Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə48/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

158 
 
Hindistanın  istiqlalına  ulaşması  üçün  daha  etkili 
olduğundan onu daha hər yönlü açıqlamaq istərdim.  
Düşünürəm  ki,  ortada  yalnız  qorxaqlıq  və 
aqressivlik  seçənəkləri  olursa,  mən  aqressivliyi 
tərcih  edərəm.  1908-ci  ildə  öldürülmək  amacı  ilə 
sal
dırıya  məruz  qaldım.  Saldırı  sonrası  oğlum 
məndən  böylə  bir  soru  sormuşdu:  Mən  də  saldırı 
zamanı  sənin  yanında  olsaydım,  nə  etməli  idim? 
Səni  ölümə  buraxıb  qaçmalı  idim,  yoxsa  sənin 
savunmanamı  qalxmalı  idim?  Mən  oğlumun 
sorusuna  böylə  cavab  verdim  ki,  orda  olsaydın, 
görəvin  son  nəfəsinə  qədər  atanı  savunmaq  olmalı 
idi. 
Hətta  zora  əl  atmaq  aqressivlik  sayılsa  da, 
yanımda olsaydın, məni savunmalı idin.  
Mənim  Boer  Savaşına,  necə  deyərlər  Zulu 
qiyamına  və  Birinci  Dünya  Savaşına  qatıldığım 
kimi, 
aqressiv  davranmaq  istəyənlərə  silah 
qullanmağı  öyrənməyi  önərirəm.  Öz  şərəf  və 
heysiyətini  qoruya  bilmək  üçün  Hindistana  da 
silahlanmağı  məsləhət  görürəm.  Ancaq bütün 
bunların  ötəsində  bağışlamanın  cəzalandırmaqdan 
üstün  olduğu  kimi,  qeyri—aqressivliyin  də 
aqressivlikdən  daha  üstün  olduğuna  inanıram. 
Dözüm  o  zaman  bağışlama  sayıla  bilər  ki,  ortada 
cəzalandırma gücü də olsun. Başqa əzici bir gücün 
qarşısndakı  zəiflik  durumunda  ortada  bağışlama 
duyqusu da ola bilməz. Pişik tərəfindən parçalanan 
sıçan  pişiyi  bağışlamasından  danışa  bilməz.  Sıçan 
iddia  edə  bilməz  ki,  pişiyə  o  şəkildə  davranması 
üç
ün özü izn vermişdir. Bu üzdən də Hindliləri qətl 
edən  General Dairin  cəzalandırılmasını  hayqıran 
hindililəri alqışlayıram. General Dair bunların əlinə 
düşərsə,  onu  param—parça  edərlər.  Ancaq  mən 
Hindistanın  zəif  və  gücsüz  olduğuna  inanmıram. 


159 
 
M
ənim şəxsi arzum budur ki, Hindistanın gücü daha 
böyük  ərəklər  (hədəflər)  üçün  yönəlmiş  olsun. 
Anlatmaq  istədiklərimin  doğru  anlaşılmasını 
umuram. 
Qüdrət  cismi  və  maddi  güclülükdən 
qaynaqlanmır.  Əhliləşməsi  zor  olan  bir  iradədən 
qaynaqlanır.  Orta bir Zulu,  cismi  açıdan bir 
ingilisdən  üstündür  və  bir  ingilisə  qarşı  çıxıb  onu 
yenə bilər. Ancaq bir ingilis çocuq qarşısında qaçar. 
Çünkü çocuğun topançasından və ya topançanı ona 
qarşı  qullanandan  qorxar.  O,  ölümdən  qorxuduğu 
üçün  böyük  cismi  varlığına  rəğmən  zəif  və 
gücsüzdür. 
Bu qonuda yaxşıca düşünməliyik ki, yüz 
min ingilis üç yüz milyon hindlini qorxutmamalıdır. 
Bağışlama  bilinci  ilə  birlikdə  bizim güclülüyümüz 
də  ortada  olmalıdır.  Böylə  olursa,  General  Dair 
kimilər  Böyük  Hind  Xalqını  aşağılaya  bilməzlər. 
Sözlərimi uyqun şəkildə anladıb qəbul etdirməm bu 
an  mənim  üçün  çox  önəmli  deyil.  Biz öz 
aqressivliyimizi  bu  durumda  göstərməzsək, 
özümüzü əzilmiş və yox edilmiş kimi görə bilərik. 
Ancaq mən başqa bir söz demək istəyirəm. Demək 
istəyirəm 
ki, 
Hindistan 
bu 
suçluları 
cəzalandırmaqdan  vaz  keçərək,  daha  çox  yararlı 
çıxa  bilər.  Hindistana  və  dünyaya  xidmət  etmək 
üçün  daha  önəmli  işlər  bizi  bəkləməkdədir.  Mən 
xəyalcı biri deyiləm. Gerçəkçi bir idealist olduğumu 
düşünürəm.  Qeyri—aqressivlik  məzhəbi,  yalnız 
hind din adamları “rişi”lərə özgü (məxsus) deyildir. 
Adi  xalq  kütləsinin  üzvləri  üçün  də  keçərlidir. 
Aqressivlik heyvanlara 
özgü  bir  yasa  olduğu  kimi, 
qeyri—aqressivlik 
də  insanlaraözgü  bir  yasadır. 
Yırtıcı  heyvanlarda  ruh  yuxuya  dalmışdır.  Bu 
üzdən heyvanlar maddi və cismi gücün ötəsində bir 
şey  tanımazlar.  Ancaq  insan  heysiyəti  onu  daha 


160 
 
üstün  güclərə,  ruhi  güclərə  sövq  etməkdədir.  Mən 
əski bir Hind inancını gündəmə gətirmə cəsarətində 
bulunmuşam.  Özümü  Hindistanın  yolunda  fəda 
etmək istəyirəm. Çünkü “satyaqraha
*
 
insanın acı 
çəkərək  fədakar  olmasını  mümkün  bilir. 
Aqressivliklər 
ortamında 
qeyri—aqressivlik 
yasasını kəşf edən “rişi”lər Newtondan daha üstün 
dahilər  olmuşlar.  Napeleonu  məğlub  edən 
wlington
dan  daha  böyük  savaşçı  olmuşlar.  Onlar 
silahı  çox  yaxşı  qullanmağı  bilsələr  də,  insanların 
qurtuluş  yolunun  silahla  olmadığını  hayqırdılar. 
Dünyamıza bu dərsi verdilər. Tək qurtuluş yolunun 
qeyri—
aqressivlik olduğunu önə sürdülər.  
Olumlu və etkili anlamda qeyri—aqressivlik bilincli 
olaraq  əzablara  qatlaşmaqdır.  Qeyri—aqressivlik 
za
limlərin iradəsinə tabe olmaq anlamında deyildir. 
Zalimlərin  iradəsinə  qarşı  ruhi  gücü  bütünüylə 
səfərbər etmək deməkdir.  
Vücudumuzun  bu  yasası  doğru  bir  şəkildə 
qullanılırsa, tək bir adam böyük bir imperatorluğun 
zülmlərinə qarşı dirənə bilər. Öz şərəfini, məzhəbini 
və  ruhunu  qoruyaraq  imperatorluğun  düşüş 
əsaslarını təməlləndirə bilər.  
Hindistanın  zəif  olduğu  üçün  qeyri—aqressiv 
davranmasını 
istəmirəm. 
Hindistanın 
öz 
böyüklüyünü anlayaraq, öz böyük gücünün 
bilincində  olaraq  qeyri—aqressiv  davranmasını 
i
stəyirəm. Bu gücü anlamaq üçün silah qullanımını 
öyrənməyə gərək yoxdur.  
                                                 
*
 
Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu 
sözü özünəxas biçimdə qeyri—aqressiv dirəniş və savaş yöntəmi kimi 
seçmişdir. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə