Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə60/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

202 
 
zərər  verməyi  düşünməməliyik.  Yardım  etməliyik 
k
i,  o,  durumunun  zərurətini  anlaya  bilsin.  Bizim 
onunla  əməkdaşlıqdan  vaz  keçməmiz  dürüst 
olmayan  durumu  anlaya  bilməsi  üçün  onun 
gözlərini açacaqdır.  

 
Öylə bir zaman təsəvvür edə bilmirəm ki, dünyada 
mütləq  bərabərlik  bərqərar  olsun.  Ancaq  böylə  bir 
zamanı  təsəvvür  edə  bilirəm  ki,  zəngin  yoxsullara 
zərər  vermədən  zənginliyini  artıra  bilsin  və  yoxsul 
da  zənginin  zənginliyinə  həsədlə  baxmasın.  Ən 
ideal  durumda  bilə,  bərabərsizliyi  ortadan  qaldıra 
bilmərik.  Ancaq  düşmənliyi  ortadan  qaldıra  bilərik 
və  qaldırmalıyıq.    Zənginlərin  yoxsullarla 
dost
luqları  qonusunda  bir  çox  örnək  olmuşdur.  Bu 
örnəklərin sayını daha da artırmalıyıq.  

 
Sərmayədarların və maliklərin təbii zərurət üzərinə 
sömürgəçi olduqlarına inanmıram. Onların çıxarları 
ilə  xalq  kütləsi  mənafeyi  arasında  barışılmaz 
təzadların olduğuna da inanmıram. Hər tür sömürgə 
sömürülənlərin könüllü və ya icbari əməkdaşlıqları 
sonucunda  ortaya  çıxmışdır.  Bu  bir  gerçəkdir  ki, 
toplum sömür
ənlərin  itaətindən  boyun  qaçırsa,  heç 
bir  şəkildə  sömürü  də  olmaz.  Ancaq cismi 
h
əyatımız  da  söz  qonusu  olduğundan  bizi  əsaərətə 
məhkum  edən  zəncirləri  öpərək  qəbul  edirik. 
Dəyişilməsi  gərəkən  bu  durumdur.  Maliklərin  və 
sərmayədarların  məhv  edilmələri  lazım  deyil. 
Onların  xalq  kütləsi  və  işçilərlə  olan  ilişkiləri 
dəyişməli və sağlıqlı bir ortama oturtulmalıdır.  

 
Sinfi  savaşlar  mənim  üçün  çəkici  bir  düşüncə 
deyildir. 
Hindistan sinfi savaş mümkün də deyildir. 
Qeyri—
aqressivlik  ilkələrinə  uyarsaq,  sinfi  savaşa 
heç ehtiyac da qalmaz. 
Sinfi  savaşı  bir  zərurət 


203 
 
olaraq anlayanlar qeyri—aqressivliyi 
ya 
qavramam
ış, ya da çox üzüysəl qavramışlar.  

 
Yoxsulların  sömürüsü  bir  neçə  milyoneri 
öıldürməklə  ortadan  qaldırıla  bilməz.  Yoxsulların 
aymazlıqlarının (cəhalətlərinin) ortadan qaldırılması 
və onların sömürücülərlə əməkdaşlıq etməmələri bu 
sorunu ged
ərə  bilər.  Bu  əməkdaşlıq  etməmə 
sömürücülərin  də  dəyişməsinə  yardımçı  ola  bilər. 
Məncə  bu  tür  mübarizənin  sonucu  o  olacaq  ki, 
sərmayədar və işçi bərabər hüquqlu ortaq olacaqlar. 
Sərmayə hər durumda və hər zaman lazımdır.  

 
Zəngin  olanlardan  istənilmişdir  ki,  zənginliklərini 
yoxsulların  hesabına  qazanmış  əmanətdarlar  kimi 
davransınlar.  Əmanətdarlığın  yasal  bir  xəyal 
olduğunu  söyləyə  bilərsiniz.  Ancaq  toplum  sürəkli 
bu haqda düşünüb və ona uyqun biçimdə davransar, 
həyatımız indikindən daha artıq məhəbbət öndərliyi 
ilə  yönləndiriləcəkdir.  Mütləq  əmanətdarlıq 
Oqlidosun  həndəsədəki  nöqtəni  vəsfi  kimi,  yalnız 
zehni  ola  bilər  və  heç  bir  zaman  da  gerçəkləşməz. 
Ancaq  istərsək,  başqa  yöntəmlərlə  qiyasda  bu 
yöntəmdən daha artıq yararlana bilərik.  

 
Öz  mülkündən  imtinaetmə  adi  xalq  kütləsinin  edə 
bilməyəcəyi  bir  işdir.  Zənginlərdən  olan 
bəkləntimiz  budur  ki,  zənginliklərini  və 
yetənəklərini  onlara  tapşırılmış  bir  əmanət  kimi 
anlaya bil
ib  və  onu  toplumun  ortaq  yararı  üçün 
qullanmağı  təcrübə  etsinlər.  Sərmayəyə  zərər 
vermək  altun  yumurta  yumurtayan  toyuğa  zərər 
verməkdir.  
 
 
 


204 
 
 
 
 
Demokratiya və xalq 
 

 
Mənim  demokratiyadan olan  təsəvvürüm  budur  ki, 
demokratik bir ortamda ən yoxsul siniflə ən zəngin 
sinif bərabər imkanlara sahib olsunlar. Bu da, ancaq 
qeyri—aqressiv yolla ola bil
ər.  

 
Mənim  inancıma  görə  ən  aşağı  xalq  kütləsini  də 
içinə  alacaq  olan  toplumsal  eşitlik  kəsinliklə  zorla 
bərqərar  ola  bilməz.  Bu  iş  aşağı  sinifi  eyitim  və 
öyrətim  yoluyla  gerçəkləşə  bilər.  Aşağı  sinif 
çəkdikləri  bütün  acılara  baxmayaraq,  qeyri—
aqressiv yol
la  toplumun  səviyəsini  yüksəldə  bilər. 
Qeyri—
aqrsssiv savaşın yolu qeyri—əməkdaşlıqdır. 
Bir  zaman  gəlir  ki,  qeyri—əməkdaşlıq  hər  kəsin 
uyması gərəkən sosial pozisiona dönüşür. Kimsə öz 
zərəri  hesabına  əsarət  və  köləliklə  əməkdaşlıq 
etmək  zorunda  deyil.  Başqalarının  hesabına  əldə 
edilən  azadlığın  ömrü  uzun  sürəli  ola  bilməz. 
Məhrum siniflər, yalnız qeyri—əməkdaşlıq yoluyla 
azadlığı  qazanma  sənətini  əldə  etdikdən  sonra 
azadlığın nə oldğunu anlayacaqlar.  

 
Dinc  yolla  itaətsizlik  hər  kəsin  doğal  haqqıdır.  Bu 
haq
qından  vaz  keçən  adam,  insan  sayılmaz.  Dinc 
yolla itaətsizlik heç bir şəkildə xaosla sonuclanmaz. 
Ancaq aqressiv itaətsizlik xaosa və hətta cinayətlərə 
səbəb  ola  bilər.  Hər  dövlət  cinayətkar  asiləri  zorla 
yenmək  istər.  Öylə  etməzsə,  dövlətin  özü  devrilər. 
Qeyri—
aqressiv və dinc itaətsizliyi boğmaq vicdan 
və inancı həbs etməkdən başqa bir işə yaramaz.  


205 
 

 
Gerçək  demokratiya  dürüst  olmayan  və  aqressiv 
araclarla bərqərar edilə bilməz. Fərdi azadlıq, yalnız 
gerçək  “ahimsa”  rejiminin  qurulması  ilə  əldə  edilə 
bilər.  

 
Dünyada  bu  qədər  insanın  diri  qalması  göstərir ki, 
dünya silah
ın  gücünə  güvənməmiş,  həqiqət  və 
məhəbbətə  güvənmişdir.  Həqiqətin  və  məhəbbətin 
danılmaz  gücü  bu  gerçəklikdə  saxlıdır  ki,  böyük 
dünya savaşlarına qarşın, həyat davam etməkdədir. 
Yüz  minlərcə  ailələrin  həyatının  pərişan  edilməsi, 
həyatların  söndürülməsinə  baxmayaraq,  həyat 
davam  etməkdədir.  Tarix,  yalnızca  məhəbbətin 
qırılma  və  yenilmə  olaylarını  yazmışdır.  Olayın 
dərinliyinə diqqət etməmişdir. Tutalım ki, iki qardaş 
bir-
biri  ilə  anlaşa  bilmir,  dalaşırlar.  Bunlardan biri 
bu əməlindən peşman olur və fitrətindəki məhəbbət 
oyanır.  Sonra  da  hər  ikisi  də  barışıb  və  barışcıl 
yaşamlarına  davam  edirlər.  Kimsə  bu  olaya  diqqət 
etməz.  Ancaq  bu  iki  qardaş  daha  da  aqressiv 
davranıb bir-birinə silah çəkib məhkəməyə düşsələr, 
o zaman bütün qəzetlər və xəbər aracları durmadan 
bu  xəbəri  yayacaqlar.  Bütün qonum—qonşu  da 
bunu danışacaq, bəlkə tarixə də keçəcək. Ancaq bu 
iki  qardaşın  anlaşmalarını  nə  qonum—qonşu 
danışar, nə qəzetlər yazar. Ailələr üçün keçərli olan 
b
u durum firqələr və millətlər arası ilişkillər üçün də 
keçərlidir.  Ailələr  üçün  bir  məhəbbət  qanunu  və 
millətlər  üçün  isə,  başqa  məhəbbət  qanununun  var 
olduğunu  söyləyə  bilmərik.  Anlaşıldığı  kimi,  tarix, 
yalnızca  qopmaları  və  qırılmaları  qələmə  almışdır, 
b
ütünləşmələri  qələmə  almaqdan  vaz  keçmişdir. 
Doğal güc olan ruhi qüdrət heç bir zaman tarixdə öz 
yerini almamışdır.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə