Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə47/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

155 
 
arasında  heç  şübhəsiz  ki,  mən  aqressivliyi  tərcih 
edərəm.  Doğuşdan  kor  olan  bir  adama  bir 
mənzərənin  gözəlliyini  anlada  bilməyəcəyim  kimi, 
qorxaq və ödlək birinə də qeyri—aqressivliyi anlada 
bilmərəm. 
Qeyri—
aqressivlik 
qəhrəmanlığın 
zirvəsidir.  Təcrübələrimə  dayanaraq,  zorakılıq  və 
aqressivlik  məktəbində  yetişmiş  insanlara  qeyri—
aqressivliyin  üstünlüyünü  isbatlamaq  çətin 
olmamışdır.  Mən  bir  zamanlar  qorxaq  idim. 
Qorxuduğumdan  dolayı  da  aqressiv  davranardım. 
Yalnız  qorxu  duyqusunu  içimdən  sildikdən  sonra 
qeyri—
aqressivliyin dəyərini anladım.  

 
Qeyri—
aqressivliyi  ölümdən  qorxana  öyrətmək 
olmaz. 
Pişiyin  yediyi  zəif  bir  sıçana  qeyri—
aqressivliyi  öyrətmək  olmaz.  Bu  sıçanda  güc 
olsaydı  kəsinliklə  öz  qatilini  param-parça  edərdi. 
Ancaq  öz  zəifliyində  başardığı  tək  iş  pişiyin 
önündən 
qaçmasıdır. 
B
iz 
sıçanı 
qorxaq 
adlandırmırıq,  çünkü  onun  doğası  böylə 
yaradılmışdır.  Təhlükə  ilə  qarşılaşdığında  sıçan 
kimi davranan adam isə, qorxaqdır. Böylə bir adam 
öz içində aqressivliyə və nifrətə sığınacaqdır. Əlinə 
fürsət  düşdüyündə  düşməninə  aman  vermədən 
öldürər.  Şübhəsiz  ki,  böylə  bir  adam  qeyri—
aqressivliyə  biganədir.  Bütün  yönləndirmələr  və 
moizələr  bu  adamı  tərbiyə  etmək  üçün  sonucsuz 
qalar. 
Onun doğası cəsarət duyqusundan yoxsundur. 
Qeyri—
aqressivlikdən  öncə,  onun  haqlarına 
saldıranlar  qarşısında  savaşa  bilməsi  üçün  ona 
dirəniş əxlaqı öyrədilməlidir. Bunun dışında ona bir 
şeylər söylərsək, onun ödləkliyini onaylamış oluruq. 
Böyləcə  də  onu  qeyri—aqressivlikdən  bir  az  daha 
uzaqlaşdırarıq.  Mən  kimsəyə  intiqam  duyqusunu 


156 
 
əsla  önərmərəm.  Ancaq  qorxaqların  da  qeyri—
aqr
essivlik  pərdəsi  arxasında  gizlənmələrinə  izn 
vermərəm.  Bir çox adam qeyri—aqressivliyin  nə 
olduğunu  doğruca  bilmədiklərindən  dolayı  səmimi 
bir  şəkildə  təhlükə  önündən  qaçmağı  qeyri—
aqressivlik  kimi  anlayırlar.  Özəlliklə  ortalıqda  can 
sevdası  olduğunda  bu  durum  daha  da  qabarıq 
şəkildə  görünər.  Mən  qeyri—aqressivlik  öyrətməni 
kimi,  mümkün  olduqca  bu  namərdcə  duruşa  qarşı 
çıxmalıyam.  

 
Kimsə  cismi  açıdan  zəif  ola  bilər.  Təcavüz 
qarşısında  qaçmaq  yerinə  dirənişi  tərcih  edərsə, 
düşmənə  bir  zərər  verə  bilməsə  də,  bu  dirənişdə 
qəhrəmanca  ölə  bilər.  Dirənişin  bu  dürüst  anlamı 
qeyri—
aqressivlik  və  qəhrəmanlıqla  özdeşdir. 
Ancaq zəif bir şəxs dirənişdə düşmənə zərbə endirib 
ölə də bilər. Onun bu əməli qəhrəmanlıq sayılsa da, 
qeyri—aqressivlik deyildir. 
Eyni  durumda  zəif  bir 
şəxs  dirənmək  yerinə  qaçarsa,  onun  bu  işi 
qorxaqlıqdan  başqa  bir  şey  deyildir.  Birinci 
durumda məhəbbət və qorxmazlığı sərgiləmiş olur. 
İkinci və üçüncü durumlarda bədgümanlıq və qorxu 
onun ruhuna hakimdir.  

 
Tutalım  ki,  mən  bir  qaradəriliyəm  və  bacım  bir 
ağdərili  tərəfindən  uğurlanıb  təcavüz  edildikdən 
sonra  öldürülmüşdür.  Böylə  bir  durumda  mənim 
görəvim  nədir?  Bu  sorunu  özümdən  sorduğumda 
böy
lə  cavablayıram:  Ağdərili  saldəırqanlara  nifrət 
etməməliyəm.  Eyni  halda  onlarla  əməkdaşlıq  da 
etməməliyəm. Ağdərilərin zülmünə dözən qaradərili 
soydaşlarımla da əməkdaşlıq etməməliyəm. Mənim 
amacladığım fədakarlıq türü budur. Öz yaşamımda 
bir neçə kərə bu şəkildə davranmışam. Mənim oruc 


157 
 
tutmalarım bu dirəniş türlərindən olmuşdur. Bu oruc 
tutmalar  və  ac  qalmalar  bilincli  şəkildə  əzablara 
qatlaşaraq  bir  amaca  yönəlik  olmazsa,  heç  bir 
anlamı olmayacaqdır.  
İnsanın  canı  bədənindən  an-an  çıxsa  da,  onun 
inancı,  aydınlığını  və  möhkəmliyini  qorumalıdır. 
Qeyri—
aqressivlik  üçün  dəyərsiz  bir  örnək 
olduğumun  bilincindəyəm.  Mənim  cavablarım  sizi 
razı  salmaya  bilər.  Ancaq  böyük  bir  iradə  ilə  bu 
yolda  çalışıram.  Hətta  bu  tür  yaşamağım  uğurlu 
olmasa da, qeyri—aqressivlik il
kəsinə olan inancım 
sarsılmazlığını qoruyacaqdır.  

 
A
qressivliyin  və  zorun  hakim  olduğu  çağımızda 
kimsə,  zorun  və  aqressivliyin  üstünlüyünü  qəbul 
etməyən insanların var olduğuna inanmaya bilər. Bu 
üzdən  də  mənə  imzasız  məktublar  göndərilir.  Bu 
məktublarda toplum tərəfindən aqressiv davranışlar 
olsa da, Qeyri—
Əməkdaşlıq  Hərəkətinə  mənim 
müdaxilə  etməməm  istənilirdi.
*
 
Bəzi  adamlar 
mənim  gizlincə  aqressiv  bir  planımın  olduğunu 
sanırlar. Bu üzdən yanıma gəlib və bu mutlu anın nə 
zaman gələcəyi haqda sorular sorurlar.  Onlar məni 
inandırmağa çalışırlar ki, ingilislər ancaq gizlin, ya 
da açıq zorun qarşısında təslim ola bilərlər. Həm də 
mənə  söyləmişlər  ki,  bir  qism  insanlar  məni 
Hindistanın ən alçaq adamı kimi anlamışlar. Çünkü 
heç bir zaman niyyətimi açıqlamırmışam. Bir halda 
ki,  hər  kəs  mənim  gizlincə,  aqressiv  planımın 
olduğuna inanırmış. Bu sözlər ordan qaynaqlanır ki, 
bəşər  toplumunun  çoğunluğu  qılıc  və  zor 
nəzəriyyəsinin  tərəfdarıdır.  Mənim  yöntəmim 
                                                 
*
 
Qandinin öndərliyində Hindistanın istiqlalı üçün başladılan hərəkət idi.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə