Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə58/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

195 
 
bilməz.  Tanrı  heç  bir  zaman  öz  sabahına  bir  şey 
saxlamaz. 
Tanrı, yalnız indiki anda ehtiyacı olanları 
yaradar. 
Tanrı iradəsinə arxalanacaq olursaq, bizim 
indiki  ehtiyaclarımızı  Tanrının  gedərəcəyinə 
inanmalıyıq.  Bu  inancla  yaşayan  qutsallar  və 
Tanrısevərlər bu doğrultuda bolca əxlaqi təcrübələr 
miras  buraxmışlar.  Biz “Tanrı  insanın  gündəlik 
ehtiyacından  daha  artığını  təmin  etməz.”
*
  kimi, 
Tanrısal  yasadan  xəbərsiz  qalmışıq.  Bu  xəbərsiz 
qalma  və  aymazlıq  (cəhalət)  müxtəlif  müsibətlərin 
ortaya  çıxmasına  zəmin  oluşdurmuş.  Milyonlarca 
insan  aclıqdan  ölürkən,  zənginlər  ehtiyaclarından 
daha  artığını  saxlamaqdadırlar.  Hər  kəs  öz 
ehtiyacına görə saxlasa idi, kimsə acından ölməzdi. 
İndiki  durumda  zənginlər  də  yoxsullar  qədər 
pərişandırlar.  Yoxsul,  milyoner  olma  həsrətində 
rahatsızdır,  zəngin  isə,  var-dövlətini  neçə  qat 
artıraraq  milyarder  olma  həsrətində  pərişandır.  Bu 
üzdən  də  zənginlər  toplumsal  barış  və  toplumsal 
rahatlıq 
üçün 
öz 
zənginliklərindən 
vaz 
keçməlidirlər.  Varsıllar  (zənginlər)  var-dövlətlərini 
orta  bir  düzeydə  saxlasalar,  ölkədə  aclıq  olmaz  və 
a
clar  da  varsılların  yanında  rahatca yaşama  dərsini 
öyrənərlər.  

 
İqtisadi  eşitlik  istiqlalın  açarıdır.  Çünkü  iqtisadi 
eşitlik  həm  də  qeyri—aqressivlik  gərəkdirər. 
İqtisadi bərabərlik yolunda çalışmaq sərmayə və iş 
arasındakı  əbədi  mübarizənin  ləğvi  anlamındadır. 
Bu, 
o  deməkdir  ki,  sərmayəni  əlində  bulunduran 
azınlıqla  ac  və  səfil  durumda  yaşayan  çoxluğun 
arasında  bir  dəngə  sağlanmış  olur.  Zənginlər  və 
milyonlarca  yoxsullar  arasında  sinfi  uçurum 
                                                 
*
 
Hz. İsanın öyrətilərindən.  


196 
 
durduqca, qeyri—
aqressivliyə dayanan bir hökümət 
qurmaq mümkün olmayacaq. 
Yeni  Dehlidə  təsis 
edilən  saraylarla  daxmasız  və  ya  qaranlıq 
daxmalarda  yaşayan  hindlilər  azad  bir  Hindistanda 
bir gün də davam etməməlidir. Çünkü zənginlər və 
yoxsullar torpaq qonusunda eyni hüquqa sahib 
olduqlarında Hindistan gerçək anlamda azad olacaq. 
Zənginlikdən  və  zənginliyin  yaratdığı  qüdrətdən 
ölkənin  ümumi  rifahi  və  məsləhəti  üçün  könüllü 
olaraq 
yararlanılmazsa, sonunda qanlı devrim ortaya 
çıxa  bilər.  Mənim  böylə  bir  nəzəriyəm  var: 

zənginlər  özlərini  toplumun  ümumi  əmanətini 
qoruyan 
əmanətçisi  kimi  bilməlidirlər.  Toplumun 
əmanəti onlara tapşırılmış.” Bir çox şəxslər mənim 
ortaya atdığım nəzəriyəni gülünc görüb gülürlər. Nə 
q
ədər  gülsələr  də  mən  bu  nəzəriyəyə  bağlıyam, 
bütün  varlığımla  ona  inanıram.  Bu  nəzəriyənin 
həyatı  keçməsi  çox  çətindir.  Ancaq qeyri—
aqressivliyə çatmaq da asan deyil, çox çətindir.  

 
Gerçək eşit dağıtım nə deməkdir? Eşit dağıtım, yəni 
hər  kəsin  doğal  ehtiyaclarını  gedərmək  üçün 
gərəkən aracları əldə edib qullana bilməsi. Örnəyin, 
birinin  mədəsində  həzmetmə  sorunu  var  və  yalnız 
gündə 200 qram un istifadə edir və bir başqası isə, 
gündə  yarım  kilo  un  istifadə  edirsə,  hər  iki  adama 
öz  ehtiyaclarını  bərtərəf  etmələri  üçün  olanaq 
sağlanmalıdır.  Bu  idealın  həyata  keçməsi  üçün 
toplumsal düzən kökündən dəyişməli və yeni düzən 
qurulmalıdır. Qeyri—aqressivlik üzərində gəlişməni 
özünə  hədəf  olaraq  seçən  toplumun  bundan  başqa 
bir  yolu 
ola  bilməz.  Bəlkə  biz  bu  hədəfə  çata 
bilmərik,  ancaq  zehnimizdə  bu  planı  qəbul  edib 
sürəkli  ona  yaxınlaşmağa  çalışmalıyıq.  Bu amaca 


197 
 
yaxınlaşdıqca,  içimizdə  özümüzü  dərindən  mutlu 
hiss  edəcəyik.  Bu mutluluq enerjisi bizi qeyri—
aqressiv 
toplum 
oluşdurmağa 
daha 
da 
həvəsləndirəcək.  Qeyri—aqressiv  yolla  eşit  gəlir 
dağılımını sağlamaq necə mümkün ola bilər? 
Bu  ülkünü  qəbul  edib  həyatının  bir  parçası  edən 
adam  hər  şeydən  öncə  özəl  həyatında  gərəkən 
dəyişiklikləri etməlidir.  
Sürəkli  olaraq  Hindistanın  yoxsul  durumunu 
düşünüb, ehtiyacını ona görə ayarlamalıdır. Adamın 
qazandığı para hər tür yalançılıqdan, aldatmalardan 
uzaq  olmalıdır.  Ehtikarla ilgili düşüncələr  və 
istəklər  beyindən  təmizlənməlidir.  Yaşadığı  yer  və 
ev  imkanları  yeni  düşüncəsi,  yeni  həyat  tərzi  ilə 
uyumlu  olmalıdır.  Həyatının  bütün  sahələrində 
ehtiyaclarını  sınırlandırmalı,  nəfsinə  hakim 
olmalıdır.  Bütün  bunları  başaran  şəxsin  dünyaya 
baxışı dəyişər, insaniləşər. Həyat tərzini yaxınları və 
qonşuları  ilə  paylaşma  əxlaqını  əldə  edər.  Sınırlı 
ehtiyaclar  əsasında  başqalarına  necə  mutlu olma 
dərslərini də öyrədə bilər.  
Eşit  dağıtımı  amaclayan  bu  nəzəriyənin 
gerçəkləşməsi 
üçün 
zənginlərin 
özlərini 
zənginliklərinin  əmanətçisi  kimi  bilmələri  şərtdir. 
Çünkü bu nəzəriyəyə görə zənginlər də ehtiyaclarını 
sınırlamalı,  qısıtlamalıdırlar.  Böylə  eşitliyin 
sağlanması üçün nə etmək gərəkir? Qeyri—aqressiv 
yöntəmə  dayanmaqmı  gərəkir?  Zənginlərin 
zənginliklərini  zorla  əllərindən  almaqmı  gərəkir? 
Zora  əl  atmaq  aqressivlik  gərəkdirir  ki,  bu  da 
toplumsal  psixologiyanın  pozulmasına  səbəb  olar. 
Devr
imlər  toplumun  və  ölkənin  daha  da 
yoxsullaşmasına  səbəb  olar.  Çünkü  zənginliyi 
qazanma  yolunda  təcrübələr  qazanmış  insanları 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə