Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə20/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

63 
 
böyük 
bir 
iddiadır. 
Ancaq 
böyük 
bir 
alçaqkö
nüllülüklə  bu  iddiada  bulunmaqdayam. 
Dünyanın  harasında  olursa  olsun,  pisliyə  və 
kötülüyə  nifrət  edirəm.  İngiltərəlilərin  Hindistanda 
oluşdurduqları  hökumət  sisteminə  nifrət  edirəm. 
Hindlilərin  istismar  edilməsinə  nifrət  edirəm.  O 
şəkildə  milyonlarca  Hindistan  əhalisini  nəcis 
adlandıran  hindlilərin  də  bu  tür  inanclarına  nifrət 
edirəm.  Ancaq  digər  bir  hindlini  nəcis  adlandıran 
hindliyə  nifrət  etmədiyim  kimi,  bizə  hakim  olan 
ingilislərə  də  nifrət  etmirəm.  Mən  onların  yanlış 
düşüncələrini,  yanlış  düşünmələrini  dostluq 
ilişkiləri ilə islah etmək istəyirəm.  

 
Bir neçə gün öncə yaralanmış bir bızov “əşram”da 
ölmək  üzrə  idi.  Ölməməsi  üçün  bütün  önləmlər 
alındı. Bızovun müalicəsi üçün çağrılan cərrah dedi 
ki,  bızovun  yaralarının  sağalması  üçün  bir  iş  edə 
bilməyəcək,  ölməsi  qaçınılmazdır.  Heyvancığın 
ağrıları  həddindən  artıq  çox  idi.  Uzandığı  yerdəcə 
çırpınmaqda  idi.  Heyvanı  bu  ağrılardan  qurtarmaq 
üçün 
“əşram”  üzvləri  onu  öldürməyi  önərdilər.  Bu 
dartışmalar 
davam 
edərkən 
çox 
dürüst 
qonşularımdan  biri  bızovun  öldürülməsinə  şiddətlə 
qarşı çıxdı. Onun məntiqi bu idi ki, bir insan heç bir 
canlıya  həyat  verməyi  başarmadığı  üçün  həyat  da 
ala bilməz. Məncə onun bu məntiqi o ortamda çox 
yersiz idi. 
Çünkü bızovun canını almaq bizim şəxsi 
mənafeyimiz  üçün  olsaydı  onun  dediyi  doğru ola 
bilərdi. Bu üzdən də böyük bir ehtiyatla doktordan 
istədim  ki,  bızova  zəhər  ampulu  vuraraq  onun 
canını  rahat  bir  şəkildə  alıb  ağrılardan  bızovun 
canını  qurtarsın.  Iki  dəqiqə  içində  hər  şey  bitdi, 
bızov  rahatladı.  Bilirəm  ki,  qamuoyu,  özəlliklə 


64 
 
Əhmədabad
*
da mənim bu davranışımı qəbul etmir, 
bunu  himsa
**
dan  başqa  bir  şey  görmürlər.  Ancaq 
düşünürəm  ki,  hər  bir  fərd  qamuoyunun  fikri  ilə 
hesablaşmadan  öz  vicdan  görəvini  yapmağı 
başarmalıdır.  Mən  hər  zaman  bu  fikirdə  olmuşam 
ki,  fərd  öz  vicdanının  istəklərinə  görə 
davranmalıdır. Başqalarının fikirləri ilə uyqun gəlib 
gəlməməsi  önəmli  deyil.  Şair  deyir:  “Məhəbbətin 
keçid yolu alovlar 
arasındandır. İnsanlar güvənsizcə 
ordan  keçərlər.”  Ahimsa  keçidi  də  məhəbbət 
keçidinə  bənzər.  Bir  çox  hallarda  insan  yalnız 
ba
şına  bu  keçiddən  keçmək  zorundadır.  İndi  böylə 
bir sual ortaya çıxır: Bızov haqqında etdiyimi insan 
üzərində  də  edə  bilərəmmi?  Mənim  cavabım 
böylədir: “əvət.” Bu qanun hər iki sahədə keçərlidir. 
Qanun  nədir?  “Bir  fərd  üçün  keçərli  olan  hər  kəs 
üçün  kəçərli  olmalıdır.”  Istisna  olmamalıdır.  Əgər 
böylə  olmasaydı,  bızovu  da  öldürmək  doğru 
olmazdı. Biz öz xəstə əzizlərimizin ağrılarını ölüm 
yoluyla  ortadan  qaldırmaqda  bəzi  sorunlarla 
qarşılaşırıq. Bizim xəstə əzizlərimiz bızovun tərsinə 
olaraq özləri də bu haqda qərar verə bilərlər. Ancaq 
böylə  bir  durum  nəzərdə  tutalım.  Ən  yaxın  bir 
dostumuzun
,  bir  əzizimizin  ağır  xəstələndiyini 
təsəvvür  edəlim.  Elə  xəstələnmiş  ki,  ağlını  da 
itirmiş, ancaq acı çəkməkdədir. Böylə bir durumda 
onu 
daha ağrısız öldürmək himsa sayılmaz, ahimsa 
yasalarını  danmaq  sayılmaz.  Necə  ki,  bir  cərrahın 
öz bıçağı ilə bir xəstənin bəlli yerini kəsib cərrahlıq 
etməsi  də  himsa  sayılmaz.  Bir  cərrahın  cərrahlıq 
                                                 
*
 
Əhmədabad Hindistanda Qocerat əyalətinin mərkəzidir və Qandinin 
“əşram”ı bu şəhərin kənarında idi.  
**
 
Himsa, yəni aqressiv və ahimsa, yəni qeyri-aqressiv 


65 
 
yapması  tam  olaraq  ahimsa  davranışıdır.  Bir  şəxs 
üçün  də  buna  bənzər  durumlar  ortaya  çıxa  bilər. 
Böylə bir durumda daha uyqun bir yolla onun canını 
alaraq ağrılardan qurtulmasına yardımçı ola bilərik. 
Böylə  bir  iddia  ortaya  çıxa  bilər  ki,  cərrah  can 
vermək  üçün  cərrahlıq  edir,  ancaq  bizim  əməlimiz 
canlıdan  can  almış  olur.  Qonu  üzərinə  diqqətlə 
yönələcək olursaq, görəcəyik ki, hər iki əməldə bir 
tək  amac  var.  Amac  içəridən  ruhu  gəmirən  acıları 
yox  etməkdir.  Ruhu  acıların,  ağrıların  basqısından 
qurtaqmaq söz qonusudur. 
Çünkü həyat olmayan bir 
bədəndə sevinc və əzab duyqusu da olmaz. Burada 
öldürməmək  himsa  əməli  kimi  ortaya  çıxar.  Bir 
halda ki, öldürmək böylə durumlarda ahimsa əməli 
ilə örtüşməkdədir. Fərz edəlim ki, üzdən iraq qızım 
zorakılığa,  təcavüzə  məruz  qalır  və  mənim  də  onu 
qoruyacaq  heç  bir  imkanım  yoxdur.  Böylə  bir 
durumda  ahimsa
nın  ən  yüksək  biçimi  onun 
həyatına  son  verməyim  olacaqdır.  Bu,  özümü  və 
qızımı saldırqanların təcavüzünə və təhqirinə məruz 
qoymaqdan  daha  yaxşı  bir  seçənəkdir.  Ahimsanı 
savunan  bizim  dostlarımızın  sorunu  odur  ki,  onlar 
ahimsa
dan  özləri  üçün  korca  bir  büt  düzəltmişlər. 
Bu  tutumları  ilə  də  ahimsanın  aramızda 
yayqınlaşmasını 
əngəlləməkdədirlər. 
Məncə, 
ahimsa 
ilə  ilgili  yayqın olan  yanlış görüşlər  bizim 
vicdanımızı 
bulaşdırmışdır. 
Bu 
yanlışlığın 
oluşdurduğu  ortamda  ahimsa  adı  altında 
aqressivlik,  kin,  nifrət,  birtərəfli  yanaşmalar, 
bədxahlıq, şəhvət və rəhmsizlik kimi kötü duyqular 
görünməz  olmuş.  Bu  da  səbəb  olmuşdur  ki, 
gündəlik  həyatında  aqressiv  və  kinli  davranan 
adamlar  bir  heyvanın  ya  da  bir  insanın  ağrılarını 
ortadan  qaldıraraq  öldürülməsini  ahimsanın 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə