Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə59/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

198 
 
qaçırmaq,  öldürmək  kimi  işlər  sonuc  etibarı  ilə 
ölkənin  ümumi  yazqısına  zərər  verəcəkdir.  Ölkə 
daha  da  yoxsullaşacaqdır.  Ölkədə  sərmayəni 
qazana
n təcrübəli insanlar olmayacaqdır. Bu üzdən 
də  qeyri—aqressiv  yöntəmin  üstünlükləri  açıqca 
görünməkdədir.  Bu  yöntəmə  görə  zəngin  adam 
zənginliyinə  və  mülkünə  özü  sahib  olur.  Bu 
zənginlikdən,  yalnız  ehtiyacı  olduğu  qədər  istifadə 
edir. 
Qalan hissəsini isə, ona əmanət kimi buraxılan 
toplumun  varı  kimi  görür.  Bu  əmanət,  yalnız 
toplumun  ümumi  çıxarları  yolunda  xərclənməlidir. 
Bu  yöntəmdə  əsas  iş  şəxsin  dürüstlüyündən  və 
şərafətindən asılıdır.  

tün  israrlı  çalışmalara  qarşın,  zənginlər  özlərini 
əmanətdar  bilmək  yerinə  gündən  günə  daha  da 
zənginləşib və yoxsulları sömürərlərsə, o zaman nə 
etmək  gərəkir?  Bu  sorunu  çözmək  üçün  mən  çox 
düşündüm.  Məncə  bu  sorunu,  ancaq  qeyri—
əməkdaşlıq  və  ümumi  mədəni  itaətsizliklə  çözmək 
olar. 
Zənginlər yoxsulların qatqısı olmazsa, sərmayə 
qazana bilməzlər. Yoxsullar bu gerçəyi dərk etsələr 
güclənərlər.  Bu  gerçəyi  də  anlarlar  ki,  qeyri—
aqressiv  yöntəmlə  onları  aclıq  sınırına  qədər 
sürükləyən sərmayədarları təslim edə bilərlər.  

 
Hər gün bir saat hər insan ən yoxsul adamların işini 

rməlidir.  Bundan  daha  nəcib, daha milli bir  iş 
təsəvvür  edə  bilmirəm.  Bu yolla özümüzü 
yoxsulların içində görüb və bəşərin nə kimi ağrılar 
çəkdiyini hiss edə bilərik. Bundan daha yaxşı bir iş 
ola  bilməz  ki,  Tanrı  və  yoxsullar  adına  özümüzü 
həyatımızın  bəlli  saatlarında  yoxsullar  kimi  çalışıb 
yaşamağa alışdıraq.  


199 
 

 
İncil  “çörəyini  alnının  təri  ilə  qazan”  deyir. 
Fədakarlığın çox çeşidli türləri var. Onlardan biri də 
halalca  çörək  qazanmaqdır.  Hər  kəs  çox  deyil, 
yalnızca  öz  çörəyini  qazanmaq  üçün  çalışarsa,  hər 
kəs  üçün  həm  yetəri  qida,    həm  də  yetəri  rahatlıq 
sağlanmış olur. Artıq cəmiyətin artımı ilə ilgili hay-
küy 
də  qopmaz.  Bu,  fədakarlığın  ən  yüksək 
düzeyidir. 
Şübhəsiz  ki,  insanlar  bədənləri  və  ya 
beyinləri ilə başqa işlər də görəcəklər. Ancaq bütün 
görülən  işlər  məhəbbət  uğruna  və  toplumun  genəl 
rahatlığı üçün ediləcəkdir. Bu durumda artıq varsıl-
yoxsul,  yüksək-alçaq,  təmiz-nəcis  anlayışları 
olmayacaqdır.  

 
Kimsə  söyləyə  bilər  ki,  mənim  cəhrə  (ipəyirmə 
makinası)  ilə  çalışmağa  ehtiyacım  yox,  çünkü 
həyatımı  təmin  edə  bilirəm.    Bunun  dəlili  odur  ki, 
adam özü 
ürətməmiş  və  özünün  olmayan  qidalarla 
yaşamaqdadır.  Adam  öz  yurddaşlarını  talan 
edənlərin  şərikidir,  ya  da  onlardan  qidalanır. 
Cebinizdə  olan  paranın  hardan  qaynaqlandığını, 
necə  qazanıldığını  araşdırsanız,  mənim  söyləmək 
istədiyimi yaxşıca anlayacaqsınız.  
Yoxs
ullara  geyim  və  yeyəcək  bağışlayaraq  onları 
aşağılamamalıyam.  Onların  böylə  xeyriyəçiliyə 
ehtiyacları  yoxdur.  Onların,  həyatlarını  sürdürə 
bilmələri  üçün  işə  ehtiyacları  var.  Özümü 
yoxsulların  ərbabı  və  hamisi  kimi  göstərmə 
suçluluğuna  girməməliyəm.  Onların  yoxsul 
olmalarında  mənim  də  suçumun  olduğunu 
anladığımdan  bəri,  nə  artıq  tikəmi,  nə  də  əskimiş 
paltarımı onlara verirəm. Ən yaxşı yeməyimi və ən 
təzə paltarımı onlara hədiyə edirəm. Yeri gəldiyində 
on
larla bir yerdə çalışıram. 


200 
 
Tanrı insanları yaratmış ki, öz yeməyini özü təmin 
etsin. 
Tanrı  söyləmiş  ki,  çalışmadan  yeyənlər 
başqalarının işlərinin nəticəsini oğurlayanlardır.  

 
Xəstə  olmayan  bir  qadın  və  ya  kişi  işsiz  və 
yeməksiz  isə,  biz  öz  istirahətimizdən  və  yaxşı 
yemək yeməyimizdən dolayı utanmalıyıq.  

 
İmtiyazlar  və  inhisarlara  nifrət  edirəm.  Toplumla 
paylaşılması mümkün olmayan hər şey mənim üçün 
haramdır.  

 
Mənım  hər  şeydən  imtina  etməyimə  dünya  gülə 
bilər.  Gülsün,  azaddır, gülə  bilər. Mənim  üçün  hər 
şeydən  imtinaetmə  böyük  zənginlikdir.  Çox 
istərdim dünyada mənim qədər mutlu olan ikinci bir 
şəxs olsun. Nədən hər şeydən imtina etmək məni bu 
qədər  mutlu  etmişdir?  Bu,  sahib  olduğum  ən 
qiymətli  xəzinədir.  Bu  üzdən  yoxsulluğun  dəyəri 
haqqında  mənim  moizəmi dinlərkən,  dünyanın  ən 
zəngin  insanı  olduğumu  söylərsəm,  tam  yerində 
olar. 
Dünyanın ən böyük sərmayədarı mənim qədər 
mutlu ola bilərmi, əcəba? 

 
Dünyanın  bütün  müqəddəs  kitabları  haqqında 

sabahının  fikrində  ol”  söylənilmişdir.  Sağlıqlı  bir 
toplumda  uyqun  işlə  para  qazanmaq  dünyanın  ən 
asan  işi  olmalıdır.  Bir  ölkənin  yaxşılıq  durumunu 
onun milyonerlərinin sayına görə deyil, yoxsulların 
olmamasına görə dəyərləndirmək lazımdır.  

 
Sağlığı  yerində  olan  adama  şərəfli  yaşaya  bilməsi 
üçün  işsizlik  parası  ödənməsini  mənim “ahimsa” 
anlayışım  qəbul  etməz.  İmkanım  olsaydı,  pulsuz 
yemək  verilən  bütün  xeyriyə  mərkəzlərini 
qapatardım. 
Bu 
kimi 
mərkəzlər 
milləti 
tənbəlləşdirər,  tənbəlliyi,  işsizliyi,  riyanı  və  hətta 
cinayəti təşviq edər.  


201 
 

 
Ac və işsiz kütlə üçün Tanrı, ancaq ona yemək və´d 
edən bir varlıq kimi görüntülənər.  

 
Yo
xsul  bir  adam  üçün  mənəviyat,  yəni  iqtisadiyat. 
Başqa heç bir yolla milyonlarca ac insanı etkiləmək 
olmaz. 
Aclığını ortadan qaldıracaq ehtiyacın dışında 
hər  şey  onun  üçün  önəmsizdir.  Ac adam üçün 
yemək  verən  onun  Tanrısı  kimi  görünər.  Onların 
başqa  şeyləri  düşünmə  yetisini  aclıq  əllərindən 
almışdır.  

 
Qeyri—
aqressiv  yöntəmlə  sərmayədarları  deyil, 
sərmayədarlığı  məhv  etmək  istəyirik.  Biz 
sərmayədarları  dəvət  edirik  ki,  sərmayələrinin 
qaynağı olan yoxsullara fərqli yanaşsınlar. Özlərini 
sərmayələrinin  əmanətdarları  kimi  anlasınlar. 
Sərmayənin gücü varsa, işin də gücü vardır.  

 
Bu  qüdrətlərdən  hər  biri  məhv  etməyə  və  ya  abad 
etməyə də yönələ bilər. Hər biri digərindən asılıdır. 
Öz gücünü anlamış olan işçi üçün durum kökündən 
dəyişə  bilər.  O,  sərmayədarın  köləsi  olmaq  yerinə, 
onun ortağı olar. Sərmayədar sərmayənin tək sahibi 
kimi qalmağa çalışsa, ona qızıl yumurta yumurtayan 
toyuğu öz əli ilə öldürəcək.  

 
Hər  insanın  öz  həyati  ehtiyaclarını  təmin  etməyə 
haqqı var. Hətta quşlar və heyvanların da böylə bir 
haqqı  var.  Hər  bir  haq  da  savunulmaya  ehtiyac 
duyar. 
Bu haqqa saldırıldığında onu savunmaq üçün 
uyqun yollar da ortaya çıxar. İndiki durumda gerçək 
sorun ibtidai bərabərliyi bərqərar etmək üçün uyqun 
görəv və çarələr ürətməkdir.  
Uyqun  görəv  bədənimizlə  çalışmaq  və  uyqun  çarə 
isə,  saldırılar  qarşısında  bizi  haqqımızdan  yoxsun 
buraxanlarla 
əməkdaşlıq  etməməkdir.  Sərmayədar 
və  işçinin  bərabərliyinə  inanırıqsa,  sərmayədara 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə