar. 
Bu  tür  oructutmalar  nə  iştaha  hakim 
olmağa yardımçı olar, nə də nəfs və şəhvəti kontrol 
edə  bilər.  Çünkü oructutma  əməlində  zehn  qatqıda 
bulunmur. 
Yararlı  oructutma  bədənin  aclıq  çəkdiyi 
sürəcə,  zehnin  də  aclıq  duyqusunu  yaşaya  bilməsi 
ilə  gerçəkləşər.  Bədənin  məhrum  olduğu  şeylərə 
zehndə  də  istəksizlik  ortaya  çıxmalıdır.  Bütün 
meyllər  zehndən  dışlanmalıdır.  Yoxsa  şəhvət 
xəyallarından zehnini boşaltmamış bir adamın oruc 
tutmasının heç bir anlamı yoxdur.  

 
Bütün  ortamlarda  öz  nəfsinə  hakim  olan  adam 
gerçək  bir  brahmaçaryadır.  Çox  gözəl  bir  qadın 
mərmər  bir  kişi  heykəlinə  yaxınlaşarsa,  heykəl 
ondan  heç  bir  şəkildə  etkilənməz.  Gerçək bir 
b
rhmaçaryanın  bu  durumlardakı  təpkisi  bir  heykəl 
kimi  olmalıdır.  Deyə  bilərsiniz  ki,  qadınla  ilişki 
qurmaq cinsi dözümlə mümkün deyildir. Məncə bu, 
anlamsız  məntiqdir.  Qadınlarla  ilişkiləri  qıraraq 
brahmaçarya olmaq mümkün deyil. Çünkü bu, 
yalnızca  qadınlarla  cismi  ilişkiləri  qırmaq 


174 
 
anlamında  olacaqdır.  Burada  ruhi  qatqılar  söz 
qonusu deyildir. 
Həssas  durumlarda  bunun 
təhlükəyə girəcəyini söyləmək çətin deyildir.  

 
Güney  Afrikada  ikən  20  il  müddətində  Batı  ilə 
yaxından  təmasda  idim.  Bertrand Rasel  kimi 
dəyərli  yazarların  cinsi  ilişkilərlə  bağlı  yazdıqları 
nəzəriyələrlə  tanış  olmuşdum.  Onlar  öz  inanclarını 
bəyan etdiklərindən dolayı çox acı çəkmişlər. Onlar 
evlənmə  və  əxlaq  məsələlərini  qəbul  etmirlər.  Bu 
qonuda  onlarla  razı  deyiləm.  Ancaq  bunların 
ötəsində yayqın törələrin dışında da təmiz insan ola 
bilmə  nəzəriyəsini  də  savunmaqdadırlar.  Qərbdə 
ikən, yayqın törələr əxlaqını qəbul etməsələr də, çox 
təmiz həyat sürən bir sürü qadın-kişi dostlarım var 
idi. 
Mənim  araşdırmalarım  da  demək  olar  ki,  bu 
kimi h
əqiqətlər  və  sağlıqlı  həyat  üçündür.  Əski 
dəyərlərin  reformuna  inanır  və  çağın  istəklərinə 
cavab  verə  biləcək  əxlaq  sisteminin  oluşmasını 
istərsəniz, bu durumda başqalarından izn almağa və 
ya onları inandırmağa ehtiyac yoxdur. Bir yenilikçi 
reformist  başqalarının  onun  görüşlərini  qəbul 
edəcəyini  bəkləyə  bilməz.  O,  yalnız  qalıb  ümumi 
etirazlarla  qarşılaşsa  da,  irəliləməkdən  vaz 
keçməməlidir. Öz araşdırmalarıma və təcrübələrimə 
dayanaraq, 
brahmaçaryanın 
anlamını 
təkmilləşdirmək  istəyirəm.  Bu  üzdən  imkan 
olduğunda  ondan  qaçmıram.  Onunla  dürüst bir 
şəkildə  qarşılaşmağı  məzhəbi  görəvim  kimi  qəbul 
edirəm.  Denəmələrimin  sonuclarına  tanıq  olmaq 
istəyirəm. Bu yolda nələr qazana biləcəyimi maraq 
edirəm.  Bir  qadınla  təmassa  girməkdən  qorxub 
çəkinmə,  brahmaçarya  istəklisi  üçün  uyqun  özəllik 
deyildir. 
Öz  cismi  zövqlərimi  təmin  etmək  üçün 


175 
 
cinsi  təmaslara  girmək  arzusunda  olmamışam. 
Ayrıca,  cinsi  təmayülləri  bütünüylə  içimdən 
sildiyimi  də  iddia  etmirəm.  Ancaq  bu  təmayülümü 
kontrol altında tutduğumu iddia edə bilərəm.  

 
Dünya m
iqyasında  əhalinin  nüfus  artışını  önləmək 
üçün  ortaya  atılan  bütün  yöntəmlər  yanlış  və 
təhlükəlidir.  Bu  nəzəriyənin  yandaşları  düşünürlər 
ki,  insan  öz  heyvani  istəklərini  təmin  etmək 
zorundadır.  Bu  işi  görməzsə,  evrim  sürəci  dura 
bilər. Məncə, bu iddia yanlışdır. Saxta yöntəmlərə əl 
atanların  öz  nəfslərini  kontrol  etməsi  mümkün 
deyildir. 
Dözüm  və  nəfsi  cilovlama  bütün 
məzhəblərin əsas ortaq amacıdır.  

 
G
əbəliyi  (hamiləliyi)  durduraraq  nüfus  artışını 
önləmə yöntəmi üzərinə qonuşmaq istəyirəm. Cinsi 
meylləri təmin etməni zəruri bir ödəv kimi görənlər 
var. 
Borclu  olduğumuz  insanlara  borclarını 
ödədiyimiz  kimi,  nəfsimizin  də  borclarını  ödəməli 
imişik!  Bu  borcu  ödəməzsək,  onun  sonucu  olaraq 
fikri və mənəvi təxribə uğrayacaqmışıq. Bu şəkildə 
düşünənlər  var.  Bu görüş  cinsi  zərurəti  evlad 
olqusundan ayrı görməkdədir. Gəbəliyi əngəlləmək 
istəyən  görüş  deyir  ki,  gəbəlik  təsadüfi  bir  olaydır 
və  iki  tərəf  çocuq  doğurma  qonusunda 
anlaşmırlarsa,  onu  önləmək  gərəkir.  Məncə  bu, 
dünyanın  harasında  olursa  olsun,  ən  təhlükəli 
teoridir. 
Özəlliklə  Hindistan  üçün  çox  qorxunc  bir 
həyat tərzi ola bilər. Cinsi təmayülləri təmin etmək 
bir  görəv  isə,  o  zaman  bütün  fəsadlar  və  cinsi 
həvəsləri  təmin  edən  doğal  olmayan  araclar  da 
məqbul  sayılmalıdır.  Oxucu  diqqət  etməlidir ki, 
dünyada çox ü
nlü  adamlar  bilə,  cinsi  sapıqlığı 
məqbul  saymaqdadırlar.  Bu durum eşcinsəlliyi  də 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə