Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

184 
 
bütün dünyanın rahatlığı və rifahı şərti ilə Hindistan 
diri qalmalı və böyüməlidir. Yer kürəsinin kiçik bir 
bölümü  olan  Hind  adlı  coğrafiyada  öz  bəşəri 
sevgimi 
sınırlandıra 
bilmərəm. 
Hindistana 
dayanaraq  bütün  bəşəri  sevmək  mənim  ülkümdür. 
Bəzi millətlər və ölkələrlə qiyasda Hind daha böyük 
görünür. Ancaq bütün geniş dünya və varlıq aləmi 
ilə qiyasda Hind nədir ki? 

 
Qalarğı  və  əbədi  barışa  inanmamaq,  təbiətin 
Tanrısal  tərəfinə  qarşı  çıxmaqdır.  Barış  yolundakı 
girişimlərin uğursuz olmasının səbəbi bu girişimdə 
bulunanların  səmimi  olmamalarındandır.  Bəlkə 
özləri  öz  səmimiyətsizliklərinin  bilincidə  deyillər. 
Gərəkən 
bütün 
ortamlar 
barış 
üçün 
sağlanılmadığından  barış  gerçəkləşə  bilməmişdir. 
Kimyəvi  bir  tərkibdə  bütün  şəraitlər  bərqərar 
olmazsa,  gərəkən  sonuca  çatmaq  mümkün 
olmayacaqdır.    Əllərində  məhvedici silahlar olan 
dünyanın  tanınmış  öndərləri  bu  silahların  bütün 
durumlarda qullanımından imtina etsəydilər, qalarğı 
barış bərqərar olardı. Dünyanın böyük dövlətləri öz 
imperialist  niyyətlərindən  vaz  keçmədikləri  sürəcə, 
barış  uğruna  çabalamaların  sonucu  olmayacaq.  Bu 
da bu dövlətlərin adam öldürmə yarışmalarından əl 
çəkmədikcə, mümkün olmayacaq.  

 
Qeyri—
aqressiv  nəzəriyənin  dövlətlər  arası 
ilişkilərdə  keçərli  ola  biləcəyinə  inanıram.  İkinci 
Dünya  Savaşına  işarə  edərsəm,  mövzu  çox 
həssaslaşacaqdır.  Ancaq  mövzunu  aydınlığa 
qovuşdura  bilməm  üçün  ona  işarə  etmək  zorunda 
qalacağam.  Bu  savaş  zəif  millətlərin  ölkələrindəki 
zənginlikləri  paylaşmaq  amacı  ilə  olmuşdur.  Daha 
doğrusu  dünya  ticarəti  üçün  başladılmış  savaş  idi. 


185 
 
Avropa  intihar  etmək  istəmirsə,  bir gün 
silahsızlanmağa  başlamaq  zorundadır.  Hansısa  bir 
millət o gün gəlmədən böyük fədakarlığa başlayaraq 
silahsızlaşsa,  bu,  dünya  xalqlarının  alqışlarını 
qazanan  qeyri—
aqressiv  yöntəm  üçün  bir  fürsət 
olacaqdır.  Öz  güvənliyi  yolunda  bu  hərəkəti  etmiş 
olan  bu  millət,  həm  də  dünya  millətlərinə  yararlı 
olacaqdır.  

 
Silahlanma yar
ışı  bu  şəkildə  dəlicəsinə  davam 
edərsə,  tarixdə  bənzəri  olmayan  qırğınla 
sonuclanacaqdır. Gələcəkdə baş verməsi sanılan bu 
savaşın fatehi olmayacaq. Olursa, onun uğuru həyat 
şəklində bir ölüm olacaqdır. Bu qorxunc çıxmazdan 
qurtulmanın  tək  yolu  qeyri—aqressivliyi  parlaq 
sonucu  ilə  bir  yerdə  qeydsiz—şərtsiz  qəbul 
etməkdir.  

 
Acgözlülük  olmasaydı  silahlanmaya  da  ehtiyac 
qalmazdı.  Qeyri—aqressivlik  ilkəsi  hər  tür 
sömürgəçilikdən vaz keçməyi gərəkdirər.  

 
Sömürgəçilik  ruhu  ortadan  qaldırıldıqdan  sonra 
silahlanmaya da ehtiyac qalmaz. D
ünya ulusları bir-
birini  sömürmə  düşüncəsindən  vaz  keçmədikcə, 
gerçək silahsızlanma da olmayacaqdır.  

 
Bu  dünya  bir  gün  vahid  bir  dünyaya  dönüşməzsə, 
onda yaşamağa çox da istəkli olmaram.  
 
 
 
 
İnsan və teknoloji 
 

 
İqtisadiyat  və  əxlaq  arasında  ayırıcı  bir  xəttin 
olduğunu  qəbul  etmədiyimi  etiraf  etməliyəm. 


186 
 
İqtisadi  çalışmalar  bir  fərdin  və  ya  bir  millətin 
əxlaqi  asayişinə  zərər  verərsə,  əxlaqa  ziddir.  Bu 
üzdən  də  bu  növ  iqtisadi  fəaliyətlər  günahdır.  Bir 
ölkəni  başqa  bir  ölkənin  iqtisadi  fəaliyəti  öz 
sömürgəsinə  dönüşdürürsə,  bu  da  əxlaqa  zidd olan 
durumdur.  

 
İqtisadi  fəaliyətlərdə  bəlli  edilən  amaclar  insanın 
mutluluğunu  və  rifahını  təmin  etməklə  bərabər 
əxlaqi  və  fikri  gəlişmələrə  də  imkan  sağlamalıdır. 
Əxlaqi  özəllikləri  ruhani  sözü  ilə  eşanlamı  olaraq 
qullanıram.  Bu  hədəf  desentral  bir  yöntəmlə,  yəni 
mərkəzə bağlı olmamaqla gerçəkləşə bilər. Qeyri—
aqressivliyi  qəbul  etmiş  bir  toplumda  iqtisadi  və 
idar
i sistem olaraq mərkəzçilik qəbul edilə bilməz.  

 
Bu  görüşümü  açıqca  söyləməliyəm  ki,  gərəyindən 
daha  artıq  ürətim  xülyaları  dünyadakı  krizləri 
doğurmaqdadır. Bir an xəyal edəlim ki, makinaların 
ürətimi  bəşərin  bütün  ehtiyaclarını  bərtərəf  edə 
bilər. Ancaq yenə də bir sorun çözülməmiş qalacaq. 
Yəni  ürətim  bəlli  yerlərdə  ürətiləcək.  Bu  üzdən  də 
ürünləri  başqa  yerlərə  çatdırmaq  üçün  dağıtım 
düzəni gərəkəcəkdir. Ancaq ürətim dəyişik yerlərdə 
gerçəkləşərsə,  bu  sorun  kəndiliyindən  çözülmüş 
olur. 
Bu durumda dolandırıcılıq və ehtikar üçün də 
fürsət qalmayacaqdır.  

 
Makinaların  sürəkli  bolca  ürətmələri  tükəticilərin 
gerçək  ehtiyaclarını  göz  önündə  bulundurmaz.  Bol 
ürətim  öz-özünə  yaxşı  bir  iş  olsaydı,  o  zaman 
sonsuza  qədər  ürətimi  artırmaq  olardı.  Ancaq bol 
ürətimin də öz içində bir sınırının olduğunu somut 
(konkret)  şəkildə  görmək  mümkündür.  Bütün 
ölkələr bol ürətim sistemini qəbul edərlərsə, tükətim 


187 
 
üçün böyük bazarlara ehtiyac 
olmayacaq. Bu üzdən 
bol ürətim bir yerdə durmalıdır.  

 
Sənayeləşmənin  hər  ölkə  üçün  lazım  olduğunu 
düşünmürəm.  Başqa  ölkələrlə  qiyasda  Hindistan 
üçün  sənayeləşmə  daha  az  lazımdır.  Bağımsız 
Hindistan  sadə  və  şərəfli  yaşam  biçimini  seçərək, 
kiçik  əl  sənayesi  və  tarım  işləri  aracıyla  dünya 
barışına  qatqıda  buluna  bilər.  Hər  gün  bizə  qəbul 
etdirilən  qarmaşıq  maddi  həyat  biçimi  ilə  böyük 
düşüncələr  uyumlu  ola  bilməzlər.  Nəcib  yaşamaq 
s
ənətini  öyrəndiyimizdə  həyatın  bütün  gözəl 
incəliklərini görmək mümkün olur. Təhlükəli yaşam 
biçimində  həyəcanlar  ola  bilər.  Ancaq  təhlükə  və 
təhlükəli yaşam arasındakı fərqi anlamalıyıq. Yırtıcı 
heyvanlarla  və  vəhşi  adamlarla  dolu  olan  bir 
ormanda  üzərində  heç  bir  silah  olmadan,  sadəcə 
Tanrıya  güvənərək  yaşamağa  cürət  edən  bir  adam 
təhlükə  ilə  qarşı—qarşıyadır.  Ancaq  yüksəklikdə 
yaşayan  bir  adam  insanların  heyrətli  alqışını 
qazanmaq  üçün  özünü  aşağı  atırsa,  təhlükəli  həyat 
şəklini  seçmişdir.  Birinci  adamın  həyatında  böyük 
bir amac var, ikinci adamın həyatında heç bir amac 
yoxdur.  

 
İndiki krizlərin və qarmaşıq durumun səbəbi nədir? 
G
üclü millətlərin zəif millətləri sömürməsinin krizə 
səbəb olduğunu söyləmək istəmirəm. Gerçək səbəb 
qardaş  millətlərin  qardaş  millətlər  tərəfindən 
sömürülməsidir. 
Makina
laşma 
sənayesi 
ilə 
müxalifətim  də  bu  üzdəndir.  Makina  bu  millətlərə 
başqa millətləri sömürmələri üçün imkan yaradır.  

 
Gücüm  yetsə  idi,  bu  an  bu  sistemi  məhv  edərdim. 
Ölümcül  silahların  bu  sistemi  çökərdəcəyinə 
inan
saydım,  heç  şübhəyə  qatılmadan  ən  ölümcül 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə