Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə54/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   50   51   52   53   54   55   56   57   ...   74
    Bu səhifədəki naviqasiya:
  • Sentpol

180 
 
sağlamış olur. İnsanın gerçəkçi oluşuna yardım edir. 
Insan  özünü  bütün  ilişkilərdən  üstün  görəcək 
durumda  olursa,  o  zaman  onda  öyləsinə  təkəbbür 
baş  qaldırar  ki,  gerçəkdən  də  onun  həyatı  dünya 
üzərinə  ağır  və  anlamsız  bir  yük olar. Topluma 
bağlılıq insana insanlıq dərsi öyrədir. Hər kəsin öz 
önəmli  ehtiyaclarını  anlaması  gərəkir.  Mənə  görə 
başqalarına  möhtac  olmamaq  insanı  toplumdan 
ayırırsa,  bu,  bir  gühandır.  Bir  adam  öz  oğuş  (ailə) 
üyələrindən (üzvlərindən) yardım ala bilirsə, nədən 
qonşularından  da  almasın?  “Dünya  mənim 
oğuşumdur”  deyimi  çox  dərin  və  anlamlı  bir 
deyimdir.  

 
İnsanın öz oğuşuna (ailəsinə), yurduna və dünyaya 
olan  görəvliliyi  bir-birindən  ayrı  və  bağımsız 
deyillər.  Kimsə  özünü,  oğuşunu  zərərə  uğradaraq 
yurduna  yararlı  ola  bilməz.  Sonucda  oğuşumuzun 
(ailəmizin)  yaşaması  üçün  biz  ölməliyik. 
Yurdumuzun  da  yaşaması  üçün  oğuş  ölməlidir. 
Dünyanın yaşaması üçün də yurd ölməlidir. Yalnız 
ən  təmiz  varlıqların  qurbanlığa  layiq  olduğunu 
unutmamaq gərəkir. Bu üzdən də insanın öz nəfsini 
bu  yolda  arındırması  birinci  addımdır.  Könlümüz 
təmiz və arınmış olursa, hər an və bütün durumlarda 
görəvimizin nə olduğunu qolayca anlarıq.  

 
Yaşamın  altun  yolu  dünyanı  sevmək  və  bütün 
bəşəriyəti  bir  bütün  olaraq  anlamaqdır.  Öz 
məzhəbini  başqa  məzhəblərdən  üstün  sayan  adam 
dindaşlarını yanlış yola sürükləməkdədir. Bu yanlış 
tutumu ilə sayqısızlıq və dinsizlik yolunu da açmış 
olur. 
Bütün dinlər eşitdir.  

 
Mən  Hindistanın  özgürlüyü  üçün  yaşayıram  və  bu 
yolda  ölməyə  hazıram.  Çünkü bu,  doğruluğun  bir 


181 
 
parçasıdır.  Yalnız  özgür  bir  hind  gerçək  Tanrıya 
ibadət  edə  bilər.  Hindistanın  özgürlüyü  üçün 
çalışıram. Təmiz ulusal duyquları özündə barındıran 

sevadşi”  Hindistanı  sevməmi  öyrətməkdədir. 
Çünkü  Hindistanda  doğulmuşam  və  onun  mənəvi 
mirasından  irs  aparmışam.  Hər  kəsdən  daha  çox 
Hindistana  xidmət  etməyə  layiqəm.  Hər  kəsdən 
daha 
çox  məndən  bəkləntisi  olmalıdır  Hindistanın. 
Ancaq  mənim  yurdsevərliyim  qısır  və  sınırli  bir 
anlayış  deyildir.  Bu  yurdsevərlik,  yalnızca  başqa 
millətlərə  zərər  verməməyi  amaclamamışdır,  həm 
də  bütün  millətlərin  yararını  göz  önündə 
bulundurm
aqdadır.  Mənim  düşlədiyim  üzərə 
Hindistan
ın  özgürlüyü  dünyaya  heç  bir  təhdid  və 
təhlükə oluşdurmaz.  

 
Öz  vətənimizə  özgürlük  istəyirik.  Ancaq bu 
özgürlüyü başqa ulusların zərəri hesabına istəmirik. 
İngiltərəni  qorxunc  bir  zərərə  uğradacaq  olan 
Hindistanın 
özgürlüyünü 
əsla 
istəmərəm. 
Başqalarının da yararlana biləcəyi özgür Hindistanı 
istəyirəm. Hindistanın özgürlüyünün dünya barışına 
yararlı  olmasını  diləyirəm.  Mənim  vətənsevərlik 
anlayışım  bu  fəlsəfəni  içərməkdədir  ki,  adam  öz 
oğuşu  (ailəsi)  üçün,  oğuş  kənd  üçün,  kənd  qəsəbə 
üçün, qəsəbə əyalət üçün, əyalət ölkə üçün ölə bilər. 
Ölkə də bağımsız və özgür olmalıdır ki, gərkdiyində 
dünya barışı uğruna ölə bilsin. Bu üzdən də mənim 
ulusçuluqdan  amacım  ölkəmin  özgür olmasıdır. 
Özgür  olmalıdır  ki,  gərəkdiyində  bütün  Hindistan 
məhv olsun, ancaq yer üzündə bəşər məhv olmasın. 
B
əşərin  məhv  olmasını  önləmək  üçün  Hindistan 
özünü 
fəda etməyi başarmalıdır. Mənim inancımda 


182 
 
nifrət və kinə yer yoxdur. Bizim nasionalizmimizin 
də böylə olmasını diləyirəm.  

 
Sınırlarımızın  ötəsində  qonşularımıza  və  başqa 
uluslara xidmət etməmizi heç bir şey önləyə bilməz. 
Çünkü bu sınırları Tanrı icad etməmişdir.  

 
Mənim amacım bütün dünya insanlarını sevməkdir. 
Ən  yüksək  məhəbbəti  ən  yüksək  etirazımla  bir 
yerdə yalanla qarışdırıb yalanı yenə bilərəm.  

 
Mənim 
üçün 
yurdsevərliklə 
insansevərlik 
eşanlamlardır.  İnsan  olduğum  və  insana  bağlı 
olduğum  üçün  yurdsevərəm.  Hindistana  xidmət 
üçün  İngiltərəyə  və  ya  Almaniyaya  zərər  vermək 
istəmirəm.  Mənim  həyat  tərzimdə  imperializm  və 
sömürgəçilik  deyə  bir  anlayış  yoxdur.  Bir 
y
urdsevərin yaşam yasası ilə insanlığa xidmət edən 
bir  ruhaninin  yaşam  yasasının  fərqi  yoxdur.  Bir 
vətənsevər,  həm  də  sarsılmaz  bir  insansevər 
olmazsa, 
vətənsevərliyinin bir anlamı olmaz. Xüsusi 
yasa ilə siyasi yasa arasında ziddiyət yoxdur.  

 
Bizim Qeyri—
Əməkdaşlıq Hərəkətimiz İngiltərə ilə 
əməkdaşlıq  etməmək  deyildir.  İngiltərənin  icad 
etdiyi  yöntəmlə  biz  əməkdaşlıq  etmək  istəmirik. 
Çünkü  İngiltərənin  yöntəmi  zəifləri  sömürmə 
üzərində qurulmuşdur. Bizim amacımız özümüzü öz 
içimizdə  sınırlamaqdır.  İngiltərənin  məmurları  ilə 
əməkdaşlıq 
etməməkdir. 
Bizim qeyri—
əməkdaşlığımız  ingilis  məmurları  ilə  işbirliyi 
etməməkdir.  Biz  onlara  deyirik:  “Gəlin  bizim 
bulunduğumuz  duruma  görə  bizimlə  əməkdaşlıq 
edin. 
Bu  əməkdaşlıq  bizə,  sizə  və  bütün  dünyaya 
çox  yararlı  olacaqdır.”  Ayaqlarımızın  altını 
boşaltmalarına  izn  verməməliyik.  Özü  dənizdə 
b
oğulan  adam  bir  başqasına  yardımçı  ola  bilməz. 


183 
 
Başqalarını  qurtara  bilmək  üçün  öncə  özümüzü 
qurtarmalıyıq. Hind nasionalismi özəl, saldırqan və 
uçurucu deyildir. Bu nasionalis
m  sağaldıcı  və 
məzhəbidir.  Bu  üzdən  də  insansevərdi.  Bəşər 
toplumunun 
azadlığı yolunda ölməyi başara bilməsi 
üçün 
Hind azad yaşamağı öyrənməlidir.  

 
İngiltərənin  yenilgəsini  və  ya  aşağılanmasını 
istəmirəm.  Londondakı  böyük  Sentpol  kilsəsi 
uçurularsa, çox üzgün olaram. 
Bu  xəbər  məni 
hindlilərin  kaşdeşuanat  məbədinin,  ya  da  Dehlidə 
müsəlmanların  camisinin  uçurulma  xəbərini 
duyacağım  qədər  rahatsız  edər.  Mən  kaşdeşuanat 
məbədi,  Dehli  camisi  və  hətta  Sentpol  kilsəsi 
yolunda  özümü  fəda  etməyi  tərcih  edirəm.  Ancaq 
onları  savunan  kimsənin  canını  almaq  istəmirəm. 
Mənim  ingilis  xalqı  ilə  əsas  fərqim  də  budur.  Bu 
üzdən  də  özümü  ingilis  xalqı  ilə  dərddaş  hiss 
edirəm. Umarım ki, ingilislər, konqrə üzvləri və ya 
mənim səsimi duyan hər kəs yanlış anlamamışdır və 
mənim nəyi savunduğumu bilmişlər. Kimsə mənim 
ingilislərlə  dərddaşlığımı  bu  şəkildə  anlamamalıdır 
ki,  ingilisləri  sevirəm  və  örnəyin  almanlara  nifrət 
edirəm.  Alman  və  ya  italiyan  millətinin  ingilis 
millətindən  daha  kötü  olduqlarına  inanmıram.  Biz 
hamımız  bir  soydanıq.  Böyük bəşər  toplumuna 
mənsubuq.  Mən  heç  bir  üstünlüyü  qəbul  etmirəm. 
Hindli
lərin  də  üstün  millət  olduqlarına  inanmıram. 
Hamımızın bənzər kötülüklər və yaxşılıqlarımız var. 
Bəşər  toplumu  ayrı  hovuzçalar  kimi,  bir-birindən 
ayrı  deyildir.  Bəşər  bir  bütün  olaraq  bir-birinə 
bağlıdır.  Mən  demirəm  “Hind  diri  qalsın,  ancaq 
Hindin dışında bütün dünya batırsa, batsın.” Mənim 
böylə  görüşüm  ola  bilməz.  Başqa  millətlərin  və 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə