Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə46/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

151 
 
Qeyri—
aqressiv dirənişə qatılıramsa, böyük sadəlik 
və  alçaqkönüllülüklə  bu  böyük  öyrətmənlərin 
izlərində yürüməyə çalışıram.  

 
“Satyaqraha” qanunlarından biri də budur ki, insan 
əlində  heç  bir  silah  bulundurmadan,  savaşdan 
çəkinməyərək,  davranır  və  fani  bədənindən  vaz 
keçməyi başarır.  

 
Ahimsa 
ruhi  gücdür.  Ruh  da  dəyişməz,  ölməz  və 
sonsuzdur. 
Atom  bombası  cismi  gücün  ən 
zirvəsidir.  Bu  üzdən  bu  güc  bütün  nəsnəl  varlığa 
hakim olan 
dəyişim,  çöküş  yasalarına  tabedir. 
Müqəddəs  kitablar  bizə  öyrədir  ki,  ruhi güc öz 
yüksək  ərmişliyinə  (kamala)  vardığında  yenilməz 
biçim almış olur. Ancaq yüksək ərmişliyə varmanın 
şərti onun bütün vücudumuzda etkili olması və hər 
tənəffüsümüzdə  duyulmasıdır.  Heç bir örgüt 
qeyri—
aqressiv  yöntəmi  zorla  qəbul  edə  bilməz. 
Qeyri—a
qressivlik  və  həqiqət  anayasada  yazılması 
gərəkən bir şey deyildir. Bunlar özgür iradə və şəxsi 
təmayüllə  qəbul  edilməlidir.  Doğal  bir  biçimdə, 
sanki  bədənimizə  yapışan  paltar  kimi  bizi  içinə 
almalıdır.  Tərs  təqdirdə  bu  anlayışlarda  çəlişkilər 
(təzadlar) ortaya çıxar.  

 
Həyat  başdan—başa  arama  və  diləkdir.  Həyatın 
görəvi  evrimi  aramaqdan  ibarətdir.  Bu  da  insanın 
özünü tanımasından başqa bir şey deyildir. Qüsurlar 
üzündən  bu  yüksək  ülküdən  vaz  keçilməməlidir. 
Özünü məhəbbət qanunu olan ahimsaya həsr etmiş 
ola
n  adam,  hər  gün  daha  az  başqa  canlıların 
həyatına  qıyar.  Eyni  ölçüdə  isə,  yaşam  və 
məhəbbəti  təşviq  edər.  Nifrət  qanunu  olan 
himsa
”ya bağlanan adam, hər gün daha çox digər 


152 
 
canlılara  və  çevrəyə  zərər  verər.  Eyni  ölçüdə  də 
ölüm və nifrəti təşviq edər.  

 
Həyatda qeyri—aqressivlikdən  tam  olaraq  uzaq 
durmaq mümkün deyildir. 
Böylə  bir  soru  ortaya 
çıxır:  aqressivliklə  qeyri—aqressivliyin  ayırışım 
xəttı  hardadır?  Bu  xətt  və  sınır  hər  kəs  üçün  eyni 
deyildir. 
Çünkü ilkələr ümumi və külli olsa da, hər 
kəs  onu  özünəxas  şəkildə  gerçəkləşdirmək  istər. 
Biri üçün yemək olan bir şey bir başqası üçün zəhər 
ola bilər. Ət yemək mənə görə suçdur. Ömür boyu 
ət  yeyərək  yaşamış  olan  biri  bu  alışqanlığından 
məni  təqlid  etdiyi  üçün  əl  çəksə,  suç  işləmiş  olur. 
Mən  ormanlıqda  yerləşıb  tarım  işləri  ilə  uğraşacaq 
olursam, 
özümü  və  tarlalarımı  qorumaq  üçün 
aqressiv 
davranmalı olacağam. Tarlama zərər verən 
quşları, meymunları və həşərələri öldürmək zorunda 
qalacağam.  Özüm  də  birbaşa  olaraq  bu  işi 
görməsəm, başqalarını bu işi görmək üçün xidmətə 
alacağam.  Toplumun  aclığı  sürərkən,  “ahimsa” 
adına  heyvanların  əkinəcəyə  ziyan  verməsinə  izn 
vermək  özü  böyük  suç  sayılmaqdadır.  Yaxşılıq  və 
kötülük  nisbi  qavramlardır.  Bəlli  bir  qoşulda  yaxşı 
olan  başqa  bir  qoşulda  günah  sayıla  bilər.  İnsan 
özünü  məzhəb  quyularında  həbs  etməməli,  geniş 
dənizdə üzərək, ordan gövhərlər əldə etməlidir. Hər 
addımda  nəyin  “ahimsa”  və  nəyin  “himsa”  olduğu 
haqda  düşünməliyik.  Bu  qonuda  utanmağa  heç  bir 
ehtiyac yoxdur. 
Şair  demişdir:  “Tanrıya  qovuşan 
yol  qəhrəmanlar  və  cəsurlar  üçündür,  qorxaqlar  və 
ödləklər üçün deyildir.” 

 
Güvənsizlik  üzündən  yazmaq,  ya  da  söyləmək 
aqressivlik deyildir. Ö
zəlliklə söyləyən və yazan öz 
söyləminin  doğruluğuna  inanarsa,  bu,  aqressivlik 


153 
 
sayılmaz. Gerçək aqressivlik düşüncənin, sözün və 
davranışın  ötəsində  təcavüz  amacı  daşıyar.  Yəni 
müxalif  və  rəqibi  incitmək  niyyəti  daşıyar. 
Başqalarının üstün olması təsəvvürü ilə ilgili yanlış 
anlamalar və xəyali şəxsiyətlərin dəyərlərinin təxrib 
edilməsi  ilə  bağlı  qorxular,  genəldə  insanların 
gerçək  düşüncələrinin  üzə  çəxmasını  əngəllər.  Bu 
d
urum sonunda insanları yalancılığa və riyaya sövq 
edər. Ancaq qeyri—aqressivliyin toplumlarda və ya 
uluslarda  yayqınlaşması  söz  qonusu  isə,  nə  qədər 
acı  və  sevimsiz  görünsə  də,  həqiqətin  söylənməsi 
gərəkir.  

 
Heç bir şey bu günə qədər bir başa əməl edilmədən 
gerçəkləşməmişdir. 
Zəiflərin 
silahi 
olaraq 
tanımlanan  “olumsuz  dirəniş”  anlayışını  yetərsiz 
olduğundan dolayı qəbul etmirəm, rədd edirəm.  

 
Qeyri—aqressivlik 
böyük 
dözümlülük 
g
ərəkdirməkdədir. 
Qeyri—aqressivlik bilincli 
olar
aq  ölçülü  biçimdə  öcalma  duyqusundan 
saqınmaqdır. 
Ancaq öcalma duyqusu 
olumsuzluqdan  və  zəiflikdən  dolayı  təslim  olma 
durumundan daha üstündür. 
Bağışlama öcalmaqdan 
da üstündür. 
Çünkü  intiqam  da  bir  tür  zəiflikdir. 
İntiqamalma  xəyali  və  ya  gerçək  bir  şeydən 
qorxmaqdan  qaynaqlanır.  Heç  bir  şeydən  və  heç 
kimsədən  qorxmayan  adam  onu  yersizcə 
sinirləndirmək  istəyənlərə  də  qızmaz.  Bu  tür  bəsit 
davranışlar onun üçün önəmsiz görünər.  

 
Qeyri—
aqressivlik  və  ödləklik  bir-birinə  ziddirlər. 
Düşünürəm  ki,  başdan-ayağa  silahlı  olan  bir  adam 
öz  qəlbinin  dərinliyində  ödləklik  duyqusu  daşıya 
bilər. Ələ silahalma bir başa qorxu üzündən olmasa 


154 
 
da,  qorxunu  da  özü  ilə  gətirər.  Tam  qorxaqsızlıq 
qeyri—mümkündür.  

 
Mənim  qeyri—aqressiv  dəvətim  olumlu  və 
olağanüstü güc içərməkdədir. Bu iddiada qorxaqlığa 
və  ödləkliyə  yer  yoxdur.  Hər  zaman  aqressiv  bir 
şəxsin  qeyri—aqressivliyə  yönələcəyinə  bir  ümid 
bəslənər.  Ancaq  ödlək  biri  üçün  böylə  bir  ümid 
yoxdur. 
Bu  üzdən  də  neçə  kərə  bu  səhifələrdə 
söyləmişəm  ki,  qeyri—aqressiv  yolla  oğuşumuzu 
(ailəmizi)  və  qutsal  məkanlarımızı  qoruya 
bilmiriksə, silahlı yolla bunları savunmalıyıq.  

 
Betya 
şəhri  yaxınlığında  bir  kəndin  əhalisi  mənə 
dedilər  ki,  polis  bizə  saldırdı,  mallarımızı  apardı, 
qadınlarımıza  təcavüz  etdi.  Biz  də  dirənməyərək 
qoyub  qaçdıq.  Dedim:  niyə  dirənməyib  qaçdınız? 
Dedilər ki, sən demişdin ki, qeyri—aqressiv dirəniş 
göstərməliyik  o  üzdən.  Utandığımdan  başımı  aşağı 
saldım. Mən onlara anlatdım ki, qeyri—aqressivliyi 
ya  mən  yanlış  anlatmışam,  ya  da  sizlər  yanlış 
anlamışsınız.  Mənim  onlardan  bəkləntim  ən  güclü 
şəkildə  özlərini  savunmaları  idi.  Ölsələr  də  bütün 
gücləri ilə savaşmalı idilər. Onların silahla özlərini 
savunmaları  çox  şərəfli  bir  dirəniş  olardı.  İnsanın 
namusunu  saldırqanlara  buraxıb  öz  canını 
qurtarması  üçün  dirənməməsi  şərəfsizcə  bir 
davranışdır. Mən ahimsa yöntəmimi necə ölmələrini 
bilən adamlara öyrədə bilərəm, ölümdən qorxanlara 
deyil.  

 
Bir  milləti  kökdən  namərdetmə  əməlinə  qarşı  mən 
aqressivliyi tərcih edərəm.  

 
Mənim  qeyri—aqressiv  nəzəriyyəm  insanın  öz 
əzizlərini  saldırı  qarşısında  savunmasız  buraxıb 
qaçmağı  qəbul  etməz.  Aqressivlik  və  qorxaqlıq 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə