Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə50/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

165 
 
olmaqdır.  Bütün  çirkin  düşüncələr  və  pis  şəhvətlər 
xəstəliyin dəyişik görüntüləridir.  

 
Tam sağlıq, yalnız Tanrı yasalarına uymaq və iblis 
gücünə  qarşı  çıxmaqla  mümkündür.  Gerçək  sağlıq 
olmadan 
gerçək  mutluluq  da  olmayacaqdır.  Zövq 
hissi  və  yemək  meylləri  kontrol  altına  alınarsa, 
digər  hisslər  kəndiliyindən  kontrol  altına 
alınacaqdır.  Öz  hisslərinə  hakim  olan  insan 
gerçəkdən də dünyanı fəth etmiş biridir və o, Tanrı 
varlığının bir parçasıdır.  

 
Qəzetçilik  çalışmalarım  ona  dərindən  istəkli 
olduğumdan  dolayı  deyildi.  Yaşamımda  kəşf 
etdiyim  görəvimi  anlatmaq  və  açıqlamaq  üçün 
qəzetçilik  bir  arac  idi.  Görəvim  bütün  çtinliklərə 
baxmayaraq,  satyaqraha
nı  topluma  öyrətmək  idi. 
Satyaqraha qeyri—
aqressivliyə  və  doğruluğa 
birbaşa  inanışın  ürünüdür.  Yaşamın  sonsuz 
çətinlikləri  qarşısında  tək  çözgənin  (çarənin) 
qeyri—
aqressivlik  olduğunu  göstərmək  istəyirəm. 
Qeyri—
aqressivlik  daş  kimi  ürəkləri  də 
yumşaldacaq düzeydə etkilidir. Bu üzdən inancıma 
içdən bağlı qala bilməm üçün yazılarımda aqressiv 
yöntəm  qullanmamalıyam.  Yazılarım  anlamsız  və 
içəriksiz 
olmamalıdır. 
Yalnızca 
insanları 
maraqlandırmaq  üçün  yazmamalıyam.  Yazılarımı 
sınırlı  və  öz  kontrolumda  tuta  bilmək  üçün 
başlıqların,  sözlərin  və  anlayışların  seçimində 
özümü 
nə  qədər  basqı  altında  saxladığımı 
oxucularım  əsla  bilməyəcəklər.  Bu da özümü 
eyitməyimə və gücsüz yanlarımı görməyimə olanaq 
(imkan) 
sağlayır. Kimi kəz (bəzən) təkəbbürüm ağır 
və  ürkütücü  cümlələr  yazmağa  zorlayır.  Ya  da 
aqressiv  duyqularım  kobud  yöntəmlər  biçimində 


166 
 
yazılarımda  özünü  göstərir.  Bu  ürkütücü  və  qaba 
sözləri yazılarımdan uzaqlaşdırmaq çox çətin, ancaq 
həm də zövqlü sınaqdır.  
Oxucu  yayımladığım  “Young india”  (Gənc 
Hindistan)  qəzetini  çox  düzənli  biçimdə  önündə 
görür 
və  bəzən  də  qəzetlə  ilgili  Romən  Rollanın 
“y
aşlı  kişilərin  ərmişliyini  (kamalını)  özündə 
barındıran  qəzetdir”  görüşünü  paylaşmaq  istəyir. 
Ancaq  ərmişliyin  çox  titizlik  (aşırı  diqqət)  və 
dürüstlüklə əldə edildiyini hər kəsin bilməsi gərəkir. 
Yayımladığım  qəzetim  içərik  və  yöntəm  olaraq 
oxucunu  fikrən  və  hissən  məmnun  etmişsə,  bu, 
mənim  qeyri—aqressiv  dünyagörüşümün  etkisi 
üzündəndir.  Yalnız  qeyri—aqressiv  içərik  və 
yöntəm  dünya  insanlarının  könlünü  etkiləyə  bilər. 
Bunsuz  heç  bir  yüksək  amaca  ulaşmaq  mümkün 
deyildir. 
Mən  öz  qarşıma  və  oxurlarımın  önünə 
qeyri—
mümkün sınaqları və ülküləri qoymamışam. 
Mənim  istədiyim  bəşərin  doğal  haqqıdır.  Biz 
uçmağımızı  (cənnətimizi)  itirmişik,  onu  tapmaq 
zorundayıq.  

 
Çox  ağır  və  acı  təcrübələrlə  aqressivliyimi  kontrol 
etməyi  öyrənmişəm.  Sıcaqlıq  saxlanıb  kontrol 
edil
diyində 
enerjiyə 
dönüşəcəyi 
kimi, 
aqressivliyimiz  də  kontrol  edildiyində  dünyanı 
dəyişdirə biləcək verimli gücə dönüşə bilər. 

 
 
Mən  sinirlənmirəm  deyə  bir  söz  söylərsəm  doğru 
olmaz. 
Sadəcə  aqressivliyin  məni  yönləndirməsinə 
izn  vermirəm.  Dözüm  və  aqressivlikdən uzaq 
durmağı  özümdə  eyitirəm  və  bunu  başarıram. 
Aqres
sivlik  gəldiyində  önünü  kəsib  öz  içimdə  onu 
həbs  edirəm.  Ancaq  aqressivliyimə  necə  qalib 
gəlməyim  anlamsız  bir  sorudur.  Çünkü  bu,  hər 


167 
 
kəsin  özündə  var  etməsi  gərəkən  bir  alışqanlıqdır. 
Bu da sürəkli uyqulamalarla gerçəkləşər.  

 
İnsanın  öz  davranışlarının  sonucundan  qaçması 
əxlaqi  deyildir.  Gərəyindən  daha  artıq  yemək 
yeyənin  qarınağrısına  yaxalanacağı  daha sonra da 
məcburən  bir  sürə  yeməməsi  qaçınılmazdır. 
Gərəyindən artıq yeyib və qarınağrılarını gedərmək 
üçün dava-
dərman  qullanması  doğru  deyildir.  Ən 
kötüsü insanın heyvani şəhvətlərini sərbəst buraxıb 
və daha sonra onun sonuclarına qatlaşa bilməməsi, 
qaçınmasıdır. Doğa çox ciddi və amansızdır. Onun 
yasaları gözardı edildiyində çox sərt bir biçimdə öc 
alır.  Əxlaqi  sonuclar,  yalnız  dözümlə  əldə  edilir. 
Əxlaqi  özəlliklərə  uymamaq  ülküləri  də  gözdən 
salar.  

 
Başqalarının yanlışlıqlarını arayıb yarqılamaq bizim 
görəvimiz  deyildir.  Biz bütün gücümüzü öz 
davranışlarımızı 
yarqılamağa 
yönəltməklə 
sorumluyuq. 
Yapdığımız  kiçik  yanlışlıqlardan 
dolayı  olsa  da,  yaxınlarımızın  ələşdirilərinə  dözə 
bilmiriksə,  başqalarını  yarqılama  haqqına  sahib 
deyilik. 
Başqalarının  yanlışlıqlarını  görürüksə, 
ələşdirmək  üçün  öncə  izn  almalıyıq.  Ancaq onun 
yanlışlığını  başqalarına  söyləməyə  haqqımız 
yoxdur. 
Başqalarından  onun  yanlışlıqlarının 
düzəldilməsi üçün yardımçı olmasını istəməməliyik.  

 
Şəhvət  qonusunda  çox  düşünməyin.  Bir  qərara 
gəldiyinizdə,  sürəkli  qərarınızı  yarqılamayın.  Bir 
yanlış  işi  yenidən  etməmək  üçün and içib 
vicdanımızda bir sorumluluq üstləniriksə, ən doğru 
yol budur ki, ağlımız haqqında and içdiyimiz sorunu 
unutsun və xatırlamasın. Bir satıcı satdığı malını bir 


168 
 
daha düşünməz, yeni mallar haqqında düşünər. Bir 
daha etməyəcəyimiz işi də bu şəkildə alqılamalıyıq.  

 
Tanrı  adlanan  həqiqəti  gerçəkləşdirmək  istəyən  o 
adamın kimliyini bilməkmi istəyirsiniz? 
O,  aqressivlik  və  şəhvətdən,  ehtiras  və 
təmayüllərdən,  qorxu  və  təkəbbürdən  bütünüylə 
azad olmuş insandır. Özünü heç və sıfır sanmalıdır. 
Bütün  hisslərini  tam  olaraq  kontrol  etməlidir.  Bu 
kontrol da damaq 
və  dildən  başlamalıdır.  Dil, 
dadma  duyusunun  aracı  olduğu  qədər  də  qonuşma 
aracıdır. Dil aracılığı ilə biz yanlış və yalan sözlər 
danışıb  başqalarını  incidirik.  Damaq  zövqləri 
arxasınca getmək bizi yeməklərin köləsi edər. Öylə 
ki,  heyvanlar  kimi,  ancaq  yemək  üçün  yaşarıq. 
İlkələr yoluyla özümüzü “mələklərdən bir az aşağı” 
varlıqlara  dönüşdürə  bilərik.  Öz  hisslərinə  hakim 
olan adam bütün insanlardan üstün olur. Bütün 
gözəl özəlliklər onda var olur. Tanrı onun aracılığı 
ilə özünü göstərmiş olur.  
Tanrı əmrləri olaraq tanınan həyatın bütün yasaları 
çox sadə və anlaşılırdı. Sadəcə onların uyqulanması 
üçün  gərəkən  tək  şey  iradədir.  Bəşər  toplumuna 
hakim olan tənbəllik və iradəszilik üzündən bunlar 
çətin görünür. Doğada heç bir şey durqun durumda 
deyildir. 
Yalnız Tanrı durqun və dəyişməzdir. Dün, 
bu  gün  və  yarın  bir-birlərinə  bənzəsələr  də,  ancaq 
sürəkli  devinimin  (hərəkətin)  ürünüdür.  Bu  üzdən 
də bəşər toplumu diri qalması üçün sürtlə ərmişliyə 
doğru  devinməlidir  inancındayam.  Yalnız  böyləcə 
həqiqətə və qeyri—aqressivliyə qovuşa bilər.  

 
Bilimsəl  denəmələri  gerçəkləşdirmək  üçün  silsilə 
elmi  öyrətiləri  öyrənməyə  gərəksinim  (ehtiyac) 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə